Yevlax Rayon Mərkəzi Xəstəxanası liftlərə texniki baxış göstərilməsi xidmətlərinin satın alınması üzrə tender keçirib.
32gun.az xəbər verir, qalib şirkət “FREKANS CONSTRUCTION AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 11.210 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, 28.04.2025-ci il tarixində sözügedən xəstəxana eyni şirkətlə dəyəri 12.744 AZN olan eyni satınalınmanı həyata keçirib.









