TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
"Əminəm ki, biz 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.









