Heç düşündünüz mü?...Biz Azərbaycanlılar niyə assimilyasiyaya və manqurtlaşmaya meylliyik?!
Niyə azərbaycanlılar öz dilindən, kimliyindən bu qədər tez uzaqlaşır?
Bu sorun nə genetikdir, nə də “milli zəiflik”dir. Nədənlər tarixi, siyasi və psixolojidir.
Azərbaycan xalqı 200 il öncə tarixdə ilk dəfə sistemli şəkildə iki yerə bölündü. Bu sadəcə torpaq itkisi deyildi — şüur, dil, yaddaş və gələcək də parçalandı.
Quzeydə: Rusiya → ruslaşdırma, sovetləşmə
Güneydə: İran → farslaşdırma, türklüyün inkarı
Uzunmüddətli işğal xalqlarda özünəinamı sındırır. İnsan özünü tarixin iyəsi yox, qıraq izləycisı kimi görməyə başlayır.
Assimilyasiyanın əsas mexanizmi aydınlarımızın sıradan çıxarılmasıdır.
Quzeydə repressiyalar, sürgünlər, “sovet insanı” modeli ancaq Azerbaycan dili yasaqlanmasa da Rusca üstün dil kimi aşılandı.
Güneydə soyqırımlar, sürgünlər....dilimizin yasaqlanması, “siz türk deyil, azerisiniz”, “diliniz kənd dilidir” " türk insan deyil" təbliğatı aparıldı.
Xalqı yönləndirən beyinlər gedəndə yerinə yaltaq, kimliyindən çəkinən qurşaqlar -nəsillər yetişdirildi.
Manqurtlaşma birdən olmur. Utanc hissi ilə başlayır. “Rusca bilməsən savadsızsan”
“Türkcə danışmaq e**likdir!”
Bir qurşaq sonra insan öz dilində danışmağı evdə belə azaldır. Dil gedəndə kimlik də arxasınca gedir.
Gündəlik həyatdan çox açıq örnək:
Uşaqları Torontoda həftə sonu Azerbaycan dili kurslarına aparardım...quzeyli güneyli maximum 4-5 uşaq gəlirdi. Minnətlə, zıqqına zıqqına! Ancaq Türk, rus, fars, erməni və .. dili kursları dolub daşardı...
Türkiyəli bir qız və ya oğlan Rusiya, ABŞ, Fransa və ya İngiltərə vətəndaşı ilə ailə quranda çox vaxt: sevgilisinə Türkcə öyrədir
evdə Türkcə danışmağa çalışır, uşağa “bu sənin dilindir” deyə şüur ötürür.
Hətta 3–4 qurşaq amerikada yaşayan Türklər var, uşaqları, nəvələri bülbül kimi Türkcə danışır.
Amma bizdə tez-tez bunun tərsi olur.
Bir çox azərbaycanlı — istər kişi, istər qadın — başqa millətdən biri ilə ailə quranda:
evdə qarşı tərəfin dilinə keçir, uşağa ana dilini ötürmür, “uşağın işi asan olsun” adı ilə öz dilindən könüllü imtina edir!
Burada problem evlilik və ya sevgi deyil.
Problem iç kompleksdir.Özünü xor görməkdir!
Türkiyəli “mənim dilim öyrədilməlidir” deyə düşünür. Axı onlar heç vaxt işğal olmayıb! Müsəmləkə olmayıblar.
Azərbaycanlı isə “mənim dilim problem yaradar” deyə qorxur.
Azərbaycanlı assimilyasiyaya məcbur edilib.
Bu, kolonial siyasətin sonucudur.
Bənzər prosesi başqa xalqlar da yaşayıb.
Fərq yalnız ondadır ki, kimisi daha tez oyanıb, kimisi gec. Biz isə nə yazıqki, gecikirik!! Yubanırıq!!!
Müəllif: Haqan Türkel - Mənbə: "DİA-AZ"









