Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların sayı artır.
"DİA-AZ" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Attex Tender» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Rəsmi məlumata görə, buna səbəb - «Attex Tender» MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin avqust ayının 4-ə qədər qadağan edilib.
«Attex Tender» MMC 2024-cü ilin dekabr ayının 28-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Novruzov Anar Bayandur oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Şirkət 2025-ci ildə 14 müxtəlif tenderin qalibi olub. Bu tenderlər müxtəlif hədiyyələrin, dezinfeksiyaedici malların, əkin materiallarının satılması, nəqliyyat vasitələrinin cari təmiri və s. bir-birinə yaxın olmayan fəaliyyət sahələrinə aid olub. Tenderlərin nəticəsi olaraq şirkətlə ümumi dəyəri 69 min 230 manat olan satınalma müqavilələri bağlanıb.
Aşağıdakı cədvəldə «Attex Tender» MMC-nin 2025-ci ildə qalibi olduğu tenderlərin siyahısı və imzalanmış müqavilələrin dəyəri göstərilib:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
|
1 |
Naxçivan MR Ədliyyə Nazirliyi |
Fasadın işıqlandırılması üçün torpağa sancılan led lampaların satınalınması ( Aparat üzrə) |
812 AZN |
|
2 |
Energetika Nazirliyi |
Radiatorların alınması |
650 AZN |
|
3 |
Naxçivan MR Dövlət Arxiv İdarəsi |
Dəftərxana ləvazimatlarının alınması |
819 AZN |
|
4 |
Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi |
Əkin materiallarının satınalınması |
5 726 AZN |
|
5 |
Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinati |
Zibil konteyneri |
11 360 AZN |
|
6 |
Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi |
Nəqliyyat vasitələrinin cari təmirinin satın alınması |
1 580 AZN |
|
7 |
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti |
Məişət elektrik avadanlıqlarının satın alınması |
5 297 AZN |
|
8 |
Şabran Rayon Yaşilliq və Təmizlik İdarəsi |
Məişət tullantılarının yığılması üçün zibil qablarının satın alınması |
4 900 AZN |
|
9 |
Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi |
İnzibati-tədris binasının işıqlandırılması üçün mal-materialların satın alınması |
2 402 AZN |
|
10 |
Azərbaycan Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi |
Yeməkxana avadanlığının satın alınması |
3 900 AZN |
|
11 |
Neftçala Rayon Mənzil Kommunal Təsərrüfati İstehsalat Birliyi |
Əkin materiallarının satınalınması |
5 001 AZN |
|
12 |
İmişli Rayonu İcra Hakimiyyəti |
Bayram tədbirləri ilə əlaqədar malların satınalınması |
22 125 AZN |
|
13 |
Gəncə Şəhər Dezinfeksiya Stansiyasi |
Dezinfeksiyaedici malların satınalınması |
3 087 AZN |
|
14 |
"Mingəçevir Dövlət Universiteti" Publik Hüquqi Şəxsi |
Hədiyyələrin satınalınması |
1 569 AZN |











