Siyəzən rayonunda icra başçısı Novruz Novruzov tərəfindən dövlətə məxsus əmlak rəsmən qarət olunur. Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir:
"Birbaşa olaraq icra başçısı Novruz Novruzovun göstərişi ilə rayon icra hakimiyyətinin balansında olan avtomobil qarajı RİH-də çalışan işçilərin adına özəlləşdirilərək mənimsənilir.
Bu yolla külli miqdarda gəlir əldə olunub. Və bu faktı araşdıran olsa, ciddi yeyinti halı ilə bağlı çoxlu sayda dəlillər üzə çıxardı.
Novruz Novruzov Ramiz Mehdiyevin yaxın adamı idi, o gedəndən sonra isə PA-da özünə yeni himayədar tapıb..."
Qeyd edək ki, məqalədə Novruzov Novruzla bağlı əlavə iddia və ittihamlar da səslənib. Bu barədə növbəti yazıda... Bizi izləməyə davam edin...










