Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı .....                     Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi .....                     Rusiyadan SSRİ bayrağına görə tutulanlara etiraz .....                     Azərbaycan nefti bahalaşıb .....                     Mətbəx etirazı .....                     "Cəhənnəmə də kimsə düşməlidir, ya yox?!." .....                     "Hökumətin səhv təsbiti burda da özünü göstərir " .....                     SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir? .....                     Babək rayon Tarix muzeyinde 300 illik eksponat yoxa çıxıb .....                     Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI? .....                     "Araşdırma niyə bu qədər uzandı?" .....                     Bakıda şirkəti olan əcnəbi .....                     Qazaxda müşavirə keçirilib .....                     Dövlət bura niyə MÜDAXİLƏ ETMİR? .....                     Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı .....                     Ət qiymətlərində YENİ BAHALAŞMA .....                     Böyük kredit böhranına doğru: Geri qaytarılmayan məbləğ milyarda yaxınlaşır .....                     Paşinyan sabotaja başlayıb: Yeni planı qüvvədə .....                     Yeni TƏBİB şefinin absurd islahatları .....                     Paşinyanın qarşısındakı ən böyük maneə Azərbaycan yox, Rusiyadır .....                     Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb? .....                     Şəki xəstəxanasında NƏ BAŞ VERİR? .....                     İnanc və azadlığın kəsişmə nöqtəsi: Sözün hüdudları harada bitir? .....                     1 manatlıq "LEADS GROUP SUPPLY" MMC Neft Fondunun 44 minlik tenderini uddu .....                     NATO-da casusluq şübhəsi: .....                     HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib .....                     Bakı Qızlar Universitetində təhsil alan tələbələr digər universitetlərə köçürüləcək .....                     Bakı Qızlar Universiteti bağlanıb .....                     Azərbaycanlılar bu həftə internetdə nə axtarıb? .....                     Rusiyadan Paşinyana cavab: .....                     II Qareginin işi üzrə məhkəmə iclası .....                     “AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır .....                     İrəvanda yeni hökumət qurulur .....                     Müharibənin görünməyən qiyməti: faiz ödənişləri, inflyasiya və itirilmiş investisiyalar .....                     Şahin Bağırov bu idarəyə rəis təyin etdi .....                     "Kinematoqrafçılara sədr Şəfiqə Məmmədova olmalıdır" .....                     Keçmiş həyat yoldaşını avtomobildə döyən şəxsə .....                     “Aqrarkredit” qalmaqalı: “Azərinşaatservis”in məsələsi araşdırlacaqmı? .....                     Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib .....                     "İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin" .....                 

Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb? - Ekspert deyir ki...
Tarix: Bu gün, 06:16 | Çap et

“Bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 dollar səviyyəsində qalsın. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

AMB sədri əlavə edib ki, son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib:

“Bu bir faktdır. İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb.

Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var. 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 %-i xarici valyutada idisə, bu gün bu göstərici cəmi 25 %-dir.

Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir”.

Taleh Kazımov əlavə edib ki, bəzən heç bir əsas olmadan insanlar arasında “kurs dəyişəcək” kimi fikirlər yayılır:

“İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə dollar alır, bir həftədən sonra isə satır. Mən istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var?

Bizim əsas məqsədimiz, manatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq”.

Maraqlıdır, dolların bahalaşma qorxusu tam aradan qalxdı?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Taleh Kazımovun açıqladığı fakt onu göstərir ki, hazırda bazarda xarici valyuta təklifi tələbi üstələyir və Mərkəzi Bank manatın həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün bazardan valyuta alır:

“Başqa sözlə, hazırda təzyiq manatın ucuzlaşmasına deyil, əksinə, möhkəmlənməsinə yönəlib. Son illərdə əhalinin manata olan inamının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu, təkcə psixoloji amillərlə deyil, makroiqtisadi göstəricilərlə də təsdiqlənir.

Manatın uzun müddət sabit qalması, strateji valyuta ehtiyatlarının artması, bank sistemində manatla əmanətlərin və kreditlərin payının yüksəlməsi milli valyutaya etimadı gücləndirib.

Bununla belə, dolların bahalaşması ilə bağlı risklərin tam aradan qalxdığını demək düzgün olmaz. Azərbaycan iqtisadiyyatı hələ də neft və qaz ixracından formalaşan valyuta gəlirlərindən əhəmiyyətli dərəcədə asılıdır.

Qlobal enerji qiymətlərində uzunmüddətli eniş, geosiyasi gərginliyin artması, beynəlxalq maliyyə bazarlarında qeyri-müəyyənlik və ölkəyə daxil olan valyuta axınlarının azalması kimi amillər gələcəkdə məzənnəyə müəyyən təzyiqlər yarada bilər.

Ona görə də hazırda devalvasiya gözləntiləri əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləsə də, riskləri tam sıfır hesab etmək olmaz. Mərkəzi Bankın yaxın illərdə də sabit məzənnə siyasətini davam etdirmək niyyətini açıqlaması isə mövcud makroiqtisadi şərait baxımından real görünür.

Bu siyasətin davamlılığını təmin edən əsas amillərdən biri ölkənin yüksək strateji valyuta ehtiyatlarıdır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları zərurət yarandıqda bazara müdaxilə etmək və məzənnədə kəskin dəyişikliklərin qarşısını almaq üçün kifayət qədər ciddi maliyyə imkanları yaradır.

Digər mühüm amil enerji ixracından daxil olan sabit valyuta gəlirləridir. Azərbaycanın neft və xüsusilə təbii qaz ixracı ölkəyə davamlı xarici valyuta axını təmin edir.

Son illərdə qaz ixrac bazarlarının genişlənməsi də bu baxımdan əlavə üstünlük yaradır. Paralel olaraq fiskal və monetar siyasət arasında koordinasiya, inflyasiyanın nəzarətdə saxlanılması, dövlət borcunun idarəolunan səviyyədə qalması və bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi sabit məzənnə siyasətinin əsas dayaqları hesab olunur.

Hazırda Mərkəzi Bankın alış yönümlü müdaxilə etməsi onu göstərir ki, valyuta bazarında kifayət qədər təklif mövcuddur və AMB bazardakı tarazlığı qorumağa çalışır. Bu da yaxın perspektivdə manatın məzənnəsinin sabit qalacağına dair gözləntiləri gücləndirir.

Amma uzunmüddətli perspektivdə məzənnə sabitliyinin əsas təminatçısı yalnız valyuta ehtiyatları deyil. Ən vacib məsələ iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, özəl sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi və ölkəyə davamlı valyuta axınının təmin edilməsidir”.

İqtisadçı qeyd edib ki, yalnız bu halda sabit məzənnə inzibati müdaxilələrdən deyil, güclü iqtisadi fundamental göstəricilərdən qaynaqlanan dayanıqlı xarakter daşıyacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Bu gün, 10:02
Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Rusiyadan SSRİ bayrağına görə tutulanlara etiraz - Azərbaycan hədəf alındı
Bu gün, 09:56
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:53
Mətbəx etirazı - REPLİKA
Bu gün, 08:21
"Cəhənnəmə də kimsə düşməlidir, ya yox?!." - REAKSİYA
Bu gün, 08:14
"Hökumətin səhv təsbiti burda da özünü göstərir " - partiya sədri
Bu gün, 08:09
SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir? - KİM ÖRT-BASDIR EDİR?
Bu gün, 07:59
Babək rayon Tarix muzeyinde 300 illik eksponat yoxa çıxıb - Muzeyin direktoru isə Respublika mərkəzi xəstəxanasında bufet ișlədir...
Bu gün, 07:51
Əmrullayev Qızlar Universitetinə NİYƏ QIYDI? - DİLLƏR UNİVERSİTETİ QALDI AXI...
Bu gün, 07:25
"Araşdırma niyə bu qədər uzandı?" - MÜRACİƏT
Bu gün, 07:17
Bakıda şirkəti olan əcnəbi VERGİ ÖDƏMİR
Bu gün, 07:02
Qazaxda müşavirə keçirilib
Bu gün, 06:52
Dövlət bura niyə MÜDAXİLƏ ETMİR? - Zibil içində boğulan sakinlərin FƏRYADI
Bu gün, 06:46
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
Bu gün, 06:38
Ət qiymətlərində YENİ BAHALAŞMA - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:31
Böyük kredit böhranına doğru: Geri qaytarılmayan məbləğ milyarda yaxınlaşır - NƏ ETMƏLİ?
Bu gün, 06:29
Paşinyan sabotaja başlayıb: Yeni planı qüvvədə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
Yeni TƏBİB şefinin absurd islahatları - Görünəni odur ki...
Bu gün, 06:23
Paşinyanın qarşısındakı ən böyük maneə Azərbaycan yox, Rusiyadır - FAKT BUDUR!
Bu gün, 06:18
Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb? - Ekspert deyir ki...
Bu gün, 06:16
Şəki xəstəxanasında NƏ BAŞ VERİR? - İTTİHAM VAR...
Bu gün, 06:13
İnanc və azadlığın kəsişmə nöqtəsi: Sözün hüdudları harada bitir? - AKTUAL
Bu gün, 06:07
1 manatlıq "LEADS GROUP SUPPLY" MMC Neft Fondunun 44 minlik tenderini uddu - FOTO
Bu gün, 06:04
NATO-da casusluq şübhəsi: - Çin üçün işlədiyi iddia olunan təcrübəçi saxlanılıb
Bu gün, 05:59
HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib - Tramp belə deyir...
Bu gün, 05:57
Bakı Qızlar Universitetində təhsil alan tələbələr digər universitetlərə köçürüləcək - DİQQƏT
Dünən, 17:58
Bakı Qızlar Universiteti bağlanıb - RƏSMİ AÇIQLAMA
Dünən, 17:56
Azərbaycanlılar bu həftə internetdə nə axtarıb?
Dünən, 17:41
Rusiyadan Paşinyana cavab: - Peşman olacaqsan!
Dünən, 17:39
II Qareginin işi üzrə məhkəmə iclası avqustun 7-də keçiriləcək
Dünən, 17:31
“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…
Dünən, 17:30
İrəvanda yeni hökumət qurulur – Bakının GÖZLƏNTİSİ
Dünən, 17:26
Müharibənin görünməyən qiyməti: faiz ödənişləri, inflyasiya və itirilmiş investisiyalar - Ekspert deyir ki...
Dünən, 17:17
Şahin Bağırov bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:16
"Kinematoqrafçılara sədr Şəfiqə Məmmədova olmalıdır" - Cəmil Quliyev
Dünən, 17:13
Keçmiş həyat yoldaşını avtomobildə döyən şəxsə 4 ay HƏBS CƏZASI
Dünən, 17:08
“Aqrarkredit” qalmaqalı: “Azərinşaatservis”in məsələsi araşdırlacaqmı? - DETALLAR
Dünən, 17:04
Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib - FOTO
Dünən, 16:59
"İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin" - GÖZLƏNTİ
Dünən, 16:54
Nikol Paşinyanın mətbuat katibi istefa verdi
Dünən, 16:51
Azərbaycanda iki şirkət birləşdiyini elan etdi
Dünən, 16:46
İranda rejimi yalnız xalq yıxa bilər - ŞƏRH
Dünən, 16:44
Konstitusiya Məhkəməsinin 2-ci mərtəbəsində çökmə baş verib - PUL AYRILDI
Dünən, 16:37
Daha 3 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub
Dünən, 16:35
Çindən Azərbaycana 5 manata skumbriya gətirilir – Ölkələrin siyahısı
Dünən, 16:32
“Kürdlərlə bağlı elmi faktları demişəm, təhqir deyil” – Sərdar Cəlaloğlu
Dünən, 16:27
Tiktoker Müjgan həbs edildi - BUNA GÖRƏ...
Dünən, 16:25
Bu vəzifə Lətifə Kazımovaya həvalə edildi - FOTO
Dünən, 16:24
Xəstəliyə görə evsiz qalan Bərdə sakini ölkə başçısından KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru