NATO ölkələri, eləcə də Kanada müdafiə büdcələrini artırıblar, lakin bütün vəsaitləri xərcləyə bilmirlər.
Axar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
O, müdafiə sənayesi müəssisələrinin istehsal gücünü genişləndirə bilməməsindən şikayətlənib.
Rutte alyansın avropalı üzvlərinin və Kanadanın artıq blokun müdafiə ehtiyacları üçün əlavə 250 milyard dollar ayırdığını, lakin bu vəsaitlərin reallaşdırılmasının çətin olacağını vurğulayıb.
"Bu vəsaitlərdən istifadə etmək imkanlarımız baxımından maksimum həddə çatmışıq. Çünki bu pulu bir-iki il ərzində nəyə xərcləyə biləcəyimizin bir həddi var".






