Ötən il Bakıda 1 nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol qəzasında təqsirləndirilən “Arzum999” kimi tanınan tiktoker İlduzə Hacıyeva məhkəmə hökmü ərəfəsində ciddi açıqlama verib.
Tiktok-da canlı yayım açaraq ondan qarşı tərəfin 100 min manat istədiyini bəyan edib.
Daha sonra Criminal.az-a açıqlama verən İ.Hacıyeva bildirib ki, baş vermiş hadisəyə görə ona qarşı sərt mövqedə olan qəza zamanı xəsarət alan Sənubər Muradovanın ailəsidir. Tiktoker-in sözlərinə görə, S. Muradovanın atası qızının müalicəsi üçün 100 manat xərclədiyini, həmin məbləği tələb etdi: “Sənubəri Alminayaya aparıb müalicə etdirməli idik. Atası deyirdi ki, qızım Almaniyada qalsın, bildirdik ki, orda 3 ay saxlaya bilərik. Xəstəlik sənədlərini aparıb Almaniyada göstərməyi təklif etdik, razılaşmadılar. Ondan sonra mənlə düşmən oldular. Həmin ailə yaralı olduqlarına görə, bu vaxta kimi susurdum. Başa düşürəm, məni təqsirli bilirlər. Qızın anası ilə olan bütün yazışmalar yoldaşımda var”.
Xatırladaq ki, İ.Hacıyevanın Xəzər rayon Məhkəməsində keçirilən məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı təqsirləndirilən İ. Hacıyevanın 5 il 9 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi iyulun 2-də keçiriləcək.









