Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                 

“Xarici agent”in yeni missiyası: “Hər şey dağıla bilər...” - Kreml Veneditkovu Ermənistana nəyə göndərmişdi?
Tarix: 30-11-2025, 07:03 | Çap et

Ötən həftə Ermənistanın bütün mənalarda fərqli bir qonağı vardı - rusiyalı məşhur jurnalist, keçmiş “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov. Gələn ay 70 illik yubileyini qeyd edəcək jurnalist saç düzümü, ictimai mövqeyi ilə hazırki Rusiya siyasi elitasında nadir şəxslərdəndir. Onu fərqləndirən bir cəhət də Kreml tərəfindən rejimdən fərqli düşüncə sahiblərinə qarşı geniş istifadə olunan “xarici agent” yarğısı ilə damğalanmasına rəğmən, Moskvada rahat yaşamasıdır. İndi belələri ya Rusiyada həbsxanadadırlar, ya da Qərb ölkələrində mühacir həyatı yaşayırlar. Aleksey Navalnı kimi liderlər isə aradan götürülüb...

Aleksey Venediktov 2022-ci ildən – “Qazprom”un maliyyə dəstəyi ilə ayaqda duran “Exo Moskvı” radiosu bağlandıqdan sonra rəsmən işsizdir. Bu, Rusiyada bir mərhələnin bitdiyi dövrə təsadüf edir – artıq 3 ildir, Rusiyada informasiya resurslarında fərqli fikir səsləndirməyə, Ukraynaya qarşı müharibə ilə bağlı rəsmi propaqanda tezislərindən kənara çıxmağa icazə verilmir. Məşhur jurnalist üçün həyat darıxdırıcı olsa da, onun bəxti gətirdi, Kremldəki əlaqələri (Putinin köməkçisi Peskovla, “Qazprom” rəhbərləri ilə yaxın münasibətlərə malikdir) köməyə gəldi. Görünür, Veneditkov üçün Ukraynaya qarşı müharibə mövzusu bağlı olsa da, imperiyanın regiondakı digər maraqlarının təbliği üçün ona “iş tapılıb”. Axı o, yaxın keçmişi və düşüncələri ilə hələ də postsovet cəmiyyətləri üçün maraqlı fiqurdur, o Rusiya imperiya isteblişmentinin təmsilçiləri kimi hədə-qorxu dilində danışmır, Qərbi düşmən hesab eləmir, seçim etməyə çağırmır. Belə “vacib persona” gələn ilin iyununda Ermənistanda keçiriləcək taleyüklü parlament seçkiləri ərəfəsində Rusiya üçün çox əhəmiyyətlidir. Bəlkə ermənilər onun dediklərini diqqətə aldılar, yenidən düşünüb-daşındılar...

Onu İrəvanda pis qarşılamadılar, media hədsiz maraq göstərdi, Veneditkov isə fərqli üslubda Moskvanın tezislərini hələ də qeyri-müəyyənlik içində çırpınan erməni cəmiyyətinə ötürməyə başladı. Onun müsahibələri xüsusilə ABŞ-yə bağlı CivilNet platformasında yayımlanıb və geniş rezonans doğurub.

Venediktov müsahibələrində vurğulayıb ki, “Qarabağ problemi hələ bitməyib” və regiondakı proseslərdə İran, Rusiya və digər güc mərkəzlərinin təsiri hələ də əhəmiyyətlidir. O, həmçinin bölgədəki yeni reallıqlar fonunda Azərbaycan və Ermənistanın qarşılıqlı münasibətlərində diqqətli balansın vacibliyini qeyd edib.

Ermənistan mediası və analitik dairələr Venediktovun açıqlamalarını “köhnə imperiya düşüncəsi”, “nostalji” və “xalqlararası münasibətlərdə zərərli manipulyasiyalar” kimi dəyərləndiriblər. Analitiklər hesab edirlər ki, bu tip açıqlamalar regionda sülh prosesinə mane ola bilər və gərginliyi artırmaq potensialına malikdir.

Azərbaycan və beynəlxalq media isə Veneditkovun dediklərini Rusiyanın bölgədəki maraqlarını müdafiə cəhdi kimi şərh edib. Bununla belə, onun fikirlərinə rəsmi İrəvandan açıq cavab verilməyib. Bu isə göstərir ki, müsahibələr əsasən media müzakirələri və informasiya sahəsində rezonans doğurub, diplomatik müstəvidə hələlik reaksiyaya səbəb olmayıb. Erməni ekspertlər bildirirlər ki, belə açıqlamalar regionda fikir mübadiləsi yaratsa da, real siyasi qərar və sülh prosesinə təsiri hələ ki məhduddur.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, Veneditkov İrəvanda az qala bütün mediaya - revanşitlərə, keçmiş siyasi elitaya yaxın KİV-lərə, ABŞ-yə yaxın mediaya müsahibələr verdi. “Amma fikir verin, Ermənistanda heç bir rəsmi şəxs ona müsahibə vermədi”, - ekspert bu məqama diqqət çəkir.

Politoloq vurğulayır ki, Venediktov Rusiyada çox az sayda “xarici agent” damğası almış şəxslərdən biridir ki, hazırda Moskvada yaşayır: “Düşünürəm ki, o, seçkiqabağı dövrdə müəyyən sifarişləri həyata keçirir. Onun “Rusiya qayıdacaq”, “regiona nəzər yetirəcək” və s. kəlmələri ciddiyə alınmalıdır. Amma resurs baxımdan bu, Rusiya üçün çox çətin məsələdir. Bu gün hətta Ukrayna ilə müharibədə atəşkəs əldə olunsa belə Rusiya uzun müddət Qərb istiqamətində 600-800 minlik ordu saxlamalıdır. Çünki Finlandiya, İsveç də NATO üzvü olub, üstəlik, Ukrayna ilə təmas xətti çox böyükdür. Rusiyanın nə qədər ordusu olacaq ki, həm burada o qədər ordu saxlayıb, üstəlik Cənubi Qafqazda, Orta Asiyada fəallıq göstərsin? Yaxın 3-5 il ərzində bunun olacağına inanmıram”.

F.Məmmədov şübhə eləmir ki, Veneditkovun səfəri Ermənistanda seçkiqabağı dövrdə Paşinyan hakimiyyətinə qarşı olan qüvvələrin dəstəklənməsi məqsədi ilə təşkil olunub: “Ermənistan müxalifəti deyir ki, biz ABŞ ilə, Türkiyə və Azərbaycanla proseslərin hazırkı istiqamətdə getməsinə qarşıyıq. Rusiyada potensial hələ var, Qarabağ erməniləri mövzusunu yenidən qaldıra bilər. Beləliklə, Veneditkovun dedikləri onların dedikləri ilə üst-üstə düşür. Paşinyan nə deyir, bu da onun əskini deyir. Baş nazir deyir, münaqişə bitib, birgə bəyannamə imzalanıb, biz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıyıq, ABŞ-nin diqqətini öz üzərimizə çəkmişik, onlardan resurs alırıq, öz gələcəyimizi bu regionda müstəqil dövlət kimi davam etdirmək istəyirik. İndi bunu əksi nədir? Münaqişə bitməyib, Azərbaycan və Türkiyə ilə münasibətlərimizi heç bir formada düzəldə bilmərik, identikliyimizi dəyişə bilmərik... Sanki bizə və Türkiyəyə nifrət bunların identikliyinin kodudur. İndi qarşıdan gələn seçkilərdə biləcəyik ki, əslində bunların identikliyinin kodu nədir, Türkiyə və Azərbaycana qarşı baxışları nədən ibarətdir, bunları seçkidə görəcəyik. İndi bu tezisləri Rusiya propaqandistləri bir cür, Veneditkov isə fərqli dildə deyir. Deyir, nə danışırsınız, münaqişə bitməyib... Qarabağın səhra komandirləri Bakıda əsirlikdə ola-ola nə sülh... Sabah başqa məqamları da tapıb istifadə edə bilərlər. Məsələn, nə danışırsınız, sizin 200 kvadrat kilometr ərazinizi Azərbaycan işğal edib, belə sülh olar? Beləliklə, Veneditkov sülhə qarşı bu və ya digər bütün kontenti erməni cəmiyyətinə translyasiya edir”.

Fərhad Məmmədov Ermənistanda seçkiqabağı proseslərə diqqət çəkir. Bildirir ki, Rusiya Federasiyası Ermənistanda seçkilərə hazırlaşır, hazırda 3 qrup üzərində iş gedir: “Birinci Robert Köçəryan-daşnaklar, ikincisi Sarkisyan-Vanetsyan qruplarıdır. İkinci qrup çox zəifləyib, ola bilər Rusiya onların üzərindən xətt çəksin. Bir faktı xatırladım: 2021-ci ildə milyarder Qagik Sarukyan seçkidə iştirak edirdi. Ona Rusiyadan siqnal gəlmişdi ki, öz seçicilərini Serj Sarkisyana dəstəyə yönəltsin... İndi düşünürəm ki, Sarkisyanın partiyası çox zəifləyib, əsas birinci qrup - Köçəryan-daşnaklar ittifaqıdır. İndi Qagik yenidən ortaya düşüb və bir də həbsdə olan oliqarx Samvel Karapetyanı qoşublar. Çalışırlar, Gümrüdə ötən il uğurla baş tutmuş ssenarini təkrarlasınlar: 3 siyasi partiyanı parlamentə salıb, Paşinyanın partiyasını azlığa çevirsinlər. Görünür, Paşinyan da heç nədən çəkinmir, kimi lazımdır tutur, əmlakını alır. Onun hakimiyyətdə qalması siyasi rəqabət deyil, mövcudiyyət məsələsidir. Köçəryan da anlayır ki, məğlub olsalar, ona daha stavka olmayacaq. Son vaxtlar Rusiyada Köçəryan tərəfdarlarına yaxın biznesləri sıxışdırmağa başlayıblar ki, pulu az xərcləyirsiniz Ermənistanda... İndi baxıram, onlar elə həftə yoxdur ki, regionlarda humanitar yardımlar paylamasınlar. Bu addımlar seçkiyə hazırlıqdır, siyahıların indidən tərtib edilməsidir. Onlara mesaj verilib ki, ölüm-dirim mübarizəsidir”.

Politoloq qeyd edir ki, regiona baxsaq, Gürcüstanda və Azərbaycanda ən vacib seçkilər arxada qalıb, iyundakı seçkidən sonra Ermənistanda da 5 il ərzində taleyüklü seçkilər olmayacaq: “Bu dövr ərzində regional konfiqurasiya tam olaraq dəyişə bilər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanar, Türkiyə ilə sərhədlər açılar, nəqliyyat-kommunikasiyaların tikilib istifadəyə verilməsi və regionun tam şəkildə transformasiyası baş verə bilər. Bu prosesdə hamı öz yerini və rolunu müəyyən etmək istəyir. ABŞ TRİP-dədir və öz rolunu artırır, Mərkəzi Asiyaya və istiqamət götürüb. Rusiya isə qalıb belə... Düzdür, Ermənistanda resursları var, onu seçkilər vasitəsi ilə artırmaq istəyir, İran isə bilmir neyləsin, nə oralıqdır, nə buralıq... Türkiyə isə artıq Azərbaycanın fəallığı hesabına regionda güclüdür. Onun perspektivi ona görə yaxşıdır ki, transformasiyalar türklərin maraqlarına uyğundur. Belə bir şəraitdə seçkilərə sərf olunan güc, resurs hədsiz çox olacaq. Bu, sülh prosesinə birbaşa təsir edən seçkidir”.

F.Məmmədov vurğulayıb ki, Ermənistan müxalifəti seçkidə qalib gəlsə, hər şey mənfiyə doğru dəyişəcək. Sülh quruculuğu istiqamətində əldə olunan nəticələr dağılacaq və mövqelər tamamilə fərqli olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru