ABŞ Maliyyə Nazirliyi Rusiya və İran neftinin alınmasına verilmiş müvəqqəti icazənin müddətini uzatmaq niyyətində deyil.
Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb.
Məlumata görə, əvvəllər ABŞ Maliyyə Nazirliyi aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya neftinin satışına icazə verən lisenziyanı bərpa etmişdi. Lakin bu sənəd mayın 16-da qüvvədən düşəcək və onun uzadılması planlaşdırılmır.
Bildirilib ki, Vaşinqton dənizdə olan enerji resursları üçün verilən birdəfəlik icazələrin uzadılmasını istisna edir. Eyni qərarın İran neft tankerlərinə də şamil olunacağı qeyd edilib.
Nazirin sözlərinə görə, mövcud məhdudiyyətlər fonunda İran hasilat sahələrində çətinliklərlə üzləşə bilər.









