"Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                     Milli Ordumuzun şərəfli inkişaf yolu .....                     “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” .....                     Rusiya üçün çox pis xəbər: .....                     Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı .....                     Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər .....                     İrəvan iki ildir KTMT-yə pul ödəmir .....                     Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil .....                     Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib .....                     Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? .....                     Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb .....                     Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR .....                     Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər .....                     "Böyük Qayıdış" Strategiyası və... .....                     İcra başçıları üçün yaş həddi .....                     TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM .....                     Ordumuz yeni modelə keçir, gücünü artırır .....                 

“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Tarix: Bu gün, 11:52 | Çap et

Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda təhsil haqqının çox aşağı olduğu, dünyanın heç bir yerində pulsuz təhsilin olmadığı, təhsilin investisiya tələb etməsi barədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Nazirin fikirlərini təsdiq edənlərlə yanaşı, tənqid edənlər də kifayət qədərdir.

"DİA-AZ" xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun sözlərinə görə, təhsil haqları Azərbaycandan qat-qat yüksək və aşağı olan ölkələr də var.

O bildirib ki, burada söhbət təhsil haqqının yuxarı və ya aşağı olmasından deyil, təhsilin keyfiyyətli olub-olmamasından getməlidir: ““Ən aşağı təhsil haqqı Azərbaycandadır” demək doğru olmazdı. Müxtəlif ölkələrdə müxtəlif qiymətlər var. Ödənişsiz ali təhsil verən ölkələrdə zahirən pulsuz görünür, amma bu xərci dövlət ödəyir və bu bizim təhsil haqqından 5-10 dəfə çoxdur. Bu ölkələrdə universitetlər öz təhsil haqqını istənilən halda tam alır. Bu xərci vətəndaşın əvəzinə dövlət ödəyir. Məsələn, Almaniya, Türkiyə və s. ölkələrdə məhz belədir. Bizdə isə tələbə gedib “Təhsil Tələbə Krediti Fondu”ndan kredit götürür və təhsil haqqını ödəyir. Ancaq bu pulun qarşılığında keyfiyyətli təhsil ala bilmir. Problem budur. Bu səbəbdən də həmin tələbə sonralar əmək bazarında rəqabət qabiliyyətli olmur, heç bir iş tapa bilmir, ya da istədiyi işi tapmır. Azərbaycanda mənfi tendensiya yaranıb. Xaricdə oxuyanları, ingiliscə danışanları ilk növbədə işə götürürlər, xüsusən də dövlət qurumlarında… Yerli universitetlərin məzunları iş tapa bilmirlər, əmək bazarında vakansiyalar ilbəil azalır, ixtisarlar gedir, məzundan staj tələb edilir. Olan vakansiyalar da “Bravo”, “Sədərək” ticarət mərkəzində, “Bolt” taksi xidmətində sürücüsü və s. kimi işlərdir. Bizim təhsil sistemi təəssüf ki, keyfiyyətsizdir”.

Ekspert qeyd edib ki, ölkədə qiymətlər daim artır, universitetlərin isə öz əməkdaşlarının maaşını qaldırmaq imkanı yoxdur: “Universitetləri publik hüquqi şəxs etdik, yəni universitetlər maddi baxımdan özü-özünü saxlamalı idilər. Necə? Hansı resurslarla? Bizim kimi ölkələrdə universitetlər, elm və təhsil dövlət himayəsində olmalıdır, ya da çökməlidir, çünki başqa pul qazanmaq imkanı hələ də yoxdur. Az bir qisim, rəhbərlikdə təmsil olunan 3 faiz əməkdaşın yüksək maaşı var, digərlərinin maaşı isə Bakı şəhəri üzrə orta əmək haqqından da aşağıdır. Belə ki, Bakıda orta əmək haqqı 1200 manatdır. Ali məktəblərdə professorun maaşı ortalama 1200 manat, dosentin maaşı 1000 manatdır. Elmi dərəcəsi olmayan müəllimlərin maaşı isə 1000 manatdan da azdır. Yəni, ali məktəblər son beş ildəki fasiləsiz qiymət artımına uyğun adekvat maaş verə bilmirlər. Universitetlərə publik hüquqi şəxs status tələsik verildi, özü də ziyanlı oldu. Nəticədə əmək haqqı artmır, sanki, yerlə sürünür, amma təmir-tikinti işləri sürətli gedir. Biz bəlkə də, yeganə ölkəyik ki, nazirin maaşı professorun maaşından 10-12 dəfə yüksəkdir. Universitetlərdə normal əmək haqqı, normal elm-təhsil qrantları olmadığına görə ali təhsildə keyfiyyət yoxdur. Başqa bir problem: biz yüksək təhsil haqqı tələb etsək də, buna uyğun keyfiyyətdə təhsil vermirik, əlavə olaraq əhalinin yüksək təhsil haqqı ödəməyə maddi imkanı da yoxdur. Tək təhsil deyil, hər sahədə qiymətlər artır, valideynlərin yeni qiymətlərlə təhsil haqqı ödəməyə imkanı yoxdur. Bu dərs ilində 13 000 tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün xaric edilib. Bu səbəblərdən ali təhsildə ziddiyyətli vəziyyət yaranır”.

İ.Əhmədovun sözlərinə görə, nazirlik dövlət hesabına sistematik şəkildə universitetlər üçün dərsliklər çap etdirməlidir: “Nazir 5-6 il öncə də demişdi ki, 1500 manata mühəndis hazırlamaq olmaz, indi də deyir ki, 2000 manata İT mütəxəssisi hazırlamaq olmaz. Eyni sözləri inflyasiyanı nəzərə alaraq, yenidən təkrar edir.

Faktiki olaraq ali təhsildəki problemlər illərlə həll olunmayıb deyə, indi də necə həll edəcəklərini menecerlər, sanki bilmirlər. Ən pisi isə menecerlər heç nə öyrənmək istəmirlər. Deyəsən, sertifikasiyadan kəsilən müəllimlərimiz, təhsil menecerlərindən daha məsuliyyətlidirlər. Nazirlik deyir, Bakıdakı universitetlərə qəbul planını azaldıb, regionlardakı universitetlərin qəbul planını artıraq. Yəni, Bakıda tələbə az olsun, daha keyfiyyətli təhsil olsun. Bu, həll yolu deyil. Çünki təhsilin keyfiyyəti auditoriyadakı tələbə sayından asılı deyil. Yüz minlərlə tələbəsi olan universitetlər var ki, onlar yüksək keyfiyyətli təhsil verirlər. Bizim ali təhsil isə çox vaxt keyfiyyətsiz olur, ona görə yox ki, tələbə sayı çoxdur. Bəli, tələbə sayının qismən təsiri var, ancaq məsələ budur ki, Azərbaycanda ali təhsilin tədris metodik bazası, təhsil ekosistemi zəifdir, müəllimlərin təkmilləşmə, ixtisasartırma sistemi dağıdılıb, nazirlik səviyyəsində universitetlər üçün dərslik hazırlanmır. Müəllimlər öz hesabına nə isə edirlər, kitablar yazırlar, sonra da çap edib tələbəyə satırlar, amma bu, həll deyil, müasir universitetlər, reytinqə xeyli pul sərf edən universitetlər belə etməli deyillər. Universitetlər üçün dövlət xətti ilə dərsliklər, elektron resurslar yaradılmalıdır. Problemlər çoxdur, həll edənlər isə yoxdur… Elm və Təhsil Nazirliyi 10 problemi gizlədib, 11-cini deyir, bunu bir az da şişirdirlər. Düşünürəm ki, təhsildə bir çox məsələlər 30 ildə başlı-başına buraxıldığına görə, az maliyyə və səriştəsiz idarəetmə səbəbi ilə sistem xarakterli olub.

Menecerlər bu problemlərin həll mexanizmini bilmirlər. Çünki təcrübələri, bilik bazaları, uyğun ixtisas təhsili yoxdur, bu sahədəki beynəlxalq təcrübəni də bilmirlər. Menecerlər gedirlər xarici təcrübə öyrənməyə, görürlər ki, Qazaxıstanın bir məktəbində müəllimlər məktəb forması geyiniblər, 1000 problem qalır kənarda, tez gəlib müəllimlərin forma geyinməsini tələb edirlər, tətbiq edirlər. Bu kifayət deyil axı… Təhsilin min problemi qalıb kənarda, məktəb formasını müzakirə edirlər. Dövlət İmtahan Mərkəzinin hesabatı yayımlandı ki, Azərbaycan məktəblərində şagirdlərin proqramı mənimsəmə dərəcəsi 40 faizdir. 40 faiz biliyi olan məzun universitet tələbəsi olmamalı, attestat da almamalıdır. Çünki o proqramı mənimsəyə bilməyəcək. Bu problemləri müzakirə etmirlər, baş qatmaq üçün isə məktəb forması, digər nəticəsiz və əhəmiyyətsiz məsələlər, müzakirələrlə gündəmi qatırlar”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Mirsaleh Seyidovun bazarında ŞOK QİYMƏTLƏR - Bu faktları araşdıran olsa...
Bu gün, 09:07
Pentaqon hərbi hədəflərin seçilməsində süni intellektin rolunu genişləndirə bilər - "Bloomberg"
Bu gün, 08:49
"Böyük Qayıdış" Strategiyası və... - İNCƏLƏMƏ
Bu gün, 08:36
İcra başçıları üçün yaş həddi - AKTUAL
Bu gün, 08:21
TƏBİB-in mətbuat şefindən ƏCAİB ADDIM - AY MAŞALLAH...
Bu gün, 07:17
Ordumuz yeni modelə keçir, gücünü artırır - ŞƏRH
Bu gün, 07:10
Qoşqar Təhməzlinin özü tender qanunlarını pozursa... - FOTOFAKT
Bu gün, 07:06
“Buraxılış imtahanı DİM-dən alınmalıdır” - Şagirdləri qorumaq üçün...
Bu gün, 07:04
“Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin” - ETİRAZ VAR!
Bu gün, 07:02
Vurulduğu aktyorla evlənən, qovluqla gəlin köçən, qəzada ölən Azərbaycan gözəli... – HƏYAT HEKAYƏTİ
Bu gün, 07:00
"Formag-Baku" MMC-nin 1.7 milyon manatdan çox vergi borcu üzə çıxdı — Şirkəti "Marsol Group"la nə bağlayır?
Bu gün, 06:56
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:51
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir – İran panikada
Bu gün, 06:49
'Texniki nasazlıq' adı altında SOYĞUN - "Hər kəsi avam bilməyin..."
Bu gün, 06:36
Taliban Əfqanıstanı zülmətə bürüyür... - KİV
Bu gün, 06:30
Putinə qarşı QİYAM XƏBƏRDARLIĞI... - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru