"Demək, belə... Aprel ayının 29-u tarixində avtomobilim parking vəziyyətində vurulub və..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında gileylənən Elnur Məhərrəmov adlı istifadəçi sığorta şirkətindən ödənişini ala bilməməsindən narazılıq edir.
O daha sonra başına gələnləri belə nəql edir: "Bütün YPX sənədləri həll edilib. Maşına dəyən ziyan hesablanıb, qiymət qoyulub.
Amma "PASHA Insurance" ödənişimi etmir. Düz 1 ay 3 gündür ki, maşınsız qalmışam. Bir ödəniş etmək bu qədər çətin deyil axı...
Hər kəsə də tövsiyyəm odur ki, "Paşa Sığorta" xidmətlərindən istifadə etməyin..."









