Lavrov Tehrana səfər edəcək .....                     Eks-idarə rəisi ilk iclasda həbs edildi .....                     Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm .....                     Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib .....                     SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı .....                     ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır .....                     Hörmüz böhranı davam edir .....                     “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” .....                     Neft həftəyə bu qiymətlə başladı .....                     “Uninet”də yeni direktor təyin edilib .....                     Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub .....                     “SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat .....                     Televiziya niyə izlənilmir? .....                     Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb .....                     Bakıda hoteldə FACİƏ: .....                     Jurnalist araşdırmaları Ermənistanı silkələdi: .....                     DİN vətəndaşlara çağırış edib: .....                     Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı .....                     "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." .....                     Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı .....                     Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? .....                     Deputatlar sabah son iclaslarına çıxır .....                     Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: .....                     Elvariz Məmmədov yeni vəzifətə təyin olundu .....                     Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... .....                     100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi .....                     AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu .....                     Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib .....                     Rusiya ordusu üçün “könüllü” toplanışı: .....                     Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir .....                     ""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." .....                     Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında .....                     Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? .....                     İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU .....                     Monitorun kiçilməsi sizi aldatmasın!.. .....                     Əziyyət çəkib verilişə bir də baxın! .....                     Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! .....                     Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... .....                     Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB .....                     Ukrayna cəbhəsində gərginlik davam edir.. .....                 

Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Tarix: Bu gün, 11:24 | Çap et

Ermənistanda hakimiyyət nümayəndələrinin əmlakı və iqtidar partiyasının maliyyələşməsi ilə bağlı dərc olunan iki jurnalist araşdırması ölkədə korrupsiya, şəffaflıq və siyasi etikaya dair müzakirələri yenidən alovlandırıb.

"DİA-AZ" xəbər verir ki, "Hetq" araşdırma mərkəzinin dövlət məmurlarının milyonlarla dram dəyərində qol saatları haqqında araşdırması, eləcə də Ermənistanın "Azadlıq" Radiosunun ("Azatutyun") hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki kampaniyasının maliyyələşməsi ilə bağlı materialı ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla da təqdim olunan faktlar Ermənistan cəmiyyətində dövlət məmurlarının gəlirləri, aldıqları bahalı hədiyyələr və hakim partiyanın seçki kampaniyasında istifadə etdiyi resursların mənbəyi barədə yeni suallar yaradıb.

"Hetq"in araşdırmasına əsasən, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının bəyannamələr reyestrində dövlət məmurları və onların ailə üzvlərinə məxsus dəyəri 4 milyon dramdan artıq olan 25 qol saatı aşkarlanıb. Bu saatlar ümumilikdə 22 bəyannamədə yer alır. Maraqlıdır ki, həmin saatların 14-ü hədiyyə kimi əldə olunub, 9-u satın alınıb, 2-si isə miras qalıb. Bu fakt xüsusilə diqqət çəkir. Çünki dövlət vəzifəsi tutan şəxslərin on minlərlə dollar və milyonlarla dram dəyərində hədiyyələr qəbul etməsi cəmiyyətdə istər-istəməz maraq və suallar doğurur.

Ən bahalı saat kolleksiyasının sahibi hazırda Ermənistanın Rusiyadakı səfiri olan, əvvəllər isə hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı kimi fəaliyyət göstərmiş Qurgen Arsenyandır. Onun bəyannaməsinə görə, 2019-cu ildə 82 milyon dram, 2011-ci ildə isə 51,3 milyon dram dəyərində iki saat alınıb. Beləliklə, yalnız iki saatın ümumi dəyəri 130 milyon dramı ötür.Hakim partiyanın digər tanınmış simalarından olan deputat və biznesmen Xaçatur Sukiasyanın bəyannaməsində isə 23 milyon dramlıq saat göstərilib. Maraqlıdır ki, onun digər bahalı əşyaları – rəsm əsərləri, xalçalar və mebellər şəxsi vəsait hesabına deyil, hədiyyə və ya miras yolu ilə əldə olunub. "Metsamor" icmasının rəhbəri Vaqram Xaçatryan 33 min ABŞ dolları dəyərində "Rolex" saatını 2019-cu ildə hədiyyə aldığını bəyan edib. Ermənistanın ədliyyə naziri Qriqor Minasyan isə biri 22 min, digəri 16 min ABŞ dolları dəyərində olan iki saatı hələ 2009-cu ildə hədiyyə aldığını bəyannaməsində göstərib.

Araşdırmanın diqqət çəkən məqamlarından biri də Dövlət Gəlirləri Komitəsinin əməkdaşları ilə bağlıdır. Məlum olub ki, bu qurumun altı əməkdaşı və ya onların ailə üzvləri də bahalı saatlara sahibdir. Qoqavan–Privolnoye gömrük-keçid məntəqəsinin rəisi Aram Marqaryan 1 milyon 850 min Rusiya rublu dəyərində saat aldığını bəyan edib. Dövlət Gəlirləri Komitəsinin baş əməliyyat müvəkkili Aram Maçkalyan isə biri 18 min, digəri 11 min dollar olan iki saatı hədiyyə aldığını göstərib. Digər əməkdaş Andranik Canoyan isə 7 milyon dram dəyərində saatın ona hədiyyə edildiyini qeyd edib.

Baş nazir Aparatının Maliyyə-İqtisadiyyat İdarəsinin rəisi Aşot Pirumyan 12 min avro, Dövlət Nəzarəti Xidmətinin yüksək vəzifəli əməkdaşı Ayk Pluzyan isə 12 min dollar dəyərində saatı hədiyyə kimi qəbul etdiyini bəyannaməsində göstərib. Araşdırmanın müəllifləri vurğulayırlar ki, bütün bu məlumatlar rəsmi bəyannamələrdə əks olunub və qanunvericiliyin tələblərinə uyğun təqdim edilib. Bununla belə, bahalı hədiyyələrin çoxluğu cəmiyyət üçün açıq qalan suallar yaradır. Belə ki, dövlət məmurlarına təqdim edilən yüksək dəyərli hədiyyələrin kimlər tərəfindən və hansı səbəbdən verildiyi bəyannamələrdə öz əksini tapmır.

Hakimiyyət üçün narahatlıq yaradan digər araşdırma isə Ermənistanın "Azadlıq" Radiosu tərəfindən hazırlanıb. Jurnalistlər Mərkəzi Seçki Komissiyasına təqdim olunan sənədləri araşdıraraq müəyyən ediblər ki, "Vətəndaş Müqaviləsi" Partiyası seçki kampaniyası dövründə yalnız İrəvanda 106 qərargahdan istifadə edib. Onlardan azı 36-sı partiyaya tamamilə ödənişsiz təqdim olunub.

Araşdırmada qeyd olunur ki, bu obyektlər əsasən mayın 1-dən iyunun 15-dək davam edən rəsmi seçki kampaniyası müddətində partiyanın istifadəsinə verilib. Ermənistan qanunvericiliyinə əsasən isə daşınmaz əmlakın ödənişsiz istifadəyə verilməsi siyasi partiyaya natural formada ianə hesab edilir və bu, maliyyə hesabatlarında əks etdirilməlidir."Azadlıq" Radiosu xatırladır ki, hakim partiyanın maliyyələşməsi ilə bağlı suallar ilk dəfə yaranmır. Daha əvvəl "Sülhün səsi" adlı konsert layihəsi də müzakirələrə səbəb olmuşdu. Tədbirin "Fast Bank"ın dəstəyi ilə keçirildiyi, hakim partiya nümayəndələrinin onu fəal şəkildə təbliğ etdiyi və layihənin adının "Vətəndaş Müqaviləsi"nin seçki şüarlarından biri ilə üst-üstə düşdüyü bildirilirdi. Bununla bağlı edilən müraciətlərə baxmayaraq, cinayət işi açılmayıb, Korrupsiyanın Qarşısının Alınması Komissiyası isə inzibati araşdırmaya başlamayıb. Bundan başqa, artıq ikinci ildir ki, "Vətəndaş Müqaviləsi" Partiyasının 2022-ci ildə aldığı ianələrlə bağlı cinayət işi araşdırılır. İstintaq qanunla icazə verilən həddən artıq ianələrin qəbul edilməsi və qadağan olunmuş mənbələrdən maliyyə vəsaiti alınması ehtimalını araşdırır. Oxşar mövzu üzrə xüsusilə iri məbləğdə qanunsuz ianələrə dair başqa bir cinayət işi isə sonradan bağlanıb.

Hər iki araşdırma Ermənistan hakimiyyətinin korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində verdiyi vədlərin yenidən müzakirə olunmasına səbəb olub. Bahalı saatlar, yüksək dəyərli hədiyyələr və hakim partiyanın seçki kampaniyasında istifadə etdiyi ödənişsiz qərargahlar qanun pozuntusunun sübutu olmasa da, ictimai nəzarətin və hesabatlılığın vacibliyini bir daha gündəmə gətirir. Hazırda əsas sual ondan ibarətdir ki, jurnalist araşdırmalarında təqdim olunan faktlar hüquq-mühafizə və nəzarət orqanları tərəfindən araşdırılacaqmı, yoxsa bu məsələlər yalnız ictimai müzakirə mövzusu olaraq qalacaq. Hər iki halda, son araşdırmalar göstərir ki, Ermənistanda hakimiyyət nümayəndələrinin həyat tərzi, gəlirləri və siyasi maliyyələşmə mexanizmləri cəmiyyət üçün həssas mövzu olaraq qalmaqdadır.

musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov Tehrana səfər edəcək - AÇIQLAMA
Bu gün, 12:38
Eks-idarə rəisi ilk iclasda həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:30
Deqradasiyanın televiziya konveyer kəməri: “axmaqlar ölkəsi”ndə şovinizm - Sistemli şovinizm Rusiya pasportunu tullantı kağızına çevirdi
Bu gün, 12:29
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
Bu gün, 12:24
SEPAH “Qisas əməliyyatı” keçirdi: ABŞ bazaları bombalandı - "FARS"
Bu gün, 12:15
ETN və MÜTDA-da maliyyə yoxlamaları aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:12
Hörmüz böhranı davam edir - Gəmilər boğazdan gizli keçir
Bu gün, 12:04
“Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm” – Məhkəmə
Bu gün, 12:01
Neft həftəyə bu qiymətlə başladı
Bu gün, 11:59
“Uninet”də yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 11:46
Paşa Əliyev Sumqayıt Tekstil Fabrikinin direktoru vəzifəsinə təyin olunub - DOSYE
Bu gün, 11:45
“SOCAR Upstream”də rəhbər vəzifəyə yeni təyinat - ƏMR
Bu gün, 11:43
Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39
Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36
Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27
Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24
DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07
Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35
Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19
Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11
100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03
Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib - ADLAR...
Bu gün, 09:50
Rusiya ordusu üçün “könüllü” toplanışı: - İşçisini verməyən müəssisələr...
Bu gün, 09:45
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir - İlham Əliyevdən SENSASSİON AÇIQLAMA
Bu gün, 09:39
""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." - GİLEY
Bu gün, 09:38
Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında - AKTUAL
Bu gün, 09:30
Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? - İLGİNC
Bu gün, 09:12
İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU - 3 saat qapalı iclas keçirilib...
Bu gün, 09:03
Monitorun kiçilməsi sizi aldatmasın!.. - AKTUAL
Bu gün, 07:39
Əziyyət çəkib verilişə bir də baxın! - Problem məndə deyil! Sizdədir...
Bu gün, 07:18
Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 07:02
Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... - ETİRAZ
Bu gün, 07:00
Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 06:55
Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40
Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26
"Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" - partiya sədri
Bu gün, 06:21
Babək Hüseynov dövlətə necə ZİYAN VURUR - BU RƏSMƏN QARƏTDİR!
Bu gün, 06:17
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... - bu sistemə keçilməsə…
Bu gün, 06:07
Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
Bu gün, 06:04
ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər - WP
Bu gün, 05:49
ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, Hörmüz boğazı yenidən bağlanıb
Bu gün, 05:36
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 02:59
CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı məlumatları təkzib edib
Bu gün, 02:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru