Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
O, işdən çıxarılması ilə bağlı ərizə yazdığınıBakupost.az -a təsdiqləyib.
“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən bu vəzifədə çalışırdı.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.









