Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                 

Daşınmaz əmlak bazarında bahalaşmanın yeni dalğası - ipoteka "dəstəkli" fantastik qiymətlər
Tarix: 4-03-2026, 05:17 | Çap et

Yaxın vaxtlarda mənzil bazarında qiymətlərin bir qədər də bahalaşacağı gözlənilir. Daşınmaz əmlak bazarı üzrə ekspertlər hesab edirlər ki, hər il ipoteka kreditləri verilən dövrdə bazarda qiymət artımı müşahidə olunduğu kimi, yaxın günlərdə vəsait ayrılandan sonra yenə eyni hal təkrarlanacaq.

Bizimyol.info xəbər verir ki, 2026-cı ildə ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. İpoteka krediti almaq istəyən vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə martın 5-dən, güzəştli ipoteka kreditləri üzrə isə martın 6-dan başlanacaq.

Fevralda açıqlanan rəsmi rəqəmlərə əsasən, ölkədə ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 605,3 milyon manata çatıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rasim Hüseynov hesab edir ki, yaxın günlərdə daşınmaz əmlak bazarında qiymətlər bir qədər də artacaq. O, xüsusən Bakıda mənzillərin qiymətində daha çox bahalaşma olacağını düşünür. Bunu da ipoteka nəticəsində bazara böyük pul kütləsinin axını ilə izah edir: “Hər il ipoteka verilən dövrdə mənzil bazarında hərəkətlilik yaranır. Çünki insanların əlində pul olur, almağa mənzil axtarır. Qiymətləri həm də tələb-təklif faktoru tənzimləyir. Alıcının çox olduğunu görən satıcılar qiymətləri qaldırırlar. Bir var ki, şəxs mənzilini satmaq istəyir, bazarda alıcı az olur, bu səbəbdən uzun müddət sata bilmir, məcbur qalıb qiyməti endirir. Bir də var ki, bazarda alıcı çoxalır, alıcı da əmindir ki, dediyi qiymətə alıcı tapılacaq”.

Rasim Hüseynov xatırladıb ki, qiymətlərə ipoteka ilə yanaşı, başqa amillər də təsir göstərir. Bunların sırasında Bakının mərkəzində və paytaxtın digər ərazilərində davam edən söküntüləri qeyd edir: “Evləri sökülən adamlar onlara verilən kompensasiyaya ev almalı olurlar. Bu da mənzil bazarındakı qiymətlərə təsir göstərən faktorlardandır. Hazırda Bakıda söküntülər də kifayət qədər çoxdur – “Təzə Pir”in ətrafında, “Nizami” metrostansiyasının arxasında böyük söküntü gedir. Həmçinin Nərimanov rayonunda, “Keşlə” bazarı tərəfdə və başqa ərazilərdə də evlər sökülür, əvəzində vətəndaşlara kompensasiyalar verilir. Köçürülən vətəndaş özünə ev almağa məcburdur. Bu da mənzil bazarında tələbdir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana birdəfəlik köçüb gələnlərin sayı da getdikcə artır. Əlində müəyyən vəsaiti olan adamlar ev alırlar”.

Ekspert əlavə edib ki, Bakıda bina tikintisi əvvəlki dövrlə müqayisədə kəskin azalıb. Onun sözlərinə görə, əvvəllər bina tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyəti bazardan çıxarılıb: “Bunun obyektiv və subyektiv səbəbləri var. Bir çoxları dələduzluqla məşğul oldu, vətəndaşları aldatdı, binanı vaxtında təhvil vermədi, eyni mənzili bir neçə vətəndaşa satdı. Bəziləri mövcud şərtlərə davam gətirə bilmədi. Ona görə yeni tikili binalarda təklif olunan birinci əl mənzillər də əvvəlki qədər çox deyil”.

Qeyd edək ki, hazırda Bakıda mənzillərin qiyməti kifayət qədər bahadır. Şəhərin mərkəzində - metronun “Nizami” stansiyasının yaxınlığında köhnə tikilidə iki otaqlı mənzil 200-250 min, yeni tikilidə isə təxminən 300-350 min manatdır.

Mərkəzdən nisbətən kənarda – metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 5 mərtəbəli fransız layihəli binada cəmi 40-42 kvadrat metr sahəsi olan ikiotaqlı mənzil təmirindən asılı olaraq, təxminən 130-140 min manatdır. Sahəsi nisbətən böyük olan “Leninqrad” layihəli binada isə ikiotaqlı mənzilin qiyməti 170-180 min manata yaxınlaşır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru