SOCAR "Azəriqaz" İstehsalat Birliyində son günlər artan narazılıqlar nəinki rəhbərlik tərəfindən ciddiyə alınmır, hətta izahatı veriləcək sual kimi belə diqqətə gəlmir. Bu isə əlavə olaraq etirazmıları daha da qəzəbləndirir ki, bunu da sosial şəbəkələrdə narazı "Azəriqaz" işçilərinin qəzəbli müraciətlərindən sezmək mümkündür.
"DİA-AZ" bildirir ki, bu barədə gileylərini ictimailəşdirən "Azəriqaz" çalışanlarının böyük əksəriyyəti artıq altıncı ildir ki, maaşlarının artamamasından giley edirlər. Amma bu da hamısı deyil. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hseabında yer alan bəzi gileyləri təqdim edirik...
***
"İxtisaslı isçiləri ixtisar edirlər. İstədikləri şöbələri yaradırlar. "Azəriqaz" batıb, gedir..."
***
Nurlan Ehedzade:
"Məni işdən çıxarıblar. Amma hələ də tam "raşot" eləməyiblər... 10 günlük eyzamiyyət pulumu vermirlər. Məncə əmək müfəttişliyi buna göz yummamalıdır..."
***
Elsad Memmedov:
" "Azəriqaz"da özbaşnalıq baş alıb gedir... Səbəbkar isə rəhbər və ətrafındakılardır..."
***
Sərxan Məhərrəmov:
"6 ildir maaş artmır, fəhlələr borc içində üzür..."
***
Pervane Ismailova:
Səlyan Regional Qaz İstismarı İdarəsində mühasiblərimizi "ixtisar" adıyla namərdcəsinə işdən çıxarıb, 2 ay sonra həmin şöbəyə ştat əlavə etdilər. Və öz qohumarını yerləşdirdilər. Allah əzablarını versin baislərin!!!"
***
Məsələ diqqətimizdədir...









