Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan parlament seçkilərində qalib gələcəyi təqdirdə koalisiya hökuməti qurmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Mənbələrimizə görə, “Hayastan” bloku seçkilərdə qələbə qazanacağı təqdirdə yeni hökumət qurmaq üçün geniş koalisiya yaratmağı planlaşdırır. Müxtəlif, o cümlədən parlamentdənkənar siyasi qüvvələrə nazir vəzifələri təklif olunacaq. Bundan əlavə, Robert Köçəryan yenidən xaricdəki erməni diasporunu fəallaşdırmağı planlaşdırır”, - nəşr yazıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.









