Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
“DİA-AZ” Manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Manset.az yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.
Fotoda: Faiq Tağızadə
Fotoda: Etibar Mirzəyev
Fotoda: Orucəli Hacıyev










