Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                 

Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Tarix: Bu gün, 10:25 | Çap et

Bu ilin ilk üç ayında Azərbaycanın ət idxalında artım qeydə alınıb. Rəsmi statistikaya görə, ölkəyə 12 min 299 ton ət gətirilib və bunun üçün 28 milyon 630 min ABŞ dolları vəsait xərclənib. Maraqlıdır ki, idxal olunan ətin həcmi cəmi 3,4 faiz artsa da, onun dəyəri 15,3 faiz yüksəlib. Bu isə bazarda qiymətlərin bahalaşması ehtimalını gündəmə gətirir. Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsində azalma müşahidə olunur – həm ixrac, həm də idxal ötən illə müqayisədə aşağı düşüb. Bütün bu göstəricilər fonunda sual yaranır: ölkə daxilində ət istehsalı tələbatı niyə qarşılamır və idxaldan asılılıq nə dərəcədə təhlükəlidir?

Azərbaycanda ət idxalının artmasının əsas səbəbləri nədir?

Yerli istehsal daxili tələbatı niyə tam ödəyə bilmir?

İdxalın dəyərinin daha sürətlə artması qiymət bahalaşmasından xəbər verirmi?

Qarşıdakı aylarda ət bazarında hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"Təəssüf ki, bu vəziyyət heç də təəccüblü deyil. Çünki ölkədə son 5 il ərzində həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi və narahatedici azalma müşahidə olunur. Rəqəmlərə diqqət yetirdikdə mənzərə daha da aydın görünür: təxminən 300 min baş iribuynuzlu mal-qara, eləcə də 1,7–1,8 milyon baş qoyun-keçi sayı azalıb. Bu isə o deməkdir ki, yerli istehsalın zəifləməsi artıq qaçılmazdır. Nəticədə daxili bazarda ət və ət məhsullarının qiymətləri artır, eyni zamanda idxaldan asılılıq daha da güclənir. Statistik göstəricilər də bu tendensiyanı açıq şəkildə təsdiqləyir.

İqtisadiyyat bir bütöv sistemdir – onun yalnız bir tərəfinə baxmaqla real mənzərəni qiymətləndirmək mümkün deyil. Əgər istehsal azalırsa, bunun bazara, qiymətlərə, idxal-ixrac balansına təsiri də qaçılmaz olur.

Ölkədə örüş sahələrinin tədricən zəbt olunması, yem bazasının zəifləməsi, maldarlıqla məşğul olmaq istəyən insanların sayının azalması bu prosesin əsas səbəblərindəndir. İnsanlar bu sahədən uzaqlaşırlar, çünki gəlirlilik aşağıdır, qarşılaşdıqları maneələr isə kifayət qədər çoxdur. Uzun illər zəhmət çəkib nəticədə gözlədiyi qazancı əldə etməyən fermer təbii ki, bu sahədən uzaqlaşır. Bu da ümumi heyvandarlıq sektoruna birbaşa zərbə vurur".

İqtidadçı qeyd edib ki, şəhər həyatının cazibəsi də kənd təsərrüfatından uzaqlaşmanı sürətləndirir:

"İnsanlar düşünür ki, şəhərdə 1000–1500 manat maaşla fəhlə işləmək daha sərfəlidir, nəinki ağır və əziyyətli maldarlıqla məşğul olub qeyri-müəyyən gəlir gözləmək. Halbuki hamıya məlumdur ki, maldarlıq çox zəhmət tələb edən sahədir və bu sahədə çalışan insanların xüsusi dəstəyə ehtiyacı var.

Mövcud vəziyyət göstərir ki, problem artıq sistem xarakteri alıb və onun həlli üçün fundamental addımlar atılmalıdır. Maldarlıqla məşğul olanlara real və effektiv stimullar verilməlidir. Bu sahə elə səviyyədə gəlirli olmalıdır ki, insanlar kənd təsərrüfatını tərk edib şəhərə üz tutmasınlar.

Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi, fermerlərin bazara birbaşa çıxış imkanlarının yaradılması, innovativ texnologiyaların tətbiqi, yeni və məhsuldar heyvan cinslərinin yetişdirilməsi, baytarlıq xidmətlərinin əlçatan və mümkün qədər pulsuz təşkili, yem bazasının genişləndirilməsi və möhkəmləndirilməsi".

Natiq Cəfərli vurğulayıb ki, bütün bunlar həyata keçirilməzsə, son illərdə müşahidə olunan mənfi tendensiya daha da dərinləşəcək. Əhalinin sayı artdığı halda mal-qara sayının azalması ciddi disbalans yaradacaq.

Bu isə qaçılmaz olaraq ətin qiymətinin daha da bahalaşmasına, idxaldan asılılığın artmasına və ölkənin ərzaq təhlükəsizliyi baxımından risklərlə üzləşməsinə gətirib çıxara bilər:

"Bu gün müşahidə etdiyimiz vəziyyət illər əvvəl proqnozlaşdırılırdı. Təəssüf ki, bu xəbərdarlıqlar özünü doğrultdu və indi artıq problemin nəticələri ilə üz-üzəyik. Əgər vaxtında və düzgün qərarlar qəbul olunmasa, yaxın gələcəkdə ət bazarında daha ciddi və kəskin bahalaşma dalğası qaçılmaz olacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru