Prezidentin səfər etdiyi qəribə adlı şəhər .....                     Köçəryan Paşinyanı məhkəməyə verdi, .....                     Trampın görüşləri və: .....                     Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb .....                     "Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?" .....                     Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU .....                     "Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də..." .....                     Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... .....                     AZAL Tiflis və İstanbula reyslərin sayını artırıb .....                     Məktəbə müəllim düzəltmək adı ilə 8 mindən çox dələduzluq edildi .....                     Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb... .....                     Böyük sarsıntılarla üz-üzəyik, yaxın aylarda başlayacaq .....                     Göydərə kəndində əkin sahələri yandırılıb .....                     Namidə İsayeva işdən çıxdı .....                     Azərbaycandan qaçan təhlükəli qruplaşma bu ölkəyə girdi: onlar kimdir? .....                     Rusiyadan açıqlama: Onlar Azərbaycanla əvəzlənəcək .....                     Xamenei MOSSAD-dan belə gizlənir: İnanılmaz üsul .....                     “ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olub .....                     "Ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmətlə ünsiyyət qururlar" .....                     Şəhidin övladı dünyasını dəyişdi .....                     “Cəbiş müəllim”in qızı banka etiraz etdi .....                     Bakı metrosunda yeni təyinatlar .....                     “İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır? .....                     Kompleks Qazma İşləri Trestində AĞALARIN QƏNAƏT REJİMİ... .....                     Bu qaraçı xalqın sözlərinə inanmaq olmaz... .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı .....                     Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi .....                     Rusiyadan SSRİ bayrağına görə tutulanlara etiraz .....                     Azərbaycan nefti bahalaşıb .....                     Mətbəx etirazı .....                     "Cəhənnəmə də kimsə düşməlidir, ya yox?!." .....                     "Hökumətin səhv təsbiti burda da özünü göstərir " .....                     SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir? .....                     Babək rayon Tarix muzeyinde 300 illik eksponat yoxa çıxıb .....                     Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI? .....                     "Araşdırma niyə bu qədər uzandı?" .....                     Bakıda şirkəti olan əcnəbi .....                     Qazaxda müşavirə keçirilib .....                     Dövlət bura niyə MÜDAXİLƏ ETMİR? .....                     Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı .....                 

“İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır? - AKTUAL
Tarix: Bu gün, 10:38 | Çap et

Rusiyanın əsas narahatlığı İssık gölü sammitinin əsas nəticəsi prezidentlər bir masa arxasında oturması deyil, əsas məsələ...

İssık gölü sahilində Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin görüşü yalnız regional əməkdaşlıq məsələləri ilə məhdudlaşmır. “C6” formatının formalaşması və Orta Dəhlizin inkişaf perspektivləri Rusiyanın Mərkəzi Asiyadakı ənənəvi iqtisadi və geosiyasi mövqeləri baxımından da diqqət çəkir.

Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta”nın (NG) təhlilində bildirilir.

Nəşrə görə, iyulun 30-dan avqustun 1-dək Qırğızıstanın Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlətləri-Qırğızısatan, Tacikistan, Özbəkistan liderlərinin və Azərbaycanın dövlət başçısının qeyri-formal məşvərət görüşündə siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunur.

“NQ”yazır ki, bu görüşün arxasında daha böyük geosiyasi proses dayanır. Söhbət Mərkəzi Asiyanın Xəzər vasitəsilə Cənubi Qafqaz və Türkiyə ilə əlaqələrinin gücləndirilməsindən, yeni nəqliyyat marşrutlarının yaradılmasından və nəticə etibarilə regionun xarici bazarlara çıxışının şaxələndirilməsindən gedir.

Mərkəzi Asiyanın beş ölkəsinin liderləri bu il ilk dəfə Azərbaycanla birlikdə görüşürlər. Ötən ilin noyabrında Daşkənddə keçirilən yeddinci məşvərət görüşündə Azərbaycan bu formata tamhüquqlu iştirakçı kimi qoşulub. Beləliklə, Mərkəzi Asiyanın beşliyinin iştirakı ilə formalaşan platforma artıq “C6” formatına çevrilib.

“NQ” bu dəyişiklikdə əsas geoiqtisadi məntiqi Mərkəzi Asiya ölkələrinin xarici bazarlara alternativ çıxış yolları axtarmasında görür. Regionun dənizə birbaşa çıxışı olmayan dövlətləri üçün Xəzər dənizi üzərindən Azərbaycan istiqaməti Avropa və Türkiyə bazarlarına çıxış baxımından mühüm alternativdir. Azərbaycan isə öz liman, dəmir yolu, avtomobil və enerji infrastrukturu ilə Mərkəzi Asiya üçün Qərbə açılan əsas qapılardan birinə çevrilir.Bunun qarşılığında Azərbaycan Mərkəzi Asiyanın, xüsusilə Çin istiqamətindən gələn yük axınlarının Xəzər vasitəsilə Qərbə daşınmasında daha böyük rol əldə edir.

Məqalədə Moskvanın narahatlığı birbaşa Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutlarının inkişafı ilə əlaqələndirilir. Söhbət ilk növbədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan – Orta Dəhlizdən gedir. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxan nəqliyyat xəttidir. Bu marşrutun inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələrinə Rusiyanın ərazisindən istifadə etmədən Qərb bazarlarına çıxmaq imkanı yarada bilər.

Nəşrə danışan ekspert, MGIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Aleksandr Knyazev hesab edir ki, Azərbaycanın bu formata qoşulmasının əsas praktiki motivi məhz nəqliyyat məsələsidir.Knyazevin fikrincə, Mərkəzi Asiya ölkələri Orta Dəhlizin inkişafı hesabına xarici bazarlara çıxış imkanlarını genişləndirməyə çalışırlar.

Bu yanaşma Moskva üçün əhəmiyyətlidir. Çünki Mərkəzi Asiyanın Avropa ilə ticarətində alternativ marşrutların payının artması Rusiyanın tranzit əhəmiyyətini azalda bilər.
Orta Dəhlizin gələcəyi baxımından Azərbaycanın rolu xüsusilə böyükdür.Çindən gələn yüklərin Mərkəzi Asiya üzərindən Xəzərə çatdırılması, daha sonra Azərbaycan ərazisindən Gürcüstan və Türkiyəyə, oradan isə Avropaya daşınması nəzərdə tutulur.Bu sistemin şərq hissəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi xüsusi əhəmiyyət daşıyır.Belə bir nəqliyyat zənciri formalaşarsa, Çin ilə Avropa arasında Rusiya ərazisindən yan keçən alternativ quru bağlantısı daha da güclənəcək.

Burada Zəngəzur istiqaməti də xüsusi əhəmiyyət qazanır. Qırğızıstan Prezidenti Sadır Japarov daha əvvəl Zəngəzur dəhlizini Orta Dəhlizin məntiqi davamı kimi qiymətləndirib. Bu yanaşma reallaşarsa, Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə xətti Avropaya çıxan daha geniş nəqliyyat sisteminin bir hissəsinə çevrilə bilər.

Bununla belə, “NQ”nın materialında “C6” formatının imkanları ilə bağlı kifayət qədər ehtiyatlı yanaşma da var. Ekspert Aleksandr Knyazev hesab edir ki, Mərkəzi Asiya prezidentlərinin məşvərət görüşləri indiyədək geniş gündəliyə malik olsa da, praktiki nəticələri məhdud olub.Onun fikrincə, əsas problem regional səviyyədə mövqelərin daimi razılaşdırılması üçün institut və mexanizmlərin olmamasıdır.Bu baxımdan “C6” hələlik tamhüquqlu regional təşkilat deyil. Daha çox siyasi dialoq və ictimai diplomatiya platformasıdır.Üstəlik, Mərkəzi Asiya dövlətlərinin maraqları da bir-birindən fərqlənir. Azərbaycan da formata qoşulduqdan sonra platformanın daxili balansı daha da mürəkkəbləşib.

Knyazevin fikrincə, “C6” müəyyən mənada Türk Dövlətləri Təşkilatının fəaliyyətini də təkrarlaya bilər. Bu isə xüsusilə türkdilli olmayan Tacikistan üçün müəyyən narahatlıq yarada bilər. Nəşrin təhlilində Orta Dəhlizin perspektivlərinə yalnız geosiyasi deyil, iqtisadi prizmadan da yanaşılır.Marşrutun əsas problemləri arasında logistikanın mürəkkəbliyi və daşımaların bahalılığı göstərilir.Xəzərin keçilməsi, yüklərin müxtəlif nəqliyyat vasitələri arasında dəyişdirilməsi, liman və dəmir yolu sistemlərinin uyğunlaşdırılması əlavə xərc və vaxt yaradır. Buna görə Orta Dəhlizin uzunmüddətli uğuru üçün əsas şərt yalnız infrastrukturun tikilməsi deyil, böyük və sabit yük bazasının formalaşmasıdır.

Məqalədə daha bir riskə – təhlükəsizlik məsələsinə diqqət çəkilir. Knyazev hesab edir ki, Xəzər regionu əvvəlki kimi yalnız təhlükəsiz iqtisadi məkan kimi qəbul edilə bilməz. Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik Xəzərin yerləşdiyi geosiyasi mühiti də dəyişdirir. Bu isə Orta Dəhlizin qarşısında yeni suallar yaradır.Əgər Xəzərdə təhlükəsizlik riskləri artarsa, ticarət gəmilərinin sığortalanması, müşayiəti və hava hücumlarından müdafiəsi kimi məsələlər də gündəmə gələ bilər.Deməli, marşrutun inkişafı üçün yalnız dəmir yolları, limanlar və terminalların tikilməsi kifayət deyil. Xəzərin təhlükəsizliyinin təmin edilməsi də Orta Dəhlizin gələcəyinin əsas şərtlərindən birinə çevrilir.

Rusiyanın əsas narahatlığı İssık gölü sammitinin əsas nəticəsi prezidenlərin bir masa arxasında oturması deyil. Əsas məsələ Mərkəzi Asiyanın Xəzər üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Qərbə çıxışının institusional və iqtisadi baxımdan möhkəmlənib-möhkəmlənməyəcəyidir. Bu proses sürətləndikcə Moskvanın regiondakı ənənəvi tranzit və geoiqtisadi üstünlüyü də daha ciddi sınaq qarşısında qala bilər...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentin səfər etdiyi qəribə adlı şəhər – İlginc FAKTLAR
Bu gün, 12:10
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
Bu gün, 12:04
Trampın görüşləri və: - yeni qlobal təhlükəsizlik arxitekturasının başlanğıc nöqtəsi
Bu gün, 11:58
Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb - SİYAHI
Bu gün, 11:56
"Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?" - BU NƏDİ BELƏ?
Bu gün, 11:40
Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:34
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də..." - NARAZILIQ VAR...
Bu gün, 11:32
Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb
Bu gün, 11:16
AZAL Tiflis və İstanbula reyslərin sayını artırıb - DİQQƏT
Bu gün, 11:13
Məktəbə müəllim düzəltmək adı ilə 8 mindən çox dələduzluq edildi – QƏRAR
Bu gün, 11:08
Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb... - ARAŞDIRMA
Bu gün, 11:04
Böyük sarsıntılarla üz-üzəyik, yaxın aylarda başlayacaq - Sarukyan
Bu gün, 11:01
Göydərə kəndində əkin sahələri yandırılıb – Sakinlər məsul şəxsin cəzalandırılmasını istəyirlər
Bu gün, 10:59
Namidə İsayeva işdən çıxdı - özü məlumat yayıb...
Bu gün, 10:57
Azərbaycandan qaçan təhlükəli qruplaşma bu ölkəyə girdi: onlar kimdir? – FOTO
Bu gün, 10:54
Rusiyadan açıqlama: Onlar Azərbaycanla əvəzlənəcək - “Kommersant”
Bu gün, 10:53
Xamenei MOSSAD-dan belə gizlənir: İnanılmaz üsul - “Tayms”
Bu gün, 10:51
“ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olub - DOSYE
Bu gün, 10:48
"Ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmətlə ünsiyyət qururlar" - BU BELƏDİR...
Bu gün, 10:47
Şəhidin övladı dünyasını dəyişdi
Bu gün, 10:45
“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə
Bu gün, 10:42
Bakı metrosunda yeni təyinatlar - BUNDAN SONRA...
Bu gün, 10:41
“İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır? - AKTUAL
Bu gün, 10:38
Kompleks Qazma İşləri Trestində AĞALARIN QƏNAƏT REJİMİ... - Yalnız nökər kimi gördükləri işçilərə aiddir... Özləri İKİ VƏZİFƏ TUTUR!
Bu gün, 10:29
Bu qaraçı xalqın sözlərinə inanmaq olmaz... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:12
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Bu gün, 10:02
Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Rusiyadan SSRİ bayrağına görə tutulanlara etiraz - Azərbaycan hədəf alındı
Bu gün, 09:56
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:53
Mətbəx etirazı - REPLİKA
Bu gün, 08:21
"Cəhənnəmə də kimsə düşməlidir, ya yox?!." - REAKSİYA
Bu gün, 08:14
"Hökumətin səhv təsbiti burda da özünü göstərir " - partiya sədri
Bu gün, 08:09
SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir? - KİM ÖRT-BASDIR EDİR?
Bu gün, 07:59
Babək rayon Tarix muzeyinde 300 illik eksponat yoxa çıxıb - Muzeyin direktoru isə Respublika mərkəzi xəstəxanasında bufet ișlədir...
Bu gün, 07:51
Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI? - DİLLƏR UNİVERSİTETİ QALDI AXI...
Bu gün, 07:25
"Araşdırma niyə bu qədər uzandı?" - MÜRACİƏT
Bu gün, 07:17
Bakıda şirkəti olan əcnəbi VERGİ ÖDƏMİR
Bu gün, 07:02
Qazaxda müşavirə keçirilib
Bu gün, 06:52
Dövlət bura niyə MÜDAXİLƏ ETMİR? - Zibil içində boğulan sakinlərin FƏRYADI
Bu gün, 06:46
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
Bu gün, 06:38
Ət qiymətlərində YENİ BAHALAŞMA - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:31
Böyük kredit böhranına doğru: Geri qaytarılmayan məbləğ milyarda yaxınlaşır - NƏ ETMƏLİ?
Bu gün, 06:29
Paşinyan sabotaja başlayıb: Yeni planı qüvvədə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
Yeni TƏBİB şefinin absurd islahatları - Görünəni odur ki...
Bu gün, 06:23
Paşinyanın qarşısındakı ən böyük maneə Azərbaycan yox, Rusiyadır - FAKT BUDUR!
Bu gün, 06:18
Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb? - Ekspert deyir ki...
Bu gün, 06:16
Şəki xəstəxanasında NƏ BAŞ VERİR? - İTTİHAM VAR...
Bu gün, 06:13
İnanc və azadlığın kəsişmə nöqtəsi: Sözün hüdudları harada bitir? - AKTUAL
Bu gün, 06:07
1 manatlıq "LEADS GROUP SUPPLY" MMC Neft Fondunun 44 minlik tenderini uddu - FOTO
Bu gün, 06:04
NATO-da casusluq şübhəsi: - Çin üçün işlədiyi iddia olunan təcrübəçi saxlanılıb
Bu gün, 05:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru