“CİB Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını kəskin azaldır və təşkilatı-hüquqi formasını dəyişir.
"APA-Economics" bu barədə şirkətin elanına istinadən xəbər verir. Məlumata görə, şirkətin nizamnamə kapitalı 500 min manatdan 190 min manata endirilir və təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilir. Başqa sözlə, nizamnamə kapitalı 310 min manat və ya 62% azaldılacaq.
Bununla belə, qeyd edilən dəyişikliklərin, o cümlədən kapitalın azaldılmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “CİB Kapital İnvestisiya Şirkəti” QSC yeddi ay əvvəl, yəni 2026-cı ilin yanvarında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Gündüz Gözəlovdur.
Şirkət Azərbaycan Mərkəzi Bankından hələlik investisiya fəaliyyəti üçün lisenziya əldə etməyib.














