Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                 

Azərbaycan hibrid hücum qarşısında... - Kremlin Qarabağ və informasiya kartları iflasa uğradı
Tarix: 20-02-2026, 09:47 | Çap et

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır. Və izlər birbaşa Kremlə gedib çıxır.

Etibarlı mənbədən aldığım məlumata görə, bu proses Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsidir. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir.

Mənbənin bildirdiyinə görə, bu klounadadan gözlənilən effekt alınmadığı üçün növbəti mərhələdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə cəlb olunması planlaşdırılır.

Bu ailəyə müxtəlif təsir mexanizmləri tətbiq olunub və informasiya kampaniyasına qoşulmaq üçün təzyiq elementləri istisna deyil. Azərbaycan tərəfdə bununla bağlı operativ məlumatın olduğu bildirilir.Bəs Moskvanı bu çirkin kampaniyaya vadar edən nədir?

Birincisi, məsələ Azərbaycanın müstəqil siyasət kursudur.

Bakı artıq kənardan idarə olunan periferik aktor deyil. Azərbaycan regional balansın obyekti yox, subyekti kimi çıxış edir. Enerji təhlükəsizliyi xəritəsində Cənub Qaz Dəhlizi, Avropaya qaz ixracının artımı, Orta Dəhlizin real alternativ marşrut kimi formalaşması, Xəzər üzərindən logistika zəncirinin gücləndirilməsi - bunlar sadəcə iqtisadi layihə deyil, geosiyasi güc rıçaqlarıdır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik müstəvisində müstəqil qərar verən ölkəyə çevrilib.

Moskva üçün əsas problem də budur: Bakı artıq razılaşdırılmış çərçivə daxilində hərəkət etmir, öz oyununu qurur və bu oyunda qalib mövqedədir.

İkincisi, iki əsr boyunca qurulan və saxlanılan "erməni problemi" mexanizminin sıradan çıxmasıdır.

Çar Rusiyasından başlayaraq imperiya siyasətinin əsas alətlərindən biri bölgədə süni balans və idarə olunan münaqişə yaratmaq idi. Qarabağ məsələsi Moskva üçün təsir vasitəsi idi. Bu kart vasitəsilə region dövlətləri üzərində təzyiq saxlanılırdı.
Lakin Qarabağ məsələsinin qəti həlli bu mexanizmi dağıtdı. Rusiya sülhməramlı kontingentinin gözləntiləri doğrulmadı, Ruben Vardanyan layihəsi iflasa uğradı, separatçı struktur ləğv olundu. Bu, Moskva üçün taktiki yox, strateji itki idi. Çünki Cənubi Qafqazda ən güclü təsir aləti əldən çıxdı.

Üçüncüsü, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ ilə münasibətlərində yeni dinamika formalaşıb. Prezident İlham Əliyevlə prezident ABŞ Tramp arasında qurulan birbaşa siyasi dialoq təsadüfi diplomatik jest deyil, strateji xəttdir.

TRİPP çərçivəsində əməkdaşlıq, yüksək səviyyəli qarşılıqlı səfərlər, ABŞ vitse prezidentinin Bakıya gəlişi, imzalanan xartiya sənədləri göstərir ki, Azərbaycan Vaşinqton üçün artıq alternativsiz tərəfdaşlardan biridir. Enerji təhlükəsizliyi, Orta Asiya ilə əlaqə, regionda sabitlik - bütün bunlarda Bakı açar rol oynayır. Kreml isə bunu öz təsir zonasının daralması kimi qəbul edir. Çünki Cənubi Qafqazda ABŞ ilə dərinləşən əməkdaşlıq Moskvanın geosiyasi balansını pozur.

Dördüncüsü, ölkə daxilində beşinci kolonun ifşası və uzun illər sistem daxilində paralel təsir mexanizmi yaratmış fiqurların zərərsizləşdirilməsidir. Ramiz Mehdiyev kimi şəxslərin təsir imkanlarının sıradan çıxarılması təkcə kadr dəyişikliyi deyildi. Bu, illərlə formalaşdırılmış qeyri rəsmi təsir kanallarının bağlanması demək idi. Moskva üçün ən rahat model daxildə dayaqları olan ölkə idi. Həmin dayaqlar zəiflədikcə, xaricdən təzyiq mexanizmləri işə salınır. İnformasiya kampaniyalarının intensivləşməsi də məhz bu mərhələyə təsadüf edir.

Beşincisi, AZAL hadisəsi zamanı Prezidentin nümayiş etdirdiyi prinsipial mövqedir. Bakı açıq şəkildə göstərdi ki, istənilən təzyiq qarşısında geri addım atmayacaq. Diplomatik manevr imkanları saxlanılsa da, dövlət maraqları qırmızı xətt kimi qorunur. Bu, Moskvaya verilmiş açıq mesaj idi: Azərbaycan artıq şərtləri qəbul edən tərəf deyil, şərt qoyan tərəfdir.
Bütün bu faktorlar birlikdə Kremlin narahatlığını izah edir. Müstəqil siyasət, Qarabağda qəti nəticə, ABŞ ilə yaxınlaşma, daxildə təsir şəbəkələrinin zəiflədilməsi və prinsipial dövlət mövqeyi - bunların hər biri ayrıca səbəbdir. Birlikdə isə bu, Rusiyanın Cənubi Qafqaz strategiyasının çökməsi deməkdir. Və məhz buna görə informasiya hücumları, qarayaxma kampaniyaları və xüsusi xidmət alətləri aktivləşdirilir. Lakin reallıq dəyişib. Azərbaycan artıq təzyiq obyektinə yox, güc mərkəzinə çevrilib.

Və nəhayət, Ruben Vardanyan amili. Moskvanın Qarabağa böyük ümidlərlə göndərdiyi bu fiqurun həbsi və mühakimə olunması Rusiyada ciddi hiddət doğurub. Çünki Vardanyan layihəsi iflasa uğradı. Onun vasitəsilə bölgədə yeni təsir mexanizmi qurmaq planı puça çıxdı.

Azərbaycan isə baş verənlərin hamısını diqqətlə izləyir. Rusiyanın atdığı addımlar da, planlaşdırdığı növbəti gedişlər də Bakıya məlumdur. Kimlərinsə bu təxribatların cavabsız qalacağını düşünməsi sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmləri mövcuddur.
Hibrid müharibə səssiz aparılır, lakin nəticələri çox gur səslənir. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Təzyiq dili burada işləmir.

Rusiya hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir.

Heç kim özünü aldatmasın.

Əgər Moskvada kimlərsə hesab edirsə ki, bu davranışlar səssiz qalacaq, sərt reaksiya doğurmayacaq və cavabsız ötüşəcək - bu, təhlükəli illüziyadır.

Azərbaycan nə təzyiqi qəbul edir, nə də arxadan qurulan planları bağışlayır. Hər addımın qarşılığı olacaq.

Milli.Az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Azərbaycan nefti bahalaşıb
16-05-2026, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
16-05-2026, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
16-05-2026, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
16-05-2026, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
16-05-2026, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
16-05-2026, 09:35
Ağzını açdı və... - REPLİKA
16-05-2026, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru