Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Palatadan bildirilib.
Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.
"DİA-AZ" xatırladır ki, son günlər Mədəniyyət Nazirliyinin adı bir çox qalmaqallarda hallanır. Və elə buna görə də yuxarıdakı qərar təsadüfi hesab olunmaya bilər.
Məsələ diqqətimizdədir...








