Qlobal miqyasda şərab bazarında müşahidə olunan tənəzzül Ermənistanın şərabçılıq sektoruna da ciddi təsir göstərib.
Musavat.com xəbər verir ki, Ermənistan Milli Şərab Mərkəzinin rəhbəri Avaq Arutyunyanın sözlərinə görə, ölkədə böhranın başlanğıcı 2020-ci il Qarabağ müharibəsindən sonra qoyulub.
Onun bildirdiyinə görə, iki il sonra Ukrayna bazarı itirilib, ardınca Rusiya və Belarus istiqamətlərində də satış həcmləri azalıb. Buna baxmayaraq, Ermənistan şərabının əsas ixrac bazarı hələ də Rusiya olaraq qalır. Mərkəzi Asiya bazarı nisbətən stabil hesab edilsə də, bu regiona ixracın payı çox kiçikdir.
Ermənistan Şərabçılar Fondunun məlumatına görə, 2025-ci ildə 2024-lə müqayisədə ölkənin şərab ixracı həcm baxımından 3,1% azalıb, lakin dəyər ifadəsində 12,7% artım qeydə alınıb. Ekspert Türkiyə ilə sərhədin açılması və Azərbaycanla ticarətin şərabçılığın inkişafına ciddi müsbət təsir göstərəcəyinə inanmadığını da qeyd edib.
Arutyunyan həmçinin saxta şərab istehsalı və süni intellekt vasitəsilə yaradılan məhsulların bazara təsirindən narahatlığını ifadə edib.









