Son günlər Fövqəladə Hallar Nazirliyinin adının yenidən intim video qalmaqalında hallanması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. "DİA-AZ" bildirir ki, bu barədə davamlı olaraq sosial şəbəkələrdə sərt reaksiyalara rast gəlinir.
Elə tanınmış jurnalist Fazil Əhməd də sözügedən məsələyə reaksiya verib. Jurnalist özünün sosial şəbəkə hesabında belə yazır:
"FHN artıq ləğv olunmuş MTN-dən betər iyrənc və ikrah yaradan quruma çevrilib.
Alə, bu nazirlilkdə nə qədər əxlaqsız hadisələr olar?
Ayıbdır, Kəmaləddin Heydərov, vallah ayıbdı.
Üzusulu getsən belə, FHN-nin imicini çətin bərpa edər.
Yaxşısı, FHN-nin ləğvidir.
Əminəm ki, daha betəri olacaq..."









