NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib .....                     "Bu qədər rəzil bir bank yoxdur!" .....                     'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir .....                     Kartı bloklayırlar, ardından isə... .....                     “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı .....                     Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR .....                     "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. .....                     Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi .....                     Vyana Tacikistana rədd cavabı verdi .....                     "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." .....                     Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... .....                     Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                 

Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Tarix: Bu gün, 05:35 | Çap et

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq xarakterli insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyinə görə məhkum olunmuş erməni separatçılarının və onların müdafiəçilərinin verdiyi şikayətlərə baxılması həm beynəlxalq hüququn və həm də ölkə qanunvericiliyinin fundamental prinsipləri baxımından diqqətçəkəndir.
İnsan hüquqlarına dair beynəlxalq sənədlər və Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin, o cümlədən xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnu təmin edir. Bu baxımdan apellyasiya instansiyasında işə baxılması hüquqi dövlətin ayrılmaz elementi olmaqla yanaşı, cinayət mühakimə icraatının ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsinə xidmət edir. Dövlət məhz bu yanaşma ilə göstərir ki, ən ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər belə qanun qarşısında prosessual hüquqlardan məhrum edilmirlər.
Beynəlxalq və milli hüquq baxımından belə məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, tərcüməçi ilə təmin olunma, vəkillə təmsilçilik və məhkəmə qərarından şikayət vermək hüququ kimi fundamental təminatların praktik reallaşdırılması kimi qiymətləndirilir. Bu təminatların mövcudluğu məhkəmə qərarlarının legitimliyini artırır və sonrakı hüquqi mübahisələr zamanı dövlətin mövqeyini gücləndirir.
Bu proses Azərbaycan dövlətinin postmünaqişə dövründə ərazilərimizin uzun müddət işğal altında saxlamış seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, müharibədə qalib gəlmiş dövlət hərbi güc və ya siyasi ritorikadan deyil, təminatlı məhkəmə prosedurlarından istifadə etməklə seperatçı şəxslərin məsuliyyət məsələsini hüquqi müstəviyə çıxarır. Bu, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: münaqişə nəticəsində törədilmiş ağır cinayətlərin qiymətləndirilməsi və müvafiq cəzaların təyinin yalnız məhkəmə institutları vasitəsilə həyata keçirilir.
Mahiyyət etibarilə həmin şəxslərin əməlləri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri kimi tövsif edilir. Bu əməllərə görə cinayət məsuliyyəti fərdi xarakter daşıyır, yəni hər bir şəxs törətdiyi konkret əməllərə görə məhkəmə tərəfindən cəza alır. Məhkəmənin vəzifəsi törədilmiş əməllərə siyasi qiymət verilməsi deyil, təqdim edilmiş sübutlar əsasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməkdir. Apelyasiya məhkəmənin qərarının siyasi deyil, hüquqi arqumentlərə söykənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan apellyasiya icraatında da hər bir məhkumun şikayətinə ayrıca hüquqi qiymət verilməsi, onun müdafiə hüququnun təmin olunması və irəli sürdüyü arqumentlərin fərdi qaydada araşdırılması hüquqi legitimliyi gücləndirən amillərdəndir.
Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin hökmünü təsdiqləmək və ya dəyişdirmək funksiyasını daşımır, işə mahiyyəti üzrə tam şəkildə baxır. Bu zaman mühakimə olunmuş şəxslərin əməllərinin hüquqi tövsifinin düzgünlüyünü, təqdim edilmiş sübutların verilmiş ittihamları sübut etmək üçün yetərliliyi və mümkünlüyü məsələsini, prosessual normalara və təminatlara əməl olunmasını və işin ədalətli həlli üçün əhəmiyyətli olan digər halların araşdırılmasını həyata keçirir. Belə yanaşma məhkəmə ictimai etimadı artıran əsas mexanizmlərdən biridir.
Beynəlxalq xarakterli çoxsaylı cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət istəməsi ictimaiyyət tərəfindən siyasi və mənəvi cəhətdən qınanıla bilər. Lakin bu, beynəlxalq və milli hüquq baxımından onların əməllərinin qiymətləndirilməsi, onların prosessual təminatlarının məhdudlaşdırılması üçün yetərli deyil. Əsas məsələ prosesin hüquqi standartlara uyğun aparılmasıdır ki, bu da öz növbəsində həm daxili hüquq sistemi, həm də beynəlxalq hüquqi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən mühüm amildir.
Keçid ədaləti adlı bir yanaşma var. Bu yanaşmaya görə silahlı münaqişədən sonrakı dövrdə davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda hüquqi məsuliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilə bilər. Münaqişədən sonrakı cəmiyyətlərdə ən təhlükəli tendensiyalardan biri cəzasızlıq hissidir. Tarix göstərir ki, ağır cinayətlər hüquqi qiymət almadıqda, bu, gələcəkdə yeni zorakılıq risklərini artırır. Əksinə, qanunun aliliyinə əsaslanan mühakimə prosesi həm zərərçəkmişlərin ədalət gözləntilərini təmin edir, həm də gələcək nəsillərə hüququn üstünlüyü barədə aydın mesaj verir.
Ona görə də Bakı Apelyasiya Məhkəməsindəki belə proseslər münaqişədən sonrakı dövrdə ədalətin bərpası, cəzasızlığın aradan qaldırılması və uzunmüddətli sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bu məhkəmə prosesi vasitəsilə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir. Münaqişənin yaratdığı ağır humanitar və hüquqi nəticələr silahlı qarşıdurma deyil, məhkəmə institutları vasitəsilə araşdırılır.

Müəllif: Qulamhüseyn Əlibəyli - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55
Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Dünən, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Dünən, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Dünən, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Dünən, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru