PAŞA Həyat Sığorta şirkətinin strukturunda dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, Orxan Abbaszadə “PAŞA Həyat”da Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2021-ci ilin aprel ayından 2026-cı ilin mart ayına kimi PAŞA Həyat Sığorta şirkətinin Maliyyə Hesabatlığı şöbəsinin rəhbəri kimi çalışıb.
Orxan Abbaszadə 2011–2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Edilməsi və Menecment ixtisası üzrə bakalavr təhsili alıb.









