Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Moskva Türk birliyinə qarşı planlar qurur - GƏLİŞMƏ
Tarix: 21-11-2025, 06:02 | Çap et

Türkiyə Mərkəzi Asiya vasitəsilə Rusiyanın tərkibindəki respublikaları separatizmə yoluxdurur. Bunu “Politnavigator” nəşrində dərc olunan məqaləsində Qazaxıstan Sosialist Hərəkatının həmsədri Aynur Kurmanov yazıb.

Biz dəfələrlə demişik ki, Türk Dövlətləri Təşkilatı (TDT) banderaçı Ukraynadan az təhlükəli deyil. Hər iki layihə “Anti-Rusiya” konsepsiyasına xidmət edir. TDT artıq Rusiya və Çin Xalq Respublikasının tərkibində olan türk xalqlarını və regionları ayırmağa yönəlib. Hazırda TDT çətiri altında Qazaxıstanın və Mərkəzi Asiyanın faktiki olaraq Türkiyə tərəfindən müstəmləkəyə çevrilməsi prosesi gedir və bu ərazilər daha geniş ekspansiya üçün tramplinə çevrilir. Ankara bu il “Yeni Türkiyə” ideoloji doktrinasını rəsmən qəbul edəndən sonra bu artıq gizlədilmir. Bu doktrina Atatürk respublikasının mirasını inkar edir və neoosmanşçılığı ölkənin xarici siyasətinin əsas xəttinə çevirir”, – siyasətçi yazır.

Kurmanov bildirib ki, uzun illərdir Mərkəzi Asiya ölkələrində və Rusiyanın bir sıra subyektlərində türk mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY ilə birgə çalışır, panktürkizm və neoosmançılıq ideyalarının təbliği üçün Ankaranın “yumşaq güc” aləti kimi çıxış edir. Onun sözlərinə görə, Türkiyə xüsusi xidmət orqanlarının və hərbi strukturların iştirakı ilə tətbiq olunan Baykar Makina mesenceri və Turanity sosial şəbəkəsi bu “ümum-mədəni” fəaliyyəti möhkəmləndirməyi, TDT ölkələrinin vətəndaşlarını, o cümlədən rusiyalıları və relokantları cəlb etməklə gələcək “təsir agentləri” yetişdirməyi hədəfləyir.

Türkiyənin beynəlxalq təşkilatları ilə birlikdə şalısan QHT-lər də eyni metodika üzrə fəaliyyət göstərir. Onlar Rusiya imperiyası və daha sonra SSRİ tərəfindən guya “türk xalqlarına qarşı soyqırımı” həyata keçirildiyi barədə mifləri yayır, türk xalqları ilə rus və slavyan xalqları arasında hər hansı tarixi və siyasi birliyin mövcud olmadığını iddia edirlər. Bu hətta Turanity sosial şəbəkəsinin reklam mətnində belə təkrarlanır. Orada deyilir ki, guya türk xalqları tarix boyu “acı taleni” birlikdə yaşayıb, təqiblərə və zorakı ruslaşdırmaya məruz qalıb, indi isə dirçələn İstanbulun himayəsi altında birləşməyə can atırlar. Bu, Ukraynada və Qazaxıstanda anqlo-sakslar tərəfindən yayılan “Qolodomor” mifinə bənzəyir və bu da konsepsiyanın London tərəfindən “psixoloji müharibə mütəxəssislərinin” iştirakı ilə hazırlandığını göstərir. Türkiyənin panktürkizm təbliğatının arxasında da həmişə İngiltərə dayanıb”, – siyasətçi davam edib.

Kurmanov qeyd edib ki, paralel olaraq “türk qələbələri”nin informasiya dəstəyi üçün görüşlər keçirilir. O, 23–26 noyabr tarixlərində Bakıda keçiriləcək TDT-yə üzv ölkələrin QHT-lərinin birinci həmrəylik forumunu misal gətirir.

Təşkilatçılar gizlətmirlər ki, bu tədbir “Tramp marşrutu”nun inkişafı üçün həm Bakıya, həm də Vaşinqtona siyasi dəstək verməyə hesablanıb. Proqrama “Zəngəzur dəhlizi: türk coğrafiyalarını birləşdirən körpü” və “WUF13-ə doğru – türk dünyasında ilk dəfə” adlı panel müzakirələri daxildir. Tədbirdə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300 QHT nümayəndəsi iştirak edəcək”, – Kurmanov bildirib.

O, əlavə edib ki, həmin məkanda Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci əməkdaşlıq forumunun keçirilməsi planlaşdırılır. Forumda Naxçıvanda TDT ölkələrinin QHT platformasının yaradılması nəzərdə tutulur – bu platforma səkkiz ölkədən olan təşkilatları birləşdirəcək.

Əvvəllər də müxtəlif Rusiya bölgələrindən QHT nümayəndələri bu kimi tədbirlərində iştirak üçün “mədəni xətt” üzrə Türkiyəyə dəvət olunub. Rusiya milli respublikalarından olan bir sıra ictimai xadimlərə və “müstəqil jurnalistlərə” türk mərkəzləri tərəfindən qrantlar və “türklərin ağır taleyi” barədə psevdo-elmi araşdırmalar hazırlamaq üçün sifarişlər verilib. Bu isə açıq şəkildə separatçı əhval-ruhiyyəni gücləndirməyə və daxili sabitliyi pozmağa hesablanıb. Buna qarşı Altayda və digər regionlarda “Slavyan-türk dünyası: tarix və müasirlik” və “Slavyan-türk tarixi-mədəni irsi” mövzusunda bir neçə konfrans keçirilib. Məqsəd tarixin saxtalaşdırılmasını ifşa etmək və həqiqəti göstərmək olub. Həqiqəti hətta türk lirələri ilə də gizlətmək olmur”, – deyə Kurmanov yekunlaşdırıb.

Bu iddiaları necə qiymətləndirmək olar? Bu məqalə Rusiyanın türkdilli dövlətlərin əməkdaşlığının güclənməsindən və onların Moskvanın təsir dairəsindən uzaqlaşmasından narahat olduğuna, hətta qonşu ölkələrdəki öz adamları vasitəsilə TDT-ni gözdən salmaq üçün kampaniyalar apardığına dəlalət etmirmi?

Pressklub.az-ın suallarına tanınmış qazax siyasi şərhçisi Qaziz Abișev cavab verib

O bildirib ki, imperiya ənənəsinə malik xalqlar bir-birinin təsir zonalarına müdaxiləyə həssas yanaşır. “Aydındır ki, Türkiyə bir neçə əsr güclü imperiya olub, Rusiya da güclü imperiya idi və müəyyən mənada hələ də belədir. Təbii ki, Rusiya bir neçə əsrlik rəqabətdən sonra Türkiyənin onun “yumşaq qarın” adlandırdığı bölgəyə müdaxiləsini qısqanclıqla qarşılayır. O, şübhələnir ki, Türkiyə onun təsir dairəsini ələ keçirtmək, hətta bütöv bölgələri öz orbitinə çəkmək istəyir. Bu ,çox qədim hekayədir. 100 il əvvəl Mərkəzi Asiyanın bir sıra türkdilli xadimləri SSRİ-də məhz pantürkizm ittihamları ilə Stalin rejimi tərəfindən repressiya edilmişdi. Məsələn, sovet hökumətində sədr müavini – Rıkovun müavini olmuş Turar Rıskulov (1920-ci illərdə TürkMİK-ə rəhbərlik edib) həmin dövrdə Mərkəzi Asiya türkləri üçün vahid ev olacaq, İttifaq tərkibinə daxil olan suveren vahid Türküstan Respublikasının yaradılmasının fəal tərəfdarı idi. Lakin Leninin başçılıq etdiyi Siyasi Büro bu ideyanı təsdiqləmədi, Stalin isə Mərkəzi Asiyada milli-ərazi bölgüsü prosesini yekunlaşdırdı. Yəni o vaxtdan sovet hakimiyyəti bu məsələyə həssas yanaşırdı və repressiyalara əl atırdı. Rıskulov güllələndi, Xocayev güllələndi, başqaları da pantürkizm ittihamları ilə məhv edildi.

Başqa sözlə, pantürkizm şübhəsi Moskva imperiya mərkəzi üçün çox ağrılı mövzudur, çünki bunun böyük tarixi əsası var. Axı Türk Xaqanlığı bir zamanlar Avrasiyanın geniş ərazilərinə hökmranlıq edib. Əgər 1500 il sonra belə türk etno-mədəni genetipi itib getməyibsə, deməli, bu, yenidən böyük siyasi ittifaqa çevrilə biləcək tarixi fenomendir. Üstəlik, biz görürük ki, müasir dünyada ittifaqlar məhz bu prinsiplə formalaşır.

Məsələn, anqlo-sakson ölkələri və Britaniya Millətlər Birliyi, yaxud ərəblər, yaxud latınamerikalılar. Eyni qayda ilə güclü bir türk ittifaqı da meydana çıxa və bu ittifaq, dolayısı ilə Rusiyanı başqa tərəfdən sıxa bilər. Biz “yenidənqurma” nəticəsində Avropada Sovet imperiyasının parçalanması prosesinin necə başladığını xatırlayırıq: əvvəlcə Almaniya ayrıldı, sonra Almaniya NATO-ya daxil oldu, ardınca Şərqi Avropa ölkələri NATO-ya qəbul edildilər, daha sonra Baltikyanı ölkələr NATO-ya qoşuldu, sonra Ukrayna və Gürcüstan NATO-ya üzvlük niyyətini açıqladılar. Yəni Rusiya Qərbdən sıxışdırıldı. İndi də Rusiya qorxur ki, eyni proses bu dəfə cənubdan başlasın: əvvəlcə Türk birliyi yaradılsın, sonra Mərkəzi Asiya Moskvadan qoparılsın, daha sonra isə Rusiyanın tərkibindəki türkdilli respublikaların ayrılması söhbətləri gündəmə gəlsin. Buna görə də Rusiyanın narahatlığı başa düşüləndir. Amma anlamaq lazımdır ki, problem ağ-qara deyil. Problem ancaq bununla yekunlaşmır.

Rusiyaya qarşı skeptik münasibət Qazaxıstanda təkcə türkçülük ideyasından doğmur. Bu, əsasən XX əsrin kədərli səhifələri ilə bağlıdır – qazaxların yaşadığı, amma Rusiyanın görməzliyə vurduğu və ya inkar etdiyi tarixi hadisələrlə. Məsələn, 1930-cu illərin əvvəllərində baş vermiş böyük aclıq. Bu aclıq bolşevik hakimiyyətinin bəzən bacarıqsız, bəzən isə qəsdən edilmiş səhv və zərərli addımları nəticəsində baş vermişdi. Qazaxıstana əvvəlcə “Kiçik Oktyabr” adı ilə repressiyalara başlayan Qoloşyokin göndərildi. O, daha sonra mülkiyyətin düşünülməmiş müsadirəsinə başladı. Axı qazaxlar digər xalqlarla müqayisədə “uşaq xalq” idi. Nə sənaye xalqı idilər, nə bitkiçilikdə irəli getmişdilər, nə şəhər mərkəzləşməsi vardı. Onlar köçəri xalq idi, aullarda yaşayırdılar və tamamilə mal-qaradan asılı idilər. Mal-qara əllərindən alınandan sonra milyonlarla insan aclıqdan məhv oldu. Bu, nəsillərin böyük milli travmasıdır.

Ardınca yeni yetişmiş bir neçə yüz nəfərlik ziyalı elita – Mırjık Abdullatov, Əhməd Baytursınov, Turar Rıskulov, Saken Seyfullin və digərləri – güllələndi, məhv edildi. Bu iki hadisə mütləq etiraf olunmalı, arxivlər açılmalı, bu ağrı paylaşılmalıdır. Çünki bu, bandit rejimin cinayəti idi”, – siyasi ekspert bildirir.

O əlavə edir ki, burada heç kim rus etnosunu ittiham etmir: “Repressiyalara rəhbərlik edənlərin siyahısına baxsaq, ola bilər ki, onların arasında yeganə rus Yejov idi. Stalinin özü (Cuğaşvili), Beriya, onun komandası – Kabulov, Qaqlidze, Merkulov, Vladimirski, Vışinski və başqaları – bunların hamısı müxtəlif etnosların nümayəndələri idi. Bu, çoxmillətli bolşevik dəstəsi idi və istəmədiklərini amansızcasına məhv edir, böyük terror həyata keçirirdi. Müasir Rusiya dövləti isə buna görə birbaşa məsuliyyət daşımır. Ona görə də, qüruru kənara qoyub, bütün bunları etiraf etmək və bizimlə birgə kədərlənmək lazımdır, çünki bu, böyük itki idi. Ruslar da çox şey itirmişdi. Lakin Rusiya dövlətinin bunu qəbul etməkdən imtinası türkdilli xalqlar arasında böyük tarixi küskünlük yaradır və onlar bunu unuda bilmirlər.

Türkiyənin bu bölgəyə daxil olmaq planlarına gəlincə, düşünürəm ki, istənilən dövlət, xüsusən imperiyalar daim təsirini genişləndirmək üçün imkanlar axtarır. “Realpolitik” nəzəriyyəsinin müəlliflərindən Con Marşaymer yazır ki, böyük dövlətlərin əsas instinkti – sağ qalmaq uğrunda mübarizədir. Bu səbəbdən onlar həmişə geosiyasi balansı dəyişməyə çalışacaqlar.

Etiraf etmək lazımdır: Türkiyə türkdilli ölkələri öz orbitinə çəkmək, onlardan ibarət dövlətlər bloku yaratmaq və bu ittifaq vasitəsilə qlobal təsir gücünü artırmaq istəyirmi? Bəli, istəyir. Bu, hər güclü dövlət üçün təbiidir.

Bu ölkələr buna meyllidirmi? Məncə, Mərkəzi Asiya respublikalarında kifayət qədər müdrik insanlar var, xalqlar isə suverenlik məsələsinə kökləniblər. Hansısa ağrılı etno-mədəni və ya dini fanatizm yoxdur. Hamı öz suverenliyini təmin edəcək ən sərfəli ssenariləri hesablayır. Yəni Mərkəzi Asiya nə sadəcə “bu Türkiyədir” deyə Türkiyənin ardınca gedəcək, nə sadəcə “bu Rusiyadır” deyə Rusiyaya bağlanacaq. Onlar öz müstəqilliklərini gücləndirən ən praqmatik variantları seçəcəklər. Vəssalam”, – Abișev hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru