SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                 

İrəvanda sərhəd xofu: Paşinyan sərhədi şantajla açdırmaq istəyir - NƏ BAŞ VERİR?
Tarix: 6-12-2025, 11:26 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin mənasını şübhə altına alıb.

“Hraparak” qəzetinin yazdığına görə, o, bu barədə Türkiyə ilə münasibətlərin normallaşması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanla görüşündə fikir bildirib.

Nəşr qeyd edir ki, Rubinyan sərhədin açılmasını sürətləndirmək cəhdlərinin uğursuzluğunu və “Tramp marşrutu”nun işə salınmasından sonra da sərhədin bağlı qalma ehtimalının yüksək olduğunu bildirib.

“Ümid edə biləcəyimiz ən yaxşı şey 2026-cı ilin yanvar ayından etibarən diplomatik pasport sahibləri üçün giriş imkanıdır. Lakin bu təmin edilmir”,-deyə Rubinyan bildirib.

Paşinyan bildirib ki, əgər Ankara sərhədi açmaqdan imtina edərsə, layihənin həyata keçirilməsi sual altına düşəcək. O, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrakdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təsir göstərmək üçün ABŞ Prezidenti Donald Trampa məlumat göndərməsini xahiş etmək niyyətindədir.

“Hraparak” Baş nazirin ofisindəki rəsmilərin reaksiyasını belə ifadə edir:

“Əvvəlcə rabitənin açıldığını ucadan elan edirlər, sonra isə Türkiyəni sərhədi açmağa inandırmağa çalışırlar”.

Qeyd edək ki, “Hraparak” radikal müxalifətə yaxın mövqeyi ilətanınan media qurumu olduğundan, ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması məsələsinə hər zaman tənqidi mövqedən yanaşır.

Lakin son zamanlar Paşinyan hakimiyyətinin Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətində təşəbbüsləri artırması sözügedən məlumatda həqiqət payının olduğunu istisna etmir. Qeyd edək ki, Azərbaycan Qazaxıstan taxılının Ermənistana tranzitinə icazə verdikdən sonra Paşinyan oktyabrın 22-də siyasi jest olaraq adekvat cavab addımı atmışdı.

Baş nazir Türkiyədən Azərbaycan, eləcə də əks istiqamətdə yükdaşımaları həyata keçirən maşınların Ermənistan ərazisindən tranzitini təmin etməyə hazır olduğunu bəyan etdi. Təbii ki, rəsmi İrəvanın əsas niyyəti Türkiyə ilə Ermənistan arasında nəqliyyat-ticarət əlaqələrini aktivləşdirmərk və beləliklə, 1993-cü ildən bağlı saxlanılan sərhədlərin açılmasın nail olmaq idi. Lakin nə Azərbaycan, nə də Türkiyə indiyə qədər buna maraq göstərib.

Çünki Türkiyənin Ermənistanla sərhədləri açması üçün konkret şərtləri var. Paşinyanın açıqlamasından sonra Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadır Uraloğlu, sonra isə xarici işlər naziri Hakan Fidan yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra sərhədlərin açılacağını bildirdilər.

Eyni zamanda, Ankara Ermənistan Konstitusiyasının preambula hissəsindən Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan “Qərbi Ermənistan” ifadəsinin və qondarma erməni soyqırımının dünyada tanıdılması məsələsinin ləğvini tələb edir. Eyni zamanda, Ermənistanın dövlət gerbində Ağrı dağının təsvirinin yer alması Türkiyəyə qarşı ərazi iddiası hesab edilir.

Bu şərtlər yerinə yetirilmədən Türkiyənin Ermənistanla sərhədləri açacağı inandırıcı görünmür. Nikol Paşinyan Türkiyənin tələblərini yerinə yetirəcəyinə, o cümlədən dövlət gerbini dəyişəcəyinə dair dəfələrlə mesaj versə də, bu vədlər yalnız Ermənistanda 2026-cı ilin ikinci yarısında keçiriləcəyi gözlənilən referendumdan sonra mümkün ola bilər.

Bu arada “Bloomberg” agentliyi yazır ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müzakirələr başlayıb. Qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında bu yaxınlarda sülh bəyannaməsinin imzalanmasından sonra, eləcə də Nikol Paşinyanın qarşıdan gələn seçkilər fonunda bu danışıqlar daha güclənib.

“The Turkish Post”-un yazdığına görə, Türkiyə və Ermənistandan olan nümayəndələr artıq Akyaka-Axurik sərhəd keçid məntəqəsinə baş çəkib və onun mümkün açılışına hazırlıq məqsədilə texniki yoxlamalar aparıblar. Qeyd olunur ki, tranzit əhəmiyyəti olan Qars-Gümri dəmir yolunun fəaliyyətinin bərpası üçün lazım olan işlər təxminən beş ay çəkə bilər.

Türkiyə, həmçinin təhlükəsizliyi təmin etmək üçün sərhəd yollarını yenidən qurmağa davam edir. Adıçəkilən qəzet sərhədlərin mümkün açılmasının regional enerji və ticarət yolları baxımından da nəzərdən keçirildiyini vurğulayır.

ABŞ tərəfindən dəstəklənən təşəbbüslər çərçivəsində Vaşinqton Azərbaycanı və Türkiyəni Ermənistan ərazisi vasitəsilə birləşdirməyi nəzərdə tutan TRIPP layihəsində xüsusi rol oynayır. İrəvanın sözlərinə görə, bu marşrut Zəngəzur dəhlizi ideyası ilə üst-üstə düşür.

Baş nazir Paşinyanın qeyd etdiyi kimi, dəmir yolu hissəsində işlər 2026-cı ilin ikinci yarısında başlaya bilər. Türkiyə mediasının məlumatına görə, ekspertlər hesab edirlər ki, sərhədlərin 2026-cı ilin əvvəlində açılması texniki cəhətdən mümkündür.

Bu, seçkiqabağı Paşinyanın mövqeyini gücləndirmiş olar. Lakin onlar hesab edirlər ki, Ankara bu prosesdə daxili siyasi hadisələrdən müstəqilliyini qorumaq üçün bu addımı Ermənistandakı seçkilərə çox yaxın atmaya da bilər.

Ancaq Türkiyənin tələbləri yerinə yetirilənə qədər sərhədlərin açılacağı real görünməsə də, tərəflər bununla bağlı konkret razılaşma imzalaya bilər. İlk növbədə, üçüncü ölkə vətəndaşlarının diplomatik pasportla Türkiyə-Ermənistan sərhədindən sərbəst keçidinin gələn ilin əvvəlindən təmin edilməsi mümkündür. Buna baxmayaraq, “Tramp marşrutu”nun fəaliyyətinin Ermənistan-Türkiyə sərhədindən asılı olması barədə iddiaların əsası yoxdur.

“Tramp marşrutu”nun əsas hissəsi Azərbaycanın qərb hissəsindən Mehri rayonu vasitəsilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə ərazisinə və əks istiqamətdə hərəkəti nəzərdə tutur. Bu layihə həm avtomobil yolu, həm də Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolundan ibarətdir. Dəmir yolu Türkiyə ərazisində hazırda inşa edilməkdə olan Dilucu-İğdır-Qars dəmir yolu xəttinə birləşdiriləcək.

Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yolları marşrutuna gəlincə, bu, dəhlizin ikinci qolunu təşkil edəcək. Bu baxımdan, sərhədlərin bağlı qalması perspektivdə Türkiyənin maraqlarına da cavab vermir.

Sadəcə olaraq, TRIPP layihəsinin işə düşəcəyi təqdirdə, sərhədlərin bağlı qalmaqda davam edəcəyi ilə bağlı yayılan xəbərlər daha çox ABŞ-nin Türkiyəyə siyasi təzyiqlərinə nail olmaq məqsədi daşıyır.

Yəni müxtəlif siyasi manipulyasiyalarla Türkiyəni sərhədlərin açılmasına razı sala bilməyən Ermənistan indi Tramp administrasiyasının regiondakı maraqlarından istifadə edərək Ankaraya qarşı şantaj və təzyiq üsullarına əl atır.

Müşfiq Abdulla
"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru