Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                 

Müharibə Zəngəzura çatdı: “boz zona” olur? - Ermənistan qorxu içində
Tarix: 4-03-2026, 09:08 | Çap et

İranla müharibə Ermənistanda da ciddi narahatlıq doğurub. Erməni təhlilçilərin sözlərinə görə, genişmiqyaslı hərbi eskalasiya Ermənistan üçün də ciddi nəticələrə səbəb ola bilər. Əsasən, iki riskli ssenariyə işarə edilir: İrandan regiona qaçqın axını və bu vəziyyətdən sui-istifadə edərək, xüsusən də Sünikdə (Zəngəzurda) “təhlükəsiz zonalar” yaratmaq.

Eyni zamanda Ermənistan hökuməti əlavə risklərdən qaçaraq açıqlamalarında və hərəkətlərində son dərəcə ehtiyatlı olmalıdır. Ekspertlər vurğulayır ki, İrana qarşı müharibə bütün regionu yenidən formalaşdıra bilər, yeni təsir zonaları yarada bilər. Yaxın Şərqdə və Cənubi Qafqazda təsir uğrunda rəqabətin güclənə biləcəyi və bəzi ölkələrin mövqelərini gücləndirməyə cəhd edə biləcəyi gözləniləndir... Ermənistanın təkcə hərbi deyil, həm də genişmiqyaslı iqtisadi və geosiyasi sarsıntılar təhlükəsi ilə üzləşə biləcəyi barədə də xəbərdarlıq edilir. Ermənistanın regionda artan geosiyasi gərginlik fonunda narahatlığı realist yanaşma kimi qiymətləndirilə bilər. Çünki Ermənistan kimi kiçik və təhlükəsizlik baxımından həssas dövlətlər üçün böyük münaqişələr yalnız xarici təhlükə deyil, həm də daxili sabitlik sınağıdır. Xüsusilə İran ətrafında mümkün hərbi eskalasiya ssenarisi region ölkələrinin hamısını zəncirvari təsir altına sala bilər.

Qaçqın axını ilə bağlı ehtimal etdiyi ssenari nəzəri görünsə də, xüsusilə Azərbaycanın da maraq dairəsində olan Zəngəzur (Sünik) kimi strateji bölgələr ətrafında “təhlükəsiz zona” müzakirələrinin gündəmə gəlməsi ehtimalı tamamilə istisna deyil. Belə zonalar bəzən humanitar mexanizm kimi təqdim olunsa da, geosiyasi təsir alətinə çevrilmək riski daşıyır.

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İran müharibəsinə görə qonşu dövlətlərin narahatlığı anlaşılandır: “Müharibənin genişlənməsi və uzanması hər an İrandan əhalinin sərhədlərə axışmasına və qonşu ölkələrə üz tutmasına gətirib çıxara bilər. Ermənistanın Zəngəzur ərazisinin İran müharibəsinin nəticəsində ABŞ tərəfindən ”boz zonaya" çevrilə biləcəyi barədə iddialara gəlincə, Ermənistan TRIPP layihəsinin iştirakçısı kimi Zəngəzur ərazisinin müəyyən hissəsini bu layihənin icra ediləcəyi ərazi olaraq ayırmağa borcludur. Söhbət məhz TRIPP layihəsinin əhatə dairəsi olan ərazidən keçirsə, ABŞ-nin həmin marşrutun təhlükəsizliyi üçün müəyyən addımlar atacağı gölzəniləndir. Lakin bu, heç də o demək deyil ki, ABŞ o ərazinin “boz zona” olmasını istəyir. ABŞ əraziyə investisiya yatırmaq istəyirsə, o halda həmin ərazi üçün istənilən potensial təhlükəni önləmək üçün addımlar atacaq. Hətta ərazini “boz zonaya” çevirmək bahasına olsa belə bunu edəcək. Amma hesab edirəm ki, məsələnin bu həddə çatmasına ehtiyac qalmayacaq"

Hərbi ekspert Rövşən Məhərrəmov bildirdi ki, İranla mümkün uzunmüddətli müharibə ssenarisi təkcə Yaxın Şərq deyil, Cənubi Qafqaz üçün də ciddi geosiyasi silkələnmə yarada bilər: “Ermənistanın cənubunda yerləşən tarixi Zəngəzur - indiki Sünik vilayəti bu baxımdan həssas nöqtədir. Bu ərazi Ermənistanın İranla yeganə quru sərhədidir, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəzərdə tutulan kommunikasiyaların potensial keçid zonasıdır, Türkiyə-Azərbaycan-Mərkəzi Asiya bağlantısı üçün kritik marşrut hesab olunur. Bu ərazi İran üçün Qafqaza çıxışın əsas qapısıdır. Bu səbəbdən burada hər hansı "boz zona" modeli regional güclərin hamısının maraqlarına toxunar. Geosiyasi termin olaraq “boz zona” rəsmi işğal və ya anneksiya deyil, amma real suveren nəzarətin zəiflədiyi, xarici hərbi, təhlükəsizlik və ya siyasi təsirin dominant olduğu ərazi deməkdir. Belə modellə adətən beynəlxalq mandat, sülhməramlı kontingent, humanitar müdaxilə, yaxud faktiki hərbi mövcudluqla formalaşır. ABŞ-nin Zəngəzuru “boz zona”ya çevirməsi praktik baxımdan çox çətindir. Ermənistanın razılığı olmadan mümkün deyil. Ermənistan NATO üzvü deyil. ABŞ-nin birbaşa hərbi yerləşməsi Ermənistan parlamenti və hökumətinin açıq razılığını tələb edəcək. Bu isə dərhal Rusiyanın və İranın reaksiyasına səbəb olar. Rusiya Cənubi Qafqazı öz təhlükəsizlik perimetri sayır. Hətta zəifləsə belə, ABŞ-nin Zəngəzurda-Sünikdə hərbi möhkəmlənməsini Moskva strateji təhlükə kimi qəbul edəcək. Bu bölgə “boz zona” adı ilə ABŞ-nin nəzarətinə keçərsə, İranın Qafqaz və Avropaya çıxışı ABŞ nəzarətində olan koridora bağlanmış olacaq".

Ekspertin fikrincə, Zəngəzurun “boz zona” olaraq ABŞ-nin nəzarətinə keçməsi bu ölkənin müəyyən maraqlarına cavab verə bilər: “Amerika bununla İranın şimal sərhədinə yaxın strateji mövqe əldə etmiş olar, Rusiyanın bölgədə təsirinin zəiflədilməsinə nail ola bilər, Çin və Şimal-Cənub nəqliyyat dəhlizinə nəzarət imkanları qazanar. Amma risklər də meydana gəlmiş olar. Çünki bu, ABŞ üçün yeni hərbi cəbhə açmaq deməkdir. ABŞ-nin hazırkı qlobal strategiyası fonunda Zəngəzurda-Sünikdə açıq hərbi ”boz zona" modelini tətbiq etməsi prioritet görünmür. İran müharibəsi nəticəsində Ermənistana qaçqın axını olarsa bu zaman humanitar missiya adı altında beynəlxalq qüvvələrin bölgəyə müvəqqəti yerləşməsi ehtimalı nəzəri olaraq mümkündür".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru