İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei təhlükəsizlik müşavirəsi keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
İclas zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Abdullahi Ali Rəhbərə ordunun vəziyyəti barədə məruzə edib. General bildirib ki, ordunun bütün qolları həm müdafiə, həm də hücum əməliyyatlarının həyata keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.
Müşavirədə İrana qarşı yönələn təhdidlər müzakirə olunub və xarici qüvvələrə sərt mesaj ünvanlanıb. Vurğulanıb ki, ABŞ və İsrail tərəfindən atılacaq hər hansı düşmən addımı Tehranın dərhal və adekvat cavabı ilə nəticələnəcək.









