“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Cəlilov Amil Həsən oğlu İdarə Heyətinin üzvü seçilib.
O, buna qədər “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Satış Departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, sığorta şirkətinin İdarə Heyəti sədrlə birlikdə üzvlərinin sayı beşə yüksəlib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.