"Azərbaycanda doğulan uşaqların sayı pik həddən 2011ci ildə 176072 nəfərdən 2025ci ildə ilk dəfə 100 minin altına düşərək 95875 nəfər olub. Bu 14 ildə 45.5% azalma deməkdir. Bu ölkə olaraq çöküş deməkdir..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış ekoloq Cavid Qara çıxış edib.
O daha sonra fikrini belə davam etdirir: "Azalma tempi azalmasa bu növbəti 15 ildə 50minə düşmək deməkdir. Bu məktəblərin bağlanması ölkənin iqtisadi modelinin dəyişməsi deməkdir.
Bunu izah etmək istəyən, bunun qarşısını almağa və ya uyğunlaşmağa yönəlik bir siyasətin olub olmadığını nədən ibarət olduğunu izah etməyə çalışan bir dövlət qurumu var? Ya bu heç bir dövlət qurumunun fəaliyyət bölgüsünə düşmür? Harda qırılar qırılar?"










