Əsas Səhifə > Ana xəbər / Güney Press > "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.."

"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.."


Bu gün, 10:09

"Əli qələm tutan yazır ki, MM-in xeyli deputatı Ramiz Mehdiyevin "ələyindən keçib", yəni həmin deputatların seçilməsində onun fövqəladə rolu olub..." 

"DİA-AZ"ın məlumatına görə, bu sözləri sabiq deputat, eks-konsul Xeyrəddin Qoca özünün sosial şəbəkə hesabında yazıb.

Eks-diplomat daha sonra bildirir: "Onda belə çıxır ki, MM buraxılanda ( bir-iki dəfə buraxılıb) öz əli ilə "biz bu işi bacarmarıq" yazan deputatlar təzədən deputat seçiliblər?!.

Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.."

Xeyrəddin Qoca növbəti statusunda isə bunu əlavə edib:

"Ha başımı sındırıram, anlaya bilmirəm ki, niyə vəzifəli adamların, deputatların 95 faizindən çoxu Ramiz Mehdiyevə yaltaqlanıb? O kim idi, axı?! Mənə görə o, aparatda təsərrüfat müdiri kimi bir vəzifə daşıyırdı..."


Geri qayıt