Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                 

Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi - sırada kimlərdir?
Tarix: 6-12-2025, 09:32 | Çap et

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub həbslərin davamını qaçılmaz edir.

Məktubda qeyd olunur ki, yaradılması nəzərdə tutulan “Dövlət Şurası” 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Hazırda bu iş üzrə üç nəfər - AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov, AXCP sədri Əli Kərimli və partiyanın funksioneri Məmməd İbrahim saxlanılıb. Onlar barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. R.Mehdiyev isə 4 ay müddətinə ev dustaqlığına cəlb edilib.

Bu o deməkdir ki, bu iş üzrə istintaqa “Dövlət Şurası”nın yerdə qalan üzvləri (46 nəfər) də cəlb oluna bilər. Eyni zamanda, sabiq deputat Gültəkin Hacıbəylinin bu iş üzrə Türkiyədən gətirilərək dindirilməsi gözlənilir.

Mehdiyevin siyahısındakı digər şəxslərin ifşası, “Dövlət Şurası”nın üzvlərinin üzə çıxarılması mümkündürmü?

Keçmiş millət vəkili, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında baş verənlərin Azərbaycan dövlətçiliyi üçün təhlükələrindən söz açdı: “Həbs olunan şəxslərin ittiham olunduğu cinayət əməlləri barədə rəsmi məlumat verilmədiyindən mediada gedən məlumatlar əsasında ümumi mühakimələr yürütmək olar. Həmin məlumatların mahiyyəti bundan ibarətdir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev müxalifətin radikal kəsimi AXCP və Milli Şura ilə işbirliyinə gedərək dövlət hakimiyyətini zorla ələ keçirmək, dövləti idarə etmək üçün 50 nəfərdən ibarət tərkibdə ”Dövlət Şurası" adlanan qurum yaratmaq niyyətində olub və bu barədə Rusiya hakimiyyət dairələrinə məktubla müraciət edib. Həmin məktubun ilkin variantı AXCP sədri Əli Kərimlinin evindən tapılıb. Məktubun mediada gedən variantında onun kim tərəfindən imzalandığı və hara ünvanlandığı göstərilməyib.

Azərbaycanın hüquq-mühafizə orqanları bu məlumatları Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər kimi qiymətləndirərək cinayət işi başlayıb, həbslər həyata keçiriblər.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiya hakimiyyət dairələri ilə yaxın münasibətləri, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun rəhbəri olması xəbəri yeni deyil və hamıya məlumdur. Bu məsələdə yeni məlumatlar müxalifətin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə münasibətlərinin yaranmasıdır. Mediada bu münasibətlərin yaranması 2013-cü ildə prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın və seçki koalisiyası kimi Milli Şuranın yaranması ilə əlaqələndirilir. “Milyarderlər İttifaqı”nın Rusiya hakimiyyətinə yaxın adamlardan ibarət olması onu deməyə əsas verir ki, bu qurum prezident seçkilərinə Rusiyanın mümkün təsir imkanlarının genişləndirilməsi məqsədilə yaradılmışdı.

Azərbaycan müxalifətinin bir hissəsinin Ramiz Mehdiyevlə və Rusiya hakimiyyəti ilə əlaqələrinin və işbirliyinin yaranması faktiki baş veribsə, bu, dövlətçiliyimiz və milli təhlükəsizliyimiz üçün təhlükəli amil kimi qiymətləndirilməlidir. Rusiya hakimiyyətinin bundan istifadə edərək Azərbaycanda mümkün təsir imkanlarını genişləndirməyə cəhdlər göstərməsi şübhə doğurmamalıdır. Bu baxımdan Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı məsələ daha geniş kontekstdə Rusiyanın planları kimi nəzərdən keçirilə bilər.

Həbs olunan şəxslərin ittiham olunduğu maddə bir tərəfdən hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin qəsdən törədilməsi kimi əməlləri nəzərdə tutur. Özü də bu hərəkətlər zorakılıqla müşaiyət olunmalıdır. Yəni zorakılığın həm fiziki, həm də psixoloji formaları tətbiq oluna bilər".

Q.Əlibəyli həbslər dalğasının davamlı olacağını proqnozlaşdırır: “Mahiyyət etibarilə dövlət çevrilişinin məzmununu təşkil edən zorakı hərəkətlər bir neçə nəfər tərəfindən planlaşdırıla bilər. Lakin onların həyata keçirilməsi çoxsaylı subyektlərin iştirakı ilə mümkündür. Özü də bu subyektlər təkcə ”Dövlət Şurası" adlı qurumun üzvlərindən ibarət olmaya bilər. Mövcud hakimiyyət strukturlarında vəzifə tutan şəxslər də bu prosesə cəlb oluna bilər. Ona görə də növbəti həbslər dalğasının olacağı ehtimalı böyükdür".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru