Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz .....                     Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik .....                     Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? .....                     İsrail Xəzərə gəlir .....                     Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Tiflis GUAM-ı belə çökdürür .....                     'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... .....                     Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb .....                     Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ .....                     Azərbaycan təhsilinin ÜZ QARASI... .....                     Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… .....                     İŞİD Azərbaycanda yenidən belə dirçəlir .....                     Vasif Talıbovdan qalma oliqarx-məmur... .....                     Yasamalda icra başçısı şoumenlik edir... .....                     Başçı da deyib ki, heç nə edə bilməz... .....                     Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? .....                     Başı qalda olan Rəqsanə yenə efirdədir... .....                     Bir damcı yağış bəs edir ki... .....                     İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq .....                     Azərbaycanın ehtiyatları azalır? .....                     "Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb .....                     ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib .....                     Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib .....                     Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .....                     Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ .....                     “Xutor” və “Papanin”də sökülür... .....                     Süni intellekt Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək? .....                     “Ögey nənə uşaqların quru çörək yemələrinə belə icazə verməyib” .....                     Fizika İnstitutu 100 minlik avadanlıq alacaq .....                     İşdən çıxarılan nazir müavini .....                     İşdən çıxarılan nazir müavini kimdir? .....                     Ədalət Verdiyevlə bağlı qərar verildi .....                     Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsindən azad edilib .....                     Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq .....                     İmişlidə məktəb direktoru Ruslan İbayev şagirdi dö*dü .....                     İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutası oldu .....                     Kərim pulunu HARA YATIRIM EDİR? .....                     Nazir bu Mərkəzin direktorunu işdən çıxardı .....                 

İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq - ARAŞDIRMA
Tarix: Bu gün, 06:29 | Çap et

“ABŞ-nin nüfuzlu “Washington Post” qəzetində Hudson İnstitutunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru, tanınmış siyasi analitik Maykl Doranın İranın gələcəyi ilə bağlı dərc etdirdiyi məqalə regional və beynəlxalq miqyasda ciddi rezonans doğurub. Məqalədə İran daxilindəki etnik struktur, xüsusilə Güney Azərbaycan faktoru və Quzey Azərbaycanın artan geosiyasi rolu fonunda Tehran rejiminin gələcək taleyi geniş şəkildə təhlil olunur. Bu yanaşma, əslində, uzun illər diqqətdən kənarda saxlanılan, lakin indi qlobal güclərin də gündəminə daxil olan strateji bir reallığı üzə çıxarır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Maykl Doranın vurğuladığı kimi, İran monoetnik dövlət deyil: “Farslar əsasən Tehran və İsfahan ətrafındakı mərkəzi yaylada say üstünlüyünə malikdirlər. Digər etnik qruplar isə ölkənin sərhədləri boyunca, tarixi, dili və mədəniyyəti bölüşdükləri xalqlarla coğrafi yaxınlıqda yaşayırlar. Azərbaycanlıların Azərbaycan Respublikası və Türkiyə ilə, kürdlərin Türkiyə və İraqla, ərəblərin İraqla, bəlucların Pakistan və Əfqanıstanla, türkmənlərin isə Türkmənistanla sərhəddə məskunlaşması İranın daxili sabitliyini regional proseslərə birbaşa bağlı vəziyyətə gətirir.

Bu etnik-coğrafi reallıq göstərir ki, İranda baş verə biləcək hər hansı dərin siyasi böhran artıq yalnız daxili məsələ deyil, avtomatik olaraq regional təhlükəsizlik məsələsinə çevrilir”.

“Məqalədə xüsusi yer verilən Güney Azərbaycan faktoru İranın gələcəyi baxımından həlledici məqam kimi təqdim olunur. İranın rəsmi araşdırmalarına görə, əhalinin təxminən 23 faizi etnik azərbaycanlılardan ibarətdir. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin daha yüksək olduğunu bildirir. Ən önəmli məqam isə odur ki, bu əhali Azərbaycan Respublikası ilə birbaşa sərhəddə yaşayır”-deyən politoloq bildirib ki, tarixən İran dövlət sistemi daxilində digər azlıqlarla müqayisədə daha yaxşı inteqrasiya olunmuş azərbaycanlılar son illər artan narazılıq əlamətləri göstərməyə başlayıblar.

“Ana dilində təhsil tələbi, mədəni hüquqların genişləndirilməsi çağırışları, Türkiyə və Azərbaycan mediasına artan maraq bu prosesin açıq göstəriciləridir. Bunun səbəbi isə aydındır. Bir tərəfdə Türkiyə və Azərbaycanın iqtisadi inkişafı, müasir dövlət idarəçiliyi və beynəlxalq inteqrasiyası, digər tərəfdə isə İranın sanksiyalar, iqtisadi tənəzzül və beynəlxalq təcrid içində qalması”-deyən politoloqun fikrincə, bu müqayisə Güney Azərbaycanda milli kimlik şüurunun güclənməsini sürətləndirən əsas amillərdən biridir.

“Maykl Doranın məqaləsində diqqət çəkən əsas məqamlardan biri də Quzey Azərbaycanın, Azərbaycan Respublikasının son onilliklərdə keçdiyi transformasiyadır. 1979-cu il İran İslam İnqilabı dövründə Azərbaycan Sovet İttifaqının tərkibində qapalı vəziyyətdə idi və regional proseslərə təsir imkanları məhdud idi. Müstəqilliyin ilk illərində isə Ermənistanla müharibə və daxili çətinliklər Bakının regional təsir gücünü məhdudlaşdırırdı”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov vurğulayıb ki, bu gün mənzərə tamamilə fərqlidir: “Azərbaycan NATO standartlarına uyğun orduya, Türkiyə ilə müttəfiqlik münasibətlərinə, İsraillə sıx təhlükəsizlik əməkdaşlığına malik, Cənubi Qafqazda və daha geniş coğrafiyada yüksələn regional güc kimi çıxış edir. Bu reallıq İranda mümkün daxili qarşıdurma ssenarilərində Azərbaycanın rolunu obyektiv şəkildə gündəmə gətirir.

Məqalədə qeyd olunduğu kimi, İranda genişmiqyaslı zorakı qarşıdurma baş verərsə, Azərbaycan Türkiyənin dəstəyi ilə Güney Azərbaycandakı soydaşlarının təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçmək məcburiyyətində qala bilər. Bu ehtimal artıq nəzəri mülahizə yox, regional planlaşdırmada nəzərə alınmalı faktordur”.

“Məqalədə Azərbaycanlıların xüsusi narahatlıqla yanaşdığı başqa bir ssenari də diqqətə çatdırılır. Bu ssenariyə görə, ali dini lider Əli Xameneinin devrilməsi sistemin tam süqutu demək olmaya bilər. İslam İnqilabı Keşikçiləri Korpusunun dini ideologiyadan imtina edərək fars millətçi, avtoritar bir rejimin dayağına çevrilməsi ehtimalı Güney Azərbaycanda ciddi qorxu doğurur”-deyən politoloqun fikrincə, bu yanaşma göstərir ki, İran azərbaycanlıları üçün əsas məsələ yalnız rejimin dəyişməsi deyil, real siyasi transformasiya, etnik bərabərlik və ədalətli dövlət quruluşunun formalaşmasıdır.

“Maykl Doranın məqaləsində xüsusi vurğulanan məqamlardan biri də ABŞ siyasət qurucularının İranın gələcəyi ilə bağlı planlar hazırlayarkən region ölkələri ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə məsləhətləşməsinin vacibliyidir. Bu, Azərbaycanın artıq passiv müşahidəçi deyil, regional proseslərin formalaşmasında açar aktorlardan biri kimi qəbul edildiyini göstərir.

Vaşinqtonun İrandakı etnik qruplarla yanaşı, qarşıdan gələn mümkün böhranın nəticələri ilə üzləşəcək qonşu dövlətlərin liderləri ilə dialoq aparması həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin təcrübəsi, regional balans siyasəti və praqmatik yanaşması İranın gələcəyi ilə bağlı müzakirələrdə əvəzsiz faktor kimi önə çıxır”-deyə Nicat İsmayılov bildirib.

“Nüfuzlu “Washington Post”da dərc olunan bu məqalə bir daha sübut edir ki, İranın gələcəyi yalnız Tehran daxilində həll olunacaq məsələ deyil. Güney Azərbaycanın artan milli şüuru, Quzey Azərbaycanın güclənən dövlətçilik mövqeyi və regiondakı yeni güc balansı İranın taleyini birbaşa regional və qlobal gündəmin mərkəzinə gətirir. Bu proseslərdə Azərbaycanın rolu isə artıq nəzəri yox, real siyasi və strateji əhəmiyyət daşıyan fakt kimi qəbul olunur”-deyə politoloq qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz - ŞƏRH
Bu gün, 09:50
Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik - Paşinyan
Bu gün, 09:48
Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? - TƏFƏRRÜAT
Bu gün, 09:46
İsrail Xəzərə gəlir - SENSASİON DETALLAR
Bu gün, 09:42
Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... - "Bilirdiniz ki, onun problemləri var..."
Bu gün, 08:31
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:16
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:14
Tiflis GUAM-ı belə çökdürür - BU FAKTDIR!
Bu gün, 08:00
'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... - İLGİNC İDDİA
Bu gün, 07:51
Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb
Bu gün, 07:24
Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ - FOTOFAKT
Bu gün, 07:22
Azərbaycan təhsilinin ÜZ QARASI... - FAKT BUDUR!
Bu gün, 07:16
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… - GƏLİŞMƏ
Bu gün, 07:12
İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK
Bu gün, 07:09
Vasif Talıbovdan qalma oliqarx-məmur... - dövlətə borclandı
Bu gün, 07:00
Yasamalda icra başçısı şoumenlik edir... - heç nəyə faydası olmayan "vətəndaş görüşləri"...
Bu gün, 06:57
Başçı da deyib ki, heç nə edə bilməz... - GİLEY
Bu gün, 06:50
Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? - Saakaşvili həyəcan təbili çalır...
Bu gün, 06:41
Başı qalda olan Rəqsanə yenə efirdədir... - FOTOSESSİYA
Bu gün, 06:38
Bir damcı yağış bəs edir ki... - VİDEOFAKT
Bu gün, 06:33
İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq - ARAŞDIRMA
Bu gün, 06:29
Azərbaycanın ehtiyatları azalır? - AKTUAL
Bu gün, 06:26
"Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb - FOTO
Bu gün, 06:24
ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib - Tramp belə deyir...
Bu gün, 06:19
Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib - KİV
Dünən, 21:16
Azərbaycan teatrlarında 46 ştat ləğv edilib - TAM SİYAHI
Dünən, 21:14
Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 21:12
“Xutor” və “Papanin”də sökülür... - AKTUAL
Dünən, 18:16
Süni intellekt Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək?
Dünən, 18:02
“Ögey nənə uşaqların quru çörək yemələrinə belə icazə verməyib” - TƏFƏRRÜAT
Dünən, 17:59
Fizika İnstitutu 100 minlik avadanlıq alacaq – Tender keçirilməyib
Dünən, 17:37
İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur
Dünən, 17:36
İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE
Dünən, 17:28
Ədalət Verdiyevlə bağlı qərar verildi
Dünən, 17:23
Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 17:17
Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 17:14
İmişlidə məktəb direktoru Ruslan İbayev şagirdi dö*dü - Videofakt
Dünən, 17:04
İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutası oldu
Dünən, 16:59
Kərim pulunu HARA YATIRIM EDİR? – Aparıcı AÇIQLADI
Dünən, 16:45
Nazir bu Mərkəzin direktorunu işdən çıxardı - Yeni təyinat
Dünən, 16:39
54 milyon manatlıq mənimsəmədə ittiham olunan SOCAR-ın sabiq baş direktorunun şikayəti təmin edilməyib - TƏFƏRRÜAT
Dünən, 16:38
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTO
Dünən, 16:35
Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq - Professor
Dünən, 16:29
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını niyə açıqlamır? - Gəlirlərdə kəskin azalma iddiası
Dünən, 16:15
Nazir Məcnun Məmmədova iki yeni müavin təyin olundu - ADLAR
Dünən, 16:07
“Salfetka” satan, təkər qaraldan, qoyun otaran uşaqlar: - Onlara görə kim cəzalandırılır?
Dünən, 16:05
Məqsəd Azərbaycan-Türkiyə münasibətlərini zədələməkdir - Görünəni budur...
Dünən, 15:58
Avtomobil lizinqi şirkətinin mənfəəti azalıb
Dünən, 15:55
Hydrotrans Engineering Mühəndislik Mərkəzinin vergi borcu yaranıb
Dünən, 15:53
Myanma və Madaqaskardan Azərbaycana qaragöz lobya gətirilir – Qiymətlər
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru