Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                 

Moskva meydana qayıtmağa çalışır: “Soyuq sülh” fonunda Bakıya təmas təklifi - NƏ BAŞ VERİR?
Tarix: 15-02-2026, 08:04 | Çap et

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüş keçirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, danışıqlar zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub.

Tərəflər 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə sadiqliyi yenidən təsdiqləyiblər.

Bundan əlavə, qarşıdakı siyasi təmasların qrafiki nəzərdən keçirilib və müxtəlif regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb”, – Rusiya XİN-in məlumatında qeyd olunur.

Göründüyü kimi, kifayət qədər ümumi və konkretlikdən uzaq açıqlamadır. Adətən konkret məsələlər müzakirə ediləndə, lakin bu barədə ictimaiyyətə məlumat verilməsi məqsədəuyğun sayılmayanda bu cür açıqlama verilir.

Azərbaycan–Rusiya münasibətlərinin artıq xeyli vaxtdır “dondurulmuş” vəziyyətdə olduğunu demək olar və reallıq beldir. Əhəmiyyətli müsbət dinamika müşahidə edilmir. Moskva hələ də silahlı qüvvələri tərəfindən mülki sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyətini rəsmən etiraf etmək istəmir. Hər iki ölkənin həbsxanalarında isə Azərbaycan və Rusiya vətəndaşları qalmaqda davam edir.

Üstəlik, Qaluzinlə Mustafayevin görüşü ilə eyni gündə daha bir xəbər yayıldı: Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətlin təşkili və qəsddə təqsirli bilinib. Bu barədə URA.RU güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.

Andlılar kollegiyası Şıxlinski ilə yanaşı Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovları və Sücəddin Rəcəbovu qətlin təşkili və sui-qəsddə günahkar hesab edib. İstintaq 2001-ci ildə sahibkar Yunis Paşayevin qətli və 2010-cu ildə biznesmen Fehruz Şirinova sui-qəsd hadisələrində onların əli olduğunu iddia edir.

Prokurorluğun tələbi ilə andlılar məhkəməsinin iclası qapalı keçirilib. Hökmün yaxın vaxtlarda elan olunacağı bildirilir.

Xatırladaq ki, ötən ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı zor tətbiq olunub, nəticədə Azərbaycan əsilli Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən vəfat ediblər. Digər Səfərov qardaşları və daha bir neçə həmyerlimiz məhkəmə qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərə aid cinayət epizodları üzrə ittihamlar irəli sürülüb.

Sonradan Yekaterinburqda Şahin Şıxlinski və onun oğlu Mütvəli Şıxlinski də saxlanılıb. Mütvəli Şıxlinskiyə hakimiyyət nümayəndəsinə zor tətbiqi maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qəsd cəhdi və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Rusiya tərəfi belə bir fonda Bakı ilə nəyi müzakirə etməyə çalışır? Moskva son illərin xoşagəlməz epizodlarını görməzdən gəlməyi təklif edərək, qarşılıqlı siyasi əlaqəni bərpa etməyə can atır? Amma görünür, zamanın dəyişdiyini və əvvəlki mexanizmlərin artıq işləmədiyini nəzərə almır.

Rusiya XİN-in “qarşıdakı siyasi təmasların qrafiki”nin hazırlanması istiqamətində növbəti cəhdləri hansısa fayda verəcəkmi? Azərbaycan tərəfinin prinsipial xarakter alan bu qarşıdurmada geri addım atmasına dair hər hansı əlamət varmı?

Baş verənləri Pressklub.az-a şərh edən Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) hesab edir ki, Azərbaycanın geri addım atması üçün nə real imkan, nə risk, nə də perspektiv mövcuddur.

Sadəcə olaraq, bu təmaslar üçün elə seqmentlər seçiləcək ki, orada müəyyən irəliləyiş mümkündür və ya münasibətlərdəki “soyuma” ən az hiss olunub. İlk növbədə bu, Vensin səfəri ilə bağlıdır. Həmin səfər daha çox gələcəkdə istənilən layihənin reallaşdırıla biləcəyi tikinti meydançasının təmizlənməsi janrında həyata keçirildi: orada sonradan nəsə tikmək olar – məsələn, çip istehsalı zavodu (hərçənd bu, az ehtimallıdır) və ya kazino. Yaxud, ümumiyyətlə heç nə tikməyəcəklər, sadəcə torpağın bahalaşmasını gözləyəcəklər və ya orada başqasının nəsə tikməməsi üçün oranı nəzarətdə saxlayacaqlar”, – analitik bildirib.

Onun fikrincə, baş verənlərin hamısı gözləntilər bazarında aparılan kommersiya əməliyyatlarıdır və buna məhz belə yanaşmaq lazımdır.

Moskvada müşahidə olunan fəallıq müəyyən dərəcədə bununla bağlıdır, lakin paralel olaraq ikitərəfli gündəlik də mövcuddur. Moskva və Bakı əvvəllər də kifayət qədər qarşılıqlı faydalı şəkildə etdikləri kimi, bir-birinə həssas və incə xidmətlər göstərə bilərlər. Münasibətlərin bu seqmentini heç kim korlamayıb və bu seqment inkişaf etməkdə davam edəcək.

İctimai müstəvidə isə biz hələ uzun müddət “soyuq sülh” müşahidə edəcəyik. Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra prosesin gərginliyi bir qədər azalsa da, bu çərçivədə Rusiyada azərbaycanlılara təzyiqlər davam edəcək. Təəssüf ki, belə hallar siyasi əmtəə olan insan taleləri üzərindən aparılan alverdir. Bu, vəziyyətdən asılı olaraq davam edəcək. Düşünürəm ki, Moskva girov götürmə praktikasını davam etdirəcək və həmin insanların taleyi birbaşa olaraq münasibətlərin sonrakı dinamikasından asılı olacaq”, – Vadim Dubnov vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru