İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                 

“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Tarix: Bu gün, 01:14 | Çap et

​Bakının mərkəzində, “Sahil Biznes Mərkəzi”nin 4-cü mərtəbəsində dəbdəbəli ofis qurub, sosial şəbəkələrdə “Ausbildung”, “pulsuz Alman dili kursu” və “xaricdə zəmanətli iş” vədləri ilə insanları toruna salan “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov barəsində şikayətlərin ardı-arası kəsilmir.
Aztəminatlı ailələrin, son qəpiyini borc-xərc edib gələcək ümidinə bağlayan kasıb vətəndaşların etibarından sui-istifadə edən bu şirkət, minlərlə manat mənimsəməkdə və vətəndaşları qanuni əsaslar olmadan ortada qoymaqda ittiham olunur.
​Tələsik İmzalanan Müqavilələr və Şəxsi Kartlara Köçürülən "Gizli" Pullar
​Bizə müraciət edən Xırdalan şəhər sakinləri – İmaməddin Rəfael oğlu Əliyev və həyat yoldaşı Aidan Xəqani qızı Əliyevanın başına gələnlər, bu şirkətin iş mexanizminin hansı prinsiplər üzərində qurulduğunu ifşa edir. Instagram-da “6 ay pulsuz Alman dili” və “Ausbildung proqramı ilə Almaniyaya göndərilmə” reklamlarına inanaraq şirkətə üz tutan gənc ailə, rəsmən bir tələyə salınıb.
​Vətəndaşların bildirdiyinə görə, onlara 7 səhifəlik müqaviləni oxumağa belə imkan verilmədən, tələsik şəkildə imza etdirilib. Ümumilikdə 2000 AZN vəsait mənimsənilib.
Bu vəsaitin bir hissəsi nağd alınsa da, digər hissəsi şirkətin rəsmi hesabına deyil, onlara WhatsApp vasitəsilə göndərilən 5239 1517 1158 2869 nömrəli, kimliyi gizli saxlanılan bank kartına köçürülüb!
​Jurnalist Araşdırmasının Şok Nəticəsi: Köçürülən pullarla bağlı vətəndaşlara heç bir rəsmi mədaxil qəbzi və ya kassa orderi verilməyib.
Sonradan əldə edilən bank sənədlərində isə bu ödənişlər xidmət haqqı kimi deyil, şübhəli şəkildə "şəxsi vəsaitlərin çıxarılması" kimi rəsmiləşdirilib. Bu, birbaşa vergidən yayınma və maliyyə fırıldaqçılığı deyilmi?
​2 il keçməsinə baxmayaraq, nə vəd olunan keyfiyyətli dərs keçirilib, nə də ortada Almaniyaya getmək var. Kasıb ailənin pulunu geri istədikdə isə onlara "pul kursa xərclənib, geri qaytarılmır" bəhanəsi gətirilir. Halbuki reklamlarında bu kursun tamamilə pulsuz və proqrama daxil olduğu barədə yüzlərlə saxta vəd yer alırdı!
​Referans Media Araşdırır: Vüsal Qəribovun Sualdan Qaçan "Kağız Üstündəki" Qanuniliyi!
​Referans Media olaraq, məsələni obyektiv şəkildə işıqlandırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə “First Academy AZ” MMC-nin rəhbəri Vüsal Qəribovla birbaşa əlaqə saxladıq.
​Ona vətəndaşların pullarının niyə geri qaytarılmadığı, vergi bəyannamələri və VÖEN hesabatları, eləcə də şəxsi kartlara yığılan vəsaitlər barədə konkret suallar ünvanladıq. Vüsal Qəribov suallarımıza cavabında hər bir sənədinin qaydasında olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini iddia etdi.
Lakin araşdırmamız dərinləşdikcə və biz faktları onun önünə qoymaq üçün növbəti dəfə onunla əlaqə saxlamağa çalışdıqda, Vüsal Qəribov telefonlarımıza cavab verməkdən yayındı!
​Mətbuatın suallarından qaçan, zənglərə cavab verməyən bir rəhbərin "hər şeyim qanunidir" deməsi sadəcə sözdədir və reallığı əks etdirmir! Sənədləri düzgün olan, fəaliyyəti şəffaf olan şəxs medianın qarşısından qaçmaz, gizlənməz!
Bu qaçış, edilən qanunsuzluqların və vətəndaşların aldadılmasının növbəti sübutudur. Bu şirkət barədə redaksiyamıza daxil olan çoxsaylı digər analoji şikayətlər də göstərir ki, qarşımızda sistemli şəkildə fəaliyyət göstərən bir mexanizm dayana bilər.
​Kasıbın Pulu ilə Eyş-İşrət Həyatı: Bu Toxunulmazlıq Haradandır?
​Şəhərin mərkəzində, ən bahalı biznes mərkəzlərindən birində ofis saxlayan, aztəminatlı ailələrin gələcək arzularını, borc içində tapıb gətirdikləri son qəpiklərini mənimsəyən Vüsal Qəribovun hansı pullar hesabına eyş-işrət həyatı sürdüyü, sosial şəbəkələrdə yüngül əxlaqlı qadınlarla nümayişkaranə şəkildə məclislər təşkil etdiyi hər kəsə bəllidir.
Vətəndaşı mənəvi və maddi ziyana uğradan bir şəxs, necə olur ki, özəl televiziya kanallarına çıxaraq milyonlarla insanı manipulyasiya edir, təhsil və peşə adı altında öz fırıldaq fəaliyyətinin təbliğatını apara bilir?
​Vətəndaşlara dikbaşlıqla "gedin, hara istəyirsinizsə, şikayət edin" deyən Vüsal Qəribov görəsən kimə və nəyə arxalanır? Cənab Prezident İlham Əliyevin "Heç kəs toxunulmaz deyil və heç kəsə xüsusi imtiyaz verilməyib" dediyi bir ölkədə, bu şəxsə vətəndaşları açıq-aşkar talamaq imtiyazını kim verib?
​Hüquq-Mühafizə Orqanlarına TƏCİLİ ÇAĞIRIŞ!
​Bu yazı sadəcə bir xəbər deyil, aldadılan, hüquqları tapdanan və çarəsiz qalan vətəndaşların səsidir. Əlimizdə olan yazışmalar, səs yazıları, bank köçürmə sənədləri və faktlar əsasında aidiyyəti dövlət qurumlarına çağırış edirik:
​Daxili İşlər Nazirliyinə: “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov tərəfindən vətəndaşların etibarından sui-istifadə edilməklə pullarının mənimsənilməsi (Dələduzluq əlamətləri) faktı araşdırılmalı, qanun qarşısında cavab vermələri təmin edilməlidir.
​Baş Prokurorluğa: Şirkətin vətəndaşlardan rəsmi kassa orderi olmadan pul yığması, vəsaitlərin şəxsi kartlara köçürülməsi tələbi və bu yolla vətəndaşlara maddi ziyan vurulması məsələsinə hüquqi qiymət verilməli və cinayət işi başlanmalıdır.
​Dövlət Vergi Xidmətinə: Şəxsi bank kartları vasitəsilə dövriyyə edən, sənədləşdirilməyən və "şəxsi vəsaitlərin çıxarılması" adı altında gizlədilən yüzlərlə, bəlkə də minlərlə manatlıq qanunsuz maliyyə dövriyyəsi yoxlanılmalı, vergidən yayınma faktları ifşa olunmalıdır.
​Referans Media olaraq, bu cinayət xarakterli fırıldaqçılığın və korrupsiya qoxulu fəaliyyətin sonunadək təqibçisi olacağıq! Aldadılan vətəndaşların hüquqları bərpa olunana və Vüsal Qəribov qanun qarşısında cavab verənədək mövzunu gündəmdə saxlayacağıq!.."
"Referans Media"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dünən, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Dünən, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Dünən, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Dünən, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Dünən, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Dünən, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Dünən, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Dünən, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Dünən, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Dünən, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Dünən, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Dünən, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru