"Naxçıvan Muxtar Respublikasının Babək rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları rəhbərliyin fəaliyyətindən narazıdırlar..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "1981-ci il dekabrın 18-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və rayonun mədəni irsini qorumaq məqsədi daşıyan bu dövlət qurumu hazırda ağır vəziyyətdədir. Müəssisənin direktoru Sərxan Abdullayevin qeyri-qanuni fəaliyyəti və özbaşınalığı muzeyin işini tamamilə iflic edib. Direktor Sərxan Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iş yerinə müntəzəm gəlmir. Sərxan Abdullayev birbaşa vəzifə öhdəliklərini icra etmək əvəzinə, iş vaxtını şəxsi biznesi ilə məşğul olmağa həsr edir. O, Respublika Xəstəxanasında bufet işlədir və bütün gününü orada çay-su satmaqla keçirir. Dövlətin mühüm bir qurumuna rəhbərlik edən șəxsin tarixi dəyərlərlə dolu olan bir idarəni başqalarına tapşıraraq bizneslə məşğul olması yol verilməz və qəbul edilməzdir. Sərxan Abdullayev müntəzəm olaraq Respublika Mərkəzi xəstəxanasında olur, Muzeyə isə yalnız rəsmi tədbirlər zamanı göstəriş üçün gəlir, qaldığı vaxt da yarım saatı keçmir.
Respublika Mərkəzi xəstəxanasının kameralarına baxmaqla bütün bunları sübut etmək çox asan bir məsələdir. Amma Sərxan Abdullayev təbii ki bütün bunları təkzib EDƏCƏK... çünki Sərxan Abdullayevin bu qədər arxayın və intizamsız hərəkət etməsinin əsas səbəbi vəzifəli şəxslərlə yaxın əlaqələridir. Maddi cəhətdən imkanlı və Sərxan Abdullayevə yaxın şəxslər işlətdikləri obyektləri belə Sərxan Abdullayevin adına rəsmiləșdirib VŎEN açdırıblar və Abdullayev etdiyi bu köməyin müqabilində illərdi ki hər ay müəyyən məbləğdə həmin şəxslərdən ödəniş alır. Və bütün bunlar da Abdullayevin istər istəməz rəhbərlik etdiyi quruma biganə yanașmasına səbəb olur.
Tarixi və mədəni əhəmiyyətə malik bir qurumun rəhbərinin öz vəzifəsinə bu cür laqeyd münasibəti qəbuledilməzdir. Əməkdaşlar aidiyyəti qurumlardan, xüsusilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bu məsələni ciddi şəkildə araşdırmağı və müvafiq tədbirlər görməyi xahiş edirlər..."


















