Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt qeyd olunan ünvanda yerləşən hündürmərtəbəli binanın 2-ci mərtəbəsi və zirzəmisindən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 1 745,5 kvadratmetrə bərabərdir və burada 20 otağın olduğu bildirilir. Obyektin minimum satış qiyməti 2 milyon 669 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “Park Dedeman” oteli fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “Park Dedeman” Türkiyənin məşhur “Dedeman” otellər şəbəkəsinə daxildir.








