Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                 

Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Tarix: 18-09-2025, 09:19 | Çap et

“Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və təbii ki, ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi”.

Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025" beynəlxalq konfransı çərçivəsində NEWS.am saytına müsahibəsində ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunaraq deyib.

Diplomat Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyünə də diqqət çəkib: “Sülh iradə məsələsidir. Əgər iki xalq və dövlət arasında sülh və barışıq iradəsi varsa, bu, əlbəttə, mümkündür. Amma bu, uzunmüddətli proses ola bilər”.

Səfir həmçinin bildirib: “Dağlıq Qarabağın məcburi köçkünlərinə, "artsax" xalqına gəlincə, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaqda və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqda ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil".

Yəni əslində diplomat onların geri dönüşünün faktiki mümkünsüz olduğunu etiraf edir. Çünki Azərbaycan Prezidentinin az öncə Qarabağda dediyi kimi, “separatçıların kitabı həmişəlik bağlanıb”. Bununla belə, o, hələ də bilmir ki, “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb. Üstəlik, onlar məcburi köçkün deyil. Ümumiyyətlə, münaqişənin tarixindən bixəbər olan diplomat bəlkə heç xəritədə Qarabağın yerini də bilmir.

Bundan başqa, Ermənistan Qarabağdan gedənlərə vətəndaşlıq verib. Bir çoxu da qondarma “artsax pasportu” heç yerdə işləmədiyi üçün Qarabağda yaşadıqları illərdə də Ermənistan pasportu ilə yaşayıblar. Yəni qanunsuz şəkildə ərazilərimizdə məskunlaşıblar. Ona görə də məcburi köçkün statusu ala bilməzlər.

Görünən budur ki, erməni təbliğatı kifayət qədər təsir edib ki, fin səfir belə “artsax xalqı” deyir, əgər erməni mediası onun sözlərini təhrif etməyibsə.

Burada bizim də boşluq buraxdığımız olubmu, yoxsa bu, tipik xristina təəssübkeşliyidir?

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a danışıb. Siyasi şərhçinin fikrincə burada, xristian təəssübkeşliyi və yaxud qərəz yoxdur: “Əslində burada dəhşətli və təhlükəli heç nə yoxdur. Finlandiya səfiri açıq şəkildə erməni mediası və Ermənistan cəmiyyətinə, bütün dünya ermənilərinə mesaj ötürüb ki, bu məsələ qapanıb, onun qurdalanmağının yeri yoxdur. İndi "artsax xalqı" ifadəsi işlədib ya işlətməyib - ola bilər ki, işlətsin, bu mümkündür. Çünki Ermənistanda jurnalistlər bir qayda olaraq xarici diplomatlara sual verəndə “Qarabağ” əvəzinə “artsax” sözünü işlədirlər. Oradakı diplomatlar da, təbii ki, mövzudan xəbərdardırlar, nə olub-olmadığını bilirlər. Hələ nəzərə almaq lazımdır ki, səfir Ermənistandadırsa, öz ölkəsini Ermənistanda təmsil edirsə, təbiidir ki, həmin ölkənin bütün siyasi, iqtisadi, ictimai həyatı ilə tanışdır. Yəni Qarabağ məsələsindən də Finlandiya səfirinin xəbərdar olmadığını deyə bilmərik. Təbii ki, bilir ki, Dağlıq Qarabağ adlı bir ərazi vahidi artıq yoxdur, “artsax” qondarma addır. Bütün bunlara baxmayaraq, jurnalistin yönləndirməsi ilə bəzən olur ki, diplomatlar yumşaq görünmək üçün olduqları ölkədə belə ifadələr işlədirlər. Yəni Finlandiyanın xristian təşəbbüskarlığı, qərəzliliyi burada demək olar ki, yoxdur".

“Azərbaycan nə edə bilər və nə etməlidir?” sualına Azər Həsrət bu cür cavab verib: “Düşünürəm ki, əgər Finlandiyanın oradakı səfirindən müsahibə alınıbsa, balansı təmin etmək üçün biz də Azərbaycandakı səfirindən müsahibə ala bilərik. Bizim jurnalistlər ona Qarabağla bağlı suallar ünvanlaya bilərlər, onun da mövqeyini alıb yayımlaya bilərik. Beləliklə də qlobal informasiya müstəvisində balans yarada bilərik. Əminəm ki, Finlandiyanın Azərbaycandakı səfiri, təbii ki, İrəvandakı həmkarından fərqli olaraq, "artsax" ifadəsini işlətməyəcək, ermənilərin geri qayıtması məsələsini dilə gətirməyəcək. Yəni məsələnin qapandığını deyəcək. Onda biz həm İrəvanda, həm də Bakıda fəaliyyət göstərən Finlandiya səfirlərinin açıqlamalarını üst-üstə qoyub dünyaya təqdim edə bilərik. Orada hər ikisi əminəm ki, deyəcək: bu məsələ qapanıb, qaçqın məsələsi yoxdur, artıq Ermənistanda normal vətəndaş münasibətlərinin formalaşmasına, üstəlik, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək istəyirik. Beləliklə, biz məsələni qapada bilərik.

Yaxud biz bəzən səhv etdiyimiz kimi edə bilərik - adamın üstünə hücuma keçə, topa tuta bilərik. Bu da Finlandiyada əks-effekt yarada bilər və biz faktiki olaraq öz tərəfimizə çəkə biləcəyimiz ölkəni, onun diplomatlarını özümüzə qarşı çevirmiş olarıq. Ermənilər bunu məqsədli şəkildə edirlər. Onlar elə danışdırırlar, elə yönləndirirlər ki, məqsədlərinə nail olsunlar. Nəticədə biz əsəbləşib hücuma keçəndən sonra artıq bizə bitərəf olanlar bizə qarşı çevrilməyə başlayırlar. Bu, diplomatiyadır.

Düşünürəm ki, ona veriləcək ən yaxşı cavab odur ki, biz də Azərbaycan tərəfindən Azərbaycandakı Finlandiya səfirini tapıb ondan məsələyə münasibət öyrənək. Məsələn, ATƏT-in Minsk Qrupu buraxılıb, bu məsələ bitib - buna münasibəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasına necə töhfə verəcəyini, ümumiyyətlə, bu prosesi necə qiymətləndirdiyini soruşa bilərik. Yəni bu barədə suallar verib cavab almaq olar - xarici dillərdə də, məsələn, rus, ingilis, hətta fincə. Məncə, bu yanaşma bizim xeyrimizə olacaq".

Siyasi şərhçi vurğulayıb ki, Finlandiya bu münaqişədə tərəf deyil: “Olan da deyillər. ATƏT-in Minsk Qrupunun üzvü idilər, həmsədr olmasalar da üzv dövlətlərdən biri idilər. Yəni passiv şəkildə də olsa bu prosesdə iştirak ediblər. Ona görə də Finlandiya əksər hallarda öz neytrallığını qoruyub. Məsələn, Fransa və Rusiya kimi birtərəfli olmayıb. Əksinə, çalışıb ki, xalqlar arasında anlaşma olsun. O baxımdan məsələnin üzərinə bir qədər yumşaq diplomatik gediş etmək lazımdır ki, biz özümüzə yeni dostlar qazanaq, kimisə özümüzə qarşı çevirməyək. Zatən ermənilərin məqsədi odur ki, kimisə qıcıqlandırıb Azərbaycana qarşı çevirsinlər və biz də bunu körükləyək, nəticədə ermənilər də istəklərinə nail olsunlar”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru