AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

İran və Cənubi Qafqaz: Nə gözlənilir? - İNCƏLƏMƏ
Tarix: 2-03-2026, 10:44 | Çap et

Azərbaycan, Ermənistan və Gürcüstan hakimiyyətləri ABŞ və İsrailin İranla müharibəsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar qaçqınları qəbul etməyi və münaqişənin diplomatik yolla həllini axtarmağa çağırmağı planlaşdırırlar. Cənubi Qafqaz ən pis vəziyyətə hazırlaşır, çünki İran regionda əsas oyunçulardandır və onun taleyi qaçılmaz olaraq regiona təsir edəcək.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasına sədrlik edib və iclasda iştirakçılar "faciəvi hadisələrlə bağlı dərin təəssüflərini bildiriblər, qurbanlara başsağlığı veriblər və tezliklə sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar". Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi İslam Respublikasından əcnəbilərin təxliyəsində öz köməyini təklif edib.

Bakı müharibə edən tərəfləri maksimum təmkin göstərməyə və münaqişəni daha da gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz BMT Nizamnaməsinə və beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməyin vacibliyini vurğulayırıq".

Azərbaycan hakimiyyəti həmçinin İrandan olan ən azı iki qrup qaçqını qəbul edib. Lakin gələnlər sərhəddə dərhal heç bir ajiotaj olmadığını iddia edirlər.

Gürcüstan hakimiyyəti də heç kimi qınamaqdan münaqişə tərəflərinə danışıqlar masasına qayıtmağı, həmçinin vətəndaşlarına öz təhlükəsizliklərini təmin etmək üçün bütün lazımi tədbirləri görməyi tövsiyə edib.

Ekspertlər Tehrana hücumun Cənubi Qafqazda əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyinə əmindirlər. Son bir neçə əsr ərzində region üç gücün - Rusiya, İran və Türkiyənin təsiri altında olub. Lakin hər şeyin sonu var.

"Geosiyasi üçbucaq əsrlər boyu mövcud idi və bu dövrün əhəmiyyətli hissəsində Rusiya dominantlıq edirdi. Vəziyyət 21-ci əsrdə dəyişməyə başladı. İndi Türkiyə təsirini artırır, Azərbaycanla birlikdə işləyir və Gürcüstanla üçlü ittifaq yaratmağa çalışır. Eyni zamanda, Moskva və Tehranın zəifləyən təsiri fonunda ABŞ və Çin Cənubi Qafqazda rollarını artırırlar. Eyni zamanda, Pekin investisiya və ticarətə diqqət yetirir, Vaşinqton isə hərbi-siyasi metodlara güvənir", - deyə Beynəlxaql İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz sektorunun rəhbəri Vadim Muxanov bildirib.

Espertin fikrincə, İrana zərbələr onun Cənubi Qafqazdakı mövqeyini daha da çətinləşdirir, lakin bunun nə dərəcədə olduğunu demək çətindir. Hər şey müharibənin müddətindən və nəticəsindən asılı olacaq.

"ABŞ-nın zərbələri bir neçə gün davam edərsə, İran üçün ciddi bir şey olmayacaq. Lakin onlar uzanarsa və ardınca quru əməliyyatı keçirilərsə, nəticələr fəlakətli ola bilər. Bu, birbaşa Cənubi Qafqaza təsir edəcək. Əvvəla, Ermənistan və Azərbaycan qaçqın axını ilə üzləşəcəklər. Son bir neçə ildə bir çox iranlının bu ölkələrdə daşınmaz əmlak alması təsadüfi deyil.

İranın qonşusunun ABŞ-a kömək etməkdə şübhələndiyi təqdirdə Azərbaycana zərbələr endirməsi də mümkündür. Tehran İrəvan üçün həyati əhəmiyyət kəsb edir, çünki bu, Ermənistana Türkiyə və Azərbaycan tərəfindən tətbiq edilən iqtisadi blokadadan yayınmağa imkan verir. "Gürcüstana gəldikdə isə, o, dolayı yolla zərər görəcək, çünki o, Bakıdan asılıdır", - Muxanov bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, sərhəd eskalasiyası Bakı üçün narahatlıq doğurur, lakin o, heç bir şəkildə münaqişəyə cəlb olunmayıb.

"Hərbi əməliyyatların başlamasından bir müddət əvvəl İran hökumətinin nümayəndələri Azərbaycana səfər ediblər. Həmçinin, 2005-ci ildən bəri ölkələrimiz arasında üçüncü ölkələrin bir-birinə qarşı düşmənçilik hərəkətlərinə yol verməmək barədə razılıq var. Azərbaycanda ABŞ və ya İsrail hərbi bazaları yoxdur", - deyə Şəfiyev vurğulayıb.

Cənubi Qafqazdakı geosiyasi vəziyyətə münasibət bildirən ekspert deyib ki, vəziyyət uzun müddətdir dəyişir. Onun sözlərinə görə, Rusiya əvvəlcə Ermənistandakı təsirini bir qədər itirib və Azərbaycanla çətin münasibətlərə girib, indi isə İran mövqeyini itirəcək.

"Bu fonda ABŞ Cənubi Qafqaza qayıdır. Vitse-prezident Cey Di Vensin İrəvan və Bakıya səfəri bunu açıq şəkildə göstərir. Bundan əlavə, Türkiyə Azərbaycanla müttəfiqliyini gücləndirir və Ermənistanla münasibətlərini yaxşılaşdırmağa başlayıb", - deyə Şəfiyev qeyd edib.

Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan hesab edir ki, İranın ABŞ və İsraillə müharibədə məğlubiyyəti Ermənistanı son dərəcə çətin vəziyyətə salacaq. “İndiyə qədər Tehran Cənubi Qafqazda mühüm balanslaşdırıcı rol oynayıb. Xüsusilə, Azərbaycanı nəzarətdə saxlayıb. Bakının yeni müharibə başlatması halında Tehranın necə reaksiya verəcəyi böyük sualdır, lakin azərbaycanlılar hətta onun xəbərdarlıqlarına belə qulaq asmağa məcbur olublar.

Əgər İran ABŞ-a uduzsa, daxili problemlərinə tamamilə qapılacaq və hər hansı vasitəçilikdən söhbət belə gedə bilməz”, - deyə Mikaelyan bildirib.

O, izah edib ki, İran hökuməti sonda devrilərsə və ya ölkə ərazisinin bir hissəsinə nəzarəti itirərsə, məğlub olacaq. Qələbə düşmənə elə bir ziyan vurmaqla əldə edilə bilər ki, müharibəni davam etdirməyin mənası olmadığına qərar versin. Bu halda, İranın beynəlxalq mövqeyi, o cümlədən Qafqazda, güclənəcək.

“İran məğlub olarsa, Türkiyə Cənubi Qafqazdakı rəqiblərini itirəcək və Ermənistan özünüqoruma üçün Amerika peyki olmağa məcbur olacaq. Lakin ABŞ Türkiyə vasitəsilə bölgədə fəaliyyət göstərəcək”, - deyə Mikaelyan yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru