Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                 

İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK
Tarix: 28-01-2026, 07:09 | Çap et

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son əməliyyatı bir həqiqəti açıq şəkildə ortaya qoydu: İŞİD təhlükəsi aradan qalxmayıb, sadəcə səssizləşib və indi yenidən baş qaldırır. Bakının mərkəzində, xarici ölkə səfirliyinə qarşı planlaşdırılan terror aktının qarşısının alınması artıq təsadüfi radikallaşmış gənclərin yox, ideoloji cəhətdən hazırlanmış və beynəlxalq terror şəbəkəsi ilə əlaqəli bir hüceyrənin mövcudluğunu göstərir.

DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır.

Saxlanılan şəxslərin İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə olması göstərir ki, bu təşkilat hərbi baxımdan məğlub edilsə də, ideoloji və təşkilati baxımdan hələ də yaşayır. Daha təhlükəlisi isə odur ki, bu ideologiya artıq əsasən gəncləri hədəf alır. 2000 və 2005-ci il təvəllüdlü şəxslərin terror planının icra mərhələsinə qədər gəlib çıxması onu göstərir ki, illərdir aparılan gizli radikallaşdırma prosesi artıq real təhlükəyə çevrilib.

Bu proses bir gündə başlamayıb. Azərbaycanda müəyyən dini çevrələrdə radikal, təkfirçi və xəvaric düşüncənin yayılması ilə bağlı siqnallar on ildən çoxdur ki, dolaşır. Xüsusilə “Ləzgi” məscidi ətrafında illərdir səslənən iddialar, 2014-cü ildən bəri rəsmi səviyyədə müzakirə olunan xəbərdarlıqlar, əslində, bugünkü təhlükənin ideoloji bünövrəsinin çoxdan qoyulduğunu göstərirdi. Lakin bu xətt nə tam dağıdıldı, nə də ideoloji baxımdan zərərsizləşdirildi.

Ən narahatedici məqamlardan biri isə radikal ideologiyanın illər boyu bəzən “maarifçilik”, bəzən “dini xidmət”, bəzən də “ziyarət təşkilatçılığı” adı altında yayılmasıdır. Əldə olan məlumatlara görə, Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə hər il təxminən 50 nəfərlik həcc kvotası alaraq zəvvar qrupları formalaşdırıblar və bu qruplara, əsasən, Mübariz Qarayev rəhbərlik edib. Maraqlıdır ki, açıq mənbələrdə Mübariz Qarayev barəsində vaxtilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı və hətta həbsi ilə bağlı məlumatların yer aldığı da göstərilir.

Daha da düşündürücü olan odur ki, məhz bu qruplarla həcc ziyarətinə gedən bəzi zəvvarlar sonradan ciddi şikayətlər səsləndiriblər. Onların sözlərinə görə, həmin qruplarda radikal düşüncəli şəxslər olub, bu şəxslər Azərbaycan dövlətini və hətta Səudiyyə Ərəbistanı dövlətini açıq şəkildə “kafir” adlandırıb, bəzən isə dini baxımdan yolverilməz, təxribatçı ifadələr işlədiblər. Əgər bu iddialar doğrudursa, söhbət artıq tək-tək şəxslərin davranışından yox, həcc kimi həssas və nüfuzlu bir dini mərasimin ideoloji təsir alətinə çevrilməsi cəhdindən gedir.

Bu cür iddialar zəvvarların təhlükəsizliyi, dini mühitin sağlamlığı və ümumilikdə həcc təşkilatçılığında nəzarət mexanizmlərinin nə dərəcədə şəffaf və effektiv olması ilə bağlı ciddi ictimai suallar doğurur. Cəmiyyət haqlı olaraq soruşur: əgər bu xətt üzrə illərdir müxtəlif siqnallar mövcud idisə, niyə vaxtında bu prosesin qarşısı köklü şəkildə alınmadı?

Bu ideoloji yayım təkcə ziyarət qrupları ilə məhdudlaşmayıb. Dini kitab mağazaları, qeyri-rəsmi dərnəklər və qapalı söhbət çevrələri uzun müddət radikal düşüncənin ötürülmə kanalı rolunu oynayıb. İndiyə qədər aparılan əməliyyatlarda isə, əsasən, icraçı fiqurların məsuliyyətə cəlb olunması, şəbəkənin əsas beyin mərkəzlərinin kölgədə qalması problemi daha da dərinləşdirir.

DTX-nin qarşısını aldığı son terror planı göstərir ki, artıq söhbət potensial riskdən yox, real icra mərhələsinə keçmiş təhlükədən gedir. Saxlanılan şəxslər, böyük ehtimalla, bu zəncirin yalnız görünən həlqəsidir. Onları bu nöqtəyə gətirən ideoloji mərkəzlər, maliyyə kanalları və qoruyucu mexanizmlər isə hələ də tam şəkildə üzə çıxarılmayıb.
Əlixan Musayev, Mübariz Qarayev, Veysəl Orucov və digər radikal dini şəxslərin illərlə cəzasız qalmaları, rahat şəkildə zərərli ideologiya yayıcılığı etmələri bu tip ideologiyaların ayaq tutub yeriməsinin başlıca səbəbidir. Yəni hansısa radikal gənclərin həbs olunması hansısa təxribatın önününü kəsir, ancaq problemin kökü-baza yerində qaldıqca, sabahımız bu kimi təxribatlardan sığortalanmayıb. Ölkə daxilində və xaricində mədrəsələr açıb, azyaşlıları orta məktəbdən uzaqlaşdıranlar, ölkənin genefondunu dəyişmək üçün azərbaycanlı gənclərin ərəb qadınlarla evlənməsini təşviq edənlərin kökü kəsilməsə, hələ çox 20-25 yaşlı gənclərimizi terrora qurban verəcəyik.

Ən təhlükəli məqam ondan ibarətdir ki, bir tərəfdən dövlət radikal şəbəkələrə qarşı əməliyyatlar aparır, digər tərəfdən isə bu ideoloji xəttin bəzi daşıyıcıları illərlə rəsmi imkanlardan istifadə edərək və ya nəzarətdən yayınaraq fəaliyyət göstərə biliblər. Bu isə problemin təkcə hüquq-mühafizə yox, həm də institusional nəzarət məsələsi olduğunu göstərir.

Son əməliyyat, əslində, buz dağının yalnız görünən hissəsidir. Əgər bu şəbəkələrin ideoloji, təşkilati və maliyyə dayaqları kökündən sökülməsə, bu gün qarşısı alınan terror planlarının sabah daha təhlükəli formada geri qayıtmayacağına heç kim zəmanət verə bilməz. İŞİD ideologiyası məhv olmayıb, sadəcə formasını dəyişib və indi daha hiyləgər üsullarla cəmiyyətin içinə sızmağa çalışır.

Bu gün əsas sual artıq “kim saxlanıldı?” yox, “bu zehniyyət illərlə necə böyüdü, kimlər tərəfindən qorundu və hansı boşluqlardan istifadə etdi?” sualıdır. Çünki təhlükə hələ də qalır və ona yalnız kökündən yanaşma ilə son qoymaq olar.

Yenicag.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru