Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                 

Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Tarix: 20-11-2025, 14:35 | Çap et

Məhəmməd İmanlı gizlinləri açdı, Ramiz Mehdiyevin onu necə həbs etdirdiyini yazdı...

Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə açıq məktub yazıb və Musavat.com-un redaksiyasına göndərib.

Onu da xatırladaq ki, Məhəmməd İmanlı vaxtilə rüşvət ittihamı ilə həbs olunmuşdu. Göndərdiyi məktubda Məhəmməd İmanlı iddia edir ki, başına gələnlərin səbəbi Ramiz Mehdiyev və onun qızı Kamilə Əliyevadır.

Həmin məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli Ramiz müəllim, son zamanlar məlum hadisələrlə əlaqədar ünvanınıza – əslində layiq olduğunuzdan – xeyli az qiymət verilir. Bəziləri deyirlər ki, bəs niyə indi? – mən deyim: siz həmişə belə olmusunuz və təəccüblü bir şey görmürəm. Çünki “Lenin babaya” sadiq olanın “apportunizm”, yəni satqınlıq – hər bir vəziyyətdə yalnız öz maraqlarına uyğun hərəkət edən şəxsdən – bundan artıq nə gözlənilməli idi? Sizin ömrünüzdə bir marağınız olub, o da öz marağınız!

Keçən əsrin 70-80-ci illərində, sizi etibar edib yüksək vəzifəyə gətirən Heydər Əliyevin hər sözünə “baş üstə” deyən, ondan sonrakı hakimiyyət dövründə isə arxasınca danışan, onu “baltalayan”, Ulu Öndər yenidən hakimiyyətə gələndə isə onun qapısında oturub qəbuluna düşmək üçün yalvaran, sonra yenə dönük çıxan bir şəxsdən nə gözləmək olar?

Axı çox ayıbdır, siz ölkənin inkişafı deyil, daim onun çökməsi istiqamətində çalışmısınız. Sizin nə özünüz, nə də kəmsavad övladlarınız bu vətəni – adi insanlar kimi – sevmir. Çıxışlarınızda hüquq fakültəsini, onun ləyaqətli professor-müəllim heyətini, tələbələrini aşağılayırdınız. İşçi kimi guya işə qəbul etməyə hüquqşünas tapmırdınız? Görürsünüzmü, indi həmin layiqli, vətənpərvər, o zamanın tələbələri sizin törətdiyiniz bu ağır cinayətin istintaqını aparırlar. Deməli, adamda mənəviyyat olmasa, nələrə desən qadirdir!

Ramiz müəllim, qızınız Kama xanımın bir tapşırığını – mənə “rüşvət almaq” təhrikini – o tapşırığı yerinə yetirmədiyimə görə onun hikkəsinə, sizin əlinizdə olan sonsuz hakimiyyət rıçaqlarınızdan istifadə edərək, əsassız, qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdiniz? Bir Kamanın hikkəsinə görə budurmu sizin ədalətiniz?! Nə gözləmək olar? Dönük-satqın hər yanda, hər kəsə satqınlıq edir. Bu, tarixən sübut olunmuş atalar məsələsidir.

Mənim – özümün, ailəmin, övladlarımın gələcək arzu-istəklərini puç etdirdiniz. Barəmdə qanunsuz hökmlə əlaqədar, hətta general rütbəli, cəmiyyətdə özünü guya cəsarətli göstərən Ali Məhkəmənin keçmiş sədrinə müraciət etdikdə – hansı ki, bir-birimizlə münasibətlərimiz olmuşdur, məni çox yaxşı tanıyırdı – “Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər” – deyib. Bu qanunsuz məhkəmə qərarlarına beləcə göz yumdu. Sizin qorxunuzdan məhkəmə andına dönük çıxdı.

Dövlət sizə hər cür şərait yaratdı – yenə siz dönük çıxdınız. Ramiz müəllim, xeyli yaşınız var. Mən arzu edirəm, daha çox yaşayasınız – qoy bir növ digərlərinə dərs olsun ki, əgər sən “dürüst insan” deyilsənsə, son nəticədə əsl sifətin üzə çıxacaq və lənətlərin, nifrətin mənbəyinə çevriləcəksən! Bu məqsədlə, bu səbəbə görə Allahımız “Əzrailə” belə sizə dəyməməyi tapşırıb. Yəni, son nəticədə, hətta doğmalarınız, övladlarınız belə sizə nifrət edəcəklər.

2007-ci ildə Prezident yanında İdarəçilik Akademiyasında “Kimdir o İmanlı?” sualınıza cavab olaraq – o şəxs mənəm. Sizdən fərqli olaraq, 100-lərlə elmi məqalənin, 30-a qədər dərslik, monoqrafiya və dərs vəsaitinin müəllifi, öz zəhmətimə, əziyyətimə arxalanan professoram.

P.S. Deyirlər, kral sarayının həyətində gül əkmək məqsədilə yer qazılarkən torpaqdan çıxan bir qurd deyir: “Kral sağ olsun, dəymə mənə, yoxsa səni yeyərəm”.

Elə bu sözdən sonra qəzəblənən kral əlindəki bellə onu iki yerə çapıb deyir: “Sən nəsən ki, mənə hədə-qorxu gəlirsən?!” – və onu atır. Qurdun yarısı torpağın altında qalır. İllər sonra kral ölür. Həmin qurd – yarısı qalan – onun tabutuna yaxınlaşır, taqqıldadır. Kral soruşur: “Kimdir?” Qurd isə cavab verir: “Yarı hissəsini kəsib atdığınız qurdun qalan hissəsidir”.

Hazırda ünvanınıza göndərilən müraciətlərdə öz marağınıza görə neçə-neçə evləri yıxdığınız, ailələri dağıtdığınız şəxslərdir. Və görünür, ürəyiniz soyumayıb, hələ də bu əməllərinizi davam etdirmək istəyirdiniz. Sağ olsun müvafiq qurumlar – əsl simanızı müəyyən edib nəhayət üzə çıxardılar.

Professor Məhəmməd İmanlı

musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru