Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi üzrə işlərin 2026-cı ildə başlayacağına əminliyini ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçki proqramının təqdimatı zamanı bildirib.
N.Paşinyanın sözlərinə görə, ilk növbədə elektrik ötürücü xətlərinin istismara verilməsi nəzərdə tutulur:
"Mən əminəm ki, biz 2026-cı ildə yerlərdə işə başlayacağıq. Fikrimcə, elektrik ötürücü xətlərinin istismara verilməsi ən sürətli proses olacaq. Bu layihə həm də çoxlu iş yerləri yaradacaq. Ümid edirəm ki, biz bu iş yerlərini Ermənistan vətəndaşları ilə təmin edəcəyik və şirkətlər xaricdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar".









