“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                 

Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Tarix: Bu gün, 09:36 | Çap et

“ABŞ Ermənistan-Azərbaycan sülh sazişinə həm də Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün tarixi fürsət kimi baxır”. Bu barədə “The National Interest” jurnalındakı məqalədə deyilir. Nəşrə görə, uzun illər Moskvanın təsir zonasında qalan Cənubi Qafqazda vəziyyət dəyişir. Qeyd olunur ki, 8 avqust 2025-ci ildə keçirilmiş Azərbaycan-Ermənistan sülh sammiti Vaşinqtonu ilk dəfə bölgədə əsas oyunçulardan birinə çevirib və Rusiyanın zəifləyən mövqelərinə ciddi zərbə vurub. Təhlildə əsas diqqət “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinə yönəlir. Ermənistanla Azərbaycanı birləşdirən bu marşrut üzərində ABŞ-ın əməliyyat nəzarəti əldə etməsi Vaşinqton üçün böyük strateji uğur kimi təqdim olunur. Məqalə müəllifinə görə, layihə həm iqtisadi, həm də geosiyasi baxımdan ABŞ-ın bölgədəki təsirini əhəmiyyətli dərəcədə artıracaq.

Məqalədə, həmçinin, Ermənistanın yenidən Moskvanın orbitinə qayıtmasının Vaşinqton üçün ciddi risk yaradacağı vurğulanır: “Çünki o halda TRIPP layihəsinin bağlanması mümkündür”.
Müəllifin fikrincə, ABŞ-ın əsas üstünlüklərindən biri Ermənistan cəmiyyətində Rusiyaya qarşı artan narazılıqdır. Məqalə müəllifinə görə, ermənilər Qarabağ üzərində Azərbaycan nəzarəti bərpa olunarkən Moskvanın proseslərə müdaxilə etməməsini unutmayıblar. Yazıda Vaşinqtona konkret tövsiyələr verilir. ABŞ-nin TRIPP ətrafında strateji tranzit tərəfdaşlığı qurması təklif olunur. Hesab edilir ki, bu addımlar həm də Rusiyanın bölgədəki təsirini zəiflədəcək.

“The National Interest” yekunda bu nəticəyə gəlir: Vaşinqtonun hələ vaxtı var və ABŞ Azərbaycan-Ermənistan sülh sazişinin yaratdığı imkanlardan istifadə edib Cənubi Qafqazı Qərb orbitində saxlaya bilər.
Qərb nəşrininn bu arqumentlərini Bakıda da bölüşürlərmi? Ermənistanın təzədən Rusiyanın orbitinə qayıtması riski nə dərəcədə ciddidirmi? O halda Bakının “B planı” varmı?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsirlərinin azalması əvvəlcə Ukrayna müharibəsindən başladı. Siyasi şərhçi hesab edir ki, müharibənin uzanması Rusiyanın ümumilikdə regional proseslərdə mövqeyini itirməklə nəticələndi: "Təkcə Cənubi Qafqazı deməzdim, Mərkəzi Asiyada da Moskvanın işləri istədiyi kimi getmir. Bunun başlıca səbəbi münaqişənin davam etməsidir. Rusiya güc və resurs itirdikcə onun geosiyasi proseslərdə təsiri zəifləyir. Elə bunun bariz nümunəsi Yaxın Şərqdə baş verənlər oldu. Suriyada Əsəd rejiminin getməsi Rusiyanın mühüm bir "qala"sını dağıtdı. Məsələyə geniş prizmadan baxmağın tərəfdarıyam ki, Rusiya Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazda təsirlərinin azalmasını özü də görməkdədir. Buna baxmayaraq, Moskvanın MDB məkanında təsirləri hələ də qalmaqdadır. Yəni heç də bu mövqelər tamamilə əldən verilməyib. Xüsusən də Ermənistan üçün bunu qeyd etmək olar. Gürcüstanda isə hakimiyyət Moskva ilə müəyyən təmaslar saxlayır və anti-Qərb bəyanatlar səsləndirir. Məncə, Rusiyanın təsir gücünün ən çox azaldığı məkan Azərbaycandır".

X.Bəşirova görə, ABŞ-nin Rusiyanın sıxışdırması isə yaranmış vəziyyətin nəticəsidir: "Əgər Ukrayna müharibəsi Kremlin Yaxın Şərqdə və postsovet məkanında əl-qolunu bağlamasaydı, bu ssenari də baş verməyəcəkdi. O halda, Rusiya üçtərəfli 10 noyabr sənədini əldə əsas tutub Zəngəzur dəhlizinin onun nəzarətində açılması üçün təzyiq göstərəcəkdi. Eyni zamanda, Bakı ilə İrəvanın sülh mətnini paraflaması bəlkə də mümkün olmayacaqdı. Rusiyanın başı müharibəyə qarışdıqca təsir imkanları azalmağa başladı və biz ikitərəfli, vasitəçisiz danışıqlarla əvvəlcə Qazaxın 4 kəndini geri aldıq, sonra sülh gündəliyi inkişaf etdirildi. 8 avqust Vaşinqton zirvəsi isə 10 noyabr sənədinin "tabutuna vurulan mismar" oldu. Şübhəsiz ki, Rusiyanın rəqibi sayılan ABŞ fürsəti əldən vermədi və onun "qulağının dibində" bu prosesi nəzarətə götürdü. Nəticədə Rusiya özünün yanlış siyasəti ucbatından Zəngəzur dəhlizinə kontrol şansını itirdi. Bundan sonra da Moskvanın sülh prosesinə və dəhlizə müdaxiləsi real görünmür. Paşinyan seçkilərdən qalib çıxmaqla hadisələr sürətlənəcək. Ona görə də Rusiyanın Cənubi Qafqazda təsir imkanları getdikcə azalacaq, amma tamamilə aradan qalxmayacaq".

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru