Bu torpaq rahatlıqla yox, şəhid qanı ilə qorunub. Bu gün sərhəddə dayanan oğullar olmasaydı, nə təhlükəsizlikdən danışardıq, nə də gələcəkdən. Hər kəs yalnız şəxsi mənafeyini düşünsəydi, bu millətin arxasında dayanacaq bir iradə qalmazdı. Vətən yalnız sözlə deyil, fədakarlıqla qorunur. Vətəni qorumaq lazım gələndə tuman altda gizlənənlər, tula payına yaltaqlıq edənlər yox, vətəni üçün canından keçənlər, ağır yükü çiyninə alan sadə insanlar dövləti də yaşadır.
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi, namusunuzu düşməndən qorumağa əsgər tapılmazdı.
Müəllif: Elyar İslamoğlu
Şəhid qardaşı, alim
"DİA-AZ"








