Ukraynaya qarşı genişmiqyaslı işğalın başlamasından sonra ruslar getdikcə daha çox öz geosiyasi təcridlərinin nəticələri ilə üzləşirlər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Cəmi bir neçə il əvvəl beynəlxalq brendlərin geniş seçimi ilə sabit görünən bazar indi məcburi əvəzedicilər, paralel idxal və artan qiymətlər məkanına çevrilib. Və yeni sorğulara əsasən, əhalinin əhəmiyyətli bir hissəsi açıq şəkildə bunu itki kimi qəbul edir", - deyə bildirilib.
Qeyd edilir ki, sorğuda iştirak edən Rusiya vətəndaşlarının yarıdan çoxu (56%) xarici şirkətlərin bazara qayıtmasını istəyir. Ən böyük tələbat avtomobil brendlərinə, film sənayesinə, proqram təminatı və s. malların istehsalçılarınadır.










