"Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə məyus oluram. Yazırlar ki, düz deyir, kişi qazanmalıdır, qadın yeməlidir. İşləmək yalnız maaş almaq üçündürmü?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış teleaparıcı Nigar Sabirqızı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İş həm də özünü reallaşdırmaq, cəmiyyətə fayda vermək, sosiallaşmaq, sevdiyi sahədə inkişaf etmək deməkdir. Əgər insan işini yalnız maddi qazanc kimi görürsə, o işdən nə zövq alar, nə də böyük uğur əldə edə bilər. Qadın da öz ayaqları üzərində dayanmaq, heç kimdən asılı olmamaq üçün işləməlidir. Qadının ərinin və ya başqa birinin qazancına möhtac vəziyyətdə yaşaması normal qəbul edilməməlidir. Bu həyatda iqtisadi müstəqilliyin yoxdursa, deməli kiməsə möhtacsan. Təəssüf ki, möhtac olmaq istəyən qadınlarımız çoxdur..."








