Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

Münhendə Moskvaya ünvanlanan sərt mesaj: Əliyevin tonu hansı siqnalı verir? - Görünəni odur ki...
Tarix: 18-02-2026, 06:45 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında keçirilən panel müzakirəsi zamanı bəyan edib ki, Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinə üç dəfə zərbə endirib və bunu “diplomatik nümayəndəliyə qarşı qəsdən həyata keçirilmiş hücum” adlandırıb.

Prezidentə Vladimir Putinlə görüşləri zamanı Rusiyanın Ukraynaya hücumları nəticəsində Azərbaycan şirkətlərinə məxsus enerji obyektlərinin də zərər görməsi məsələsini qaldırıb-qaldırmadığı ilə bağlı sual ünvanlanıb.

Azərbaycan Prezidenti cavabında bildirib ki, bu məsələ “xarici işlər nazirlikləri və prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb”. O vurğulayıb ki, Azərbaycan enerji infrastrukturuna yönəlmiş hücumlarla yanaşı, Ukraynadakı Azərbaycan səfirliyinə qarşı da üç hücum qeydə alınıb:

Birinci hücumdan sonra bunun təsadüf olduğunu ehtimal edə bilərdik və biz Rusiya tərəfinə konsulluq şöbəsi, mədəniyyət mərkəzləri və səfirlik daxil olmaqla Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Deməli, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum idi”.

Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi yalnız diplomatik üsullarla hərəkət edə bilər və bununla bağlı bütün zəruri addımları atıb. “Lakin, bu, Azərbaycana qarşı qeyri-dost addım hesab olunur”, – dövlət başçısı qeyd edib.

Rusiyanın reaksiyası gecikməyib. Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Əliyevin “guya raket zərbələrinin məqsədli xarakter daşıması” ilə bağlı bəyanatları “reallığa uyğun deyil”. Rusiya diplomatik qurumu qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Moskvadakı səfirinə Kiyevdəki diplomatik missiyanın bina və ərazisinə dəyən zərərlə bağlı “səmimi təəssüf” ifadə olunub və bu, “Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-korrekt fəaliyyəti” ilə izah edilib.

Bundan əlavə, Rusiya XİN-də bəyan ediblər ki, Rusiya hərbçiləri “qanuni hərbi hədəflərə zərbələr endirirlər” və bu zaman xarici dövlətlərin diplomatik nümayəndəliklərinin yerləşdiyi məkanlar nəzərə alınır.

Xatırlatmaq yerinə düşər ki, 2025-ci ilin iyulunda Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin yerləşdiyi əraziyə bitişik binalara raket zərbəsi endirib. Həmin vaxt ölən və yaralananlar olub (səfirlikdəki şəxslər arasında itki olmayıb).

Bir ay sonra – avqustun 28-nə keçən gecə – Rusiyanın Kiyevə növbəti hücumu zamanı raketlərdən birinin partlayışı nəticəsində yaranmış zərbə dalğası Azərbaycanın səfirliyinin binasına ziyan vurub. Binanın bəzi pəncərələri sınıb, konsulluq şöbəsinin damında çatlar əmələ gəlib.

Daha sonra – noyabrın 14-nə keçən gecə – Rusiyanın hücumu zamanı düşən qəlpələr nəticəsində səfirlik binası yenidən zədələnib.

Beləliklə, Prezident Əliyev Münhen Təhlükəsizlik Konfransının tribunasından verdiyi bəyanatla Moskvaya hansı siqnalı göndərir? Bakı bununla münasibətlərin tam normallaşması görüntüsü yaratmaq niyyətində olmadığını nümayiş etdirir? Ümumiyyətlə, Azərbaycan rəhbərliyi hansı üzrxahlıq, hansı məsuliyyətin etirafı və hansı kompensasiya səviyyəsindən sonra Kreml ilə əvvəlki münasibətlərə qayıtmağa razı ola bilər?

Pressklub.az-ın suallarını cavablandıran müstəqil analitik Rəşad Rzaquliyevin fikrincə, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin sürətli enişinin xronikası Yeni dövrün qlobal geosiyasi mübarizəsinin ümumi konturlarını aydın şəkildə nümayiş etdirir.

Burada söhbət Rusiyanın konkret olaraq Azərbaycana münasibətdə “qaydasız oyununun” ayrı-ayrı epizodlarından getmir. Biz anlamalıyıq ki, Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzə başlamasından sonra həmin dövlətlə ortaq sərhədlərə malik digər beynəlxalq aktorlar kimi Azərbaycan da belə qonşuluğun yaratdığı bütün risk və təhlükə faktorlarını qabaqlayıcı şəkildə nəzərə almağa məcburdur.

Yeni dövrün “güc hüququ” bu gün böyük həcmdə nüvə silahı arsenalına malik olanların davranışının proqnozlaşdırılmasını vəd etmir. Bu səbəbdən Kreml rəhbərliyinin həm Azərbaycan, həm də digər ölkələr, xüsusilə postsovet məkanındakı dövlətlərlə münasibətdə keçmiş sülhpərvər siyasətinə qayıdacağına ümid etmək kifayət qədər sadəlövhlük olardı. Mövcud rəhbərliyin dövründə Rusiyanın təzyiqi yalnız artacaq”, – ekspert əmindir.

Onun sözlərinə görə, fərq ondadır ki, müasir Azərbaycanın Rusiya militarizminin təzyiqinə qarşı qoyacaq arqumentləri və imkanları var.

Bu, ilk növbədə, ölkə prezidentinin qurduğu və dünya geosiyasi mərkəzləri ilə münasibətlərdə formalaşdırdığı çevik hərbi-siyasi sxemlər sayəsində mümkündür. Söhbət Azərbaycanın əsas suveren aktivindən – dövlətin müstəqil xarici və daxili siyasətindən gedir. Böyük və kiçik məsələlərdə milli maraqların qətiyyətlə müdafiəsi müasir dünyada dövlətin yaşama formatıdır və millətin “mental” sağlamlığının göstəricisidir.

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı zamanı səsləndirdiyi bəyanatlar açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Respublikası layiqli hörmət tələb edir və istənilən xarici təzyiq cəhdini – istər birbaşa, istərsə də dolayı – neytrallaşdırmaq üçün bütün zəruri addımları atacaq”, – Rzaquliyev yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru